Azərbaycanda rusdilli məktəblər bağlanır ?
"Son zamanlar Azərbaycanda rusdilli məktəblərin fəaliyyəti ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Əslində təhsil sahəsinə aid olan məsələ mövcud şəraitdə siyasiləşdirilir. Zənnimcə, bu iki məsələ ayrılmalıdır".

"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

O qeyd edib ki, uzun illər postsovet məkanında rus dilinin vəziyyətinin və rusdilli məktəblər məsələsinin siyasi mövzu olması təbii haldır: "Bu, bir tərəfdən Rusiyanın geosiyasi mövqeyi, digər tərəfdən müstəqil dövlətlərin daxili siyasətindəki bəzi proseslərlə bağlı olub. Müsbət haldır ki, Azərbaycanda etnik rus mənşəli əhaliyə qarşı heç bir ayrı-seçkilik yoxdur və onlar Azərbaycan Respublikası Konstitusiyasının Azərbaycanın digər vətəndaşları üçün tanıdığı hüquqlardan tam şəkildə yararlana bilirlər. Rusdilli məktəblərə gəldikdə, qeyd etmək lazımdır ki, Azərbaycan dövlət büdcəsindən bu məktəblərin fəaliyyəti tam maliyyələşdirilir. Lakin bu məsələdən siyasi divident qazanmaq istəyi uğursuzdur. Ermənistanda rus məktəblərinin sayının əhaliyə nisbətən az olmasına və ümumiyyətlə, son vaxtlar ölkənin daxili siyasətində hökm sürən anti-rus meyillərinə baxmayaraq, Tovuz hadisələrinin gedişatı göstərdi ki, Rusiya dövləti öz ənənəvi müttəfiqini dəstəkləməkdə davam edir".

Sədrin sözlərinə görə, Azərbaycanda rusdilli məktəblərin fəaliyyətinə təhsil və iqtisadi inkişaf kontekstində baxmaq lazımdır: "Ölkənin müstəqilliyinin möhkəmlənməsi eyni zamanda rəsmi Azərbaycan dilinin güclənməsini və hər bir vətəndaşı tərəfindən sərbəst istifadə edilməsini tələb edir. Bununla yanaşı, müasir iqtisadi inkişaf xarici dillərin və ilk növbədə ingilisi dilinin mənimsənilməsini labüd edir".

F.Şəfiyev vurğulayıb ki, Azərbaycanda olan rusdilli məktəblərin şagirdləri təhsillərini başa vurduqdan sonra rəsmi Azərbaycan dilini mükəmməl səviyyədə bilmir, həmçinin onların rus dilində biliklərinin səviyyəsi də bir çox hallarda qənaətbəxş olmur: "Beləliklə, mövcud şəkildə fəaliyyət göstərən rusdilli məktəblər nə təhsil, nə də siyasi məqsədlərə cavab vermir. Eyni zamanda ənənəvi olaraq bu məktəblərdə müəyyən akademik baza mövcuddur. Azərbaycanda fəaliyyət göstərən rusdilli məktəblər beynəlxalq təcrübəyə əsasən ikidilli (immersion) sistemə keçə bilər. Bir sıra dövlətlərdə və regionlarda, məsələn, Kanadada və ABŞ-ın ispandilli əhalisinin yaşadığı ştatlarında bu sistem tətbiq olunur. Bu sistemə əsasən məktəblərdə akademik fənlərin tədrisi iki dildə paralel aparılır. Məsələn, bizim təcrübədə kimya Azərbaycan, fizika rus və ya tarix Azərbaycan, ədəbiyyat rus dilində tədris oluna bilər (Bu çərçivədə müxtəlif variantlar təklif oluna bilər). Beləliklə, təhsilini başa vuran şagird ilk növbədə rəsmi Azərbaycan dilini, daha sonra xarici dili, indiki halda rus dilini əsaslı şəkildə mənimsəyər. Bu təcrübə eyni zamanda gələcəkdə digər dillərlə, məsələn, ingilis dili ilə bağlı da tətbiq oluna bilər. 

Nəticə etibarilə, rusdilli məktəb məsələsi siyasi gündəmdən çıxmalı və sırf Azərbaycanın elmi-tədris müstəvisində inkişaf etdirilməlidir". 

Metro stansiyasına general Polad Həşimovun adı veriləcək?

Sosial şəbəkələrdə metronun hansısa stansiyasına Tovuz hadisələri zamanı şəhid olmuş general Polad Həşimovun adının verilməsi ilə bağlı yayılan videolar həqiqəti əks etdirmir.
Bu barədə Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, bu "Bakı Metropoliteni” QSC tərəfindən hazırlanmayıb:

"Sözügedən videogörüntülər kim tərəfindən hazırlanıb, bilmirik. Lakin bu gün belə bir məsələ gündəmdə deyil. Metropolitenin stansiyaların adlandırılması ilə bağlı məsələyə Nazirlər Kabineti nəzarət edir. Bu istiqamətdə rəsmi, dəqiq məlumat olarsa, ictimaiyyətə məlumat verilər”.

Türkiyədən olan bu sifarişlərdə çatdırılma pulsuz olacaq

Dövrün tələbiylə bir çox vərdişlərimiz dəyişdiyi kimi artıq e-ticarət də həyatımızdakı önəmini günü-gündən artırmaqdadır. Onlayn alış-veriş vasitəsilə biz olduğumuz yeri tərk etmədən ölkədaxili və ölkəxaricindən sifarişlər edə bilərik.

Bu prosesdə isə bizim köməyimizə yerli karqo şirkətləri çatır. Hazırda Azərbaycanda bu növ firmaların sayı kifayət qədərdir. Lakin zamanında çatdırılma edən, keyfiyyətli xidmət göstərən, eyni zamanda, büdcəmizə uyğun təkliflər edən karqo şirkətlərini tapmaq elə də asan məsələ deyil.

Ölkədə fəaliyyət göstərən karqo firmaları siyahısının ən başında xidmət və təkliflərilə seçilən, müştərilərin rahatlığına əsaslanan kampaniyaları ilə yadda qalan məhz Mover şirkəti gəlir.

Şirkət bu dəfə də daha möhtəşəm bir kampaniya ilə qarşımıza çıxıb. Belə ki, Mover Visa ilə əməkdaşlıq çərçivəsində başlatdığı “Bonuslu Visa” kampaniyasında Türkiyədən alış-veriş edən bütün Visa kart sahibləri böyük bonuslar qazanacaq.

İndi "Visa" kart ilə Mover balansınıza 13$ əlavə etdiyiniz zaman bu ödənişiniz hesabınıza bonus olaraq geri qayıdacaq.

Nəticədə isə Türkiyədən çatdırılma haqqını "Visa" kartla ödədiyiniz 2 kq-dək olan sifarişin çatdırılması tamamilə pulsuz olacaq. Çünki ödədiyiniz məbləğ bonus balansına geri qayıdacaq.

Qeyd edək ki, kampaniya çərçivəsində hər bir şəxs üçün ümumi olaraq, ilk 7 ödəmədə maksimum 7 kq-ın, növbəti ödəmələrdə isə məhsulun dəyərinin 10%-nin ödənişsiz çatdırılması nəzərdə tutulub.

Kampaniya zamanı müştərilər aşağıdakı fürsətlərdən yararlanmaq haqqına sahibdirlər:

1. Çəkisi 2 kq-da qədər ilk daşınma haqqı ödənişinin TAM 100%-i bonus olaraq balansınıza qayıdacaq.

Nümunə 1: Çəkisi 3 kq  olan bağlama üçün 19.5 $ ödəyirsə 13 bonus  qazanır.

Nümunə 2: Çəkisi 0.5 kq  olan bağlama üçün 3.25 $ ödəyirsə 3.25 bonus qazanır.

Nümunə 3: Çəkisi 1 kq  olan bağlama üçün 6.5 $ ödəyirsə 6.5 bonus qazanır.

Nümunə 4: Balans 13 $ artırılarsa 13 bonus qazanır.

2. Növbəti  5 ödənişdə (2-6) daşınma haqqının 2 kq-a qədər hissəsinin 50%-i bonus olaraq balansınıza qayıdacaq.

Nümunə 1: Çəkisi 3 kq  olan bağlama üçün 19.5 $ ödəyirsə 6.5 bonus  qazanır.

Nümunə 2: Çəkisi 1 kq  olan bağlama üçün 6.5 $ ödəyirsə 3.25 bonus qazanır.

Nümunə 3: Çəkisi 0.5 kq  olan bağlama üçün 3.25 $ ödəyirsə 1.62 bonus qazanır.

Nümunə 4: Balans 13 $ artırılarsa 6.5 bonus qazanır.

3. 6-ci ödənişdən sonra isə bütün daşınma haqqı ödənişlərinin 2 kq-a qədər hissəsinin 10%-i bonus olaraq balansınıza qayıdacaq.

Nümunə 1: Çəkisi 3 kq  olan bağlama üçün 19.5 $ ödəyirsə 1.3  bonus  qazanır.

Nümunə 2: Çəkisi 1 kq  olan bağlama üçün 6.5 $ ödəyirsə 0.65 bonus qazanır.

Nümunə 3: Çəkisi 0.5 kq  olan bağlama üçün 3.25 $ ödəyirsə 0.32 bonus qazanır.

Bitdi? Əlbəttə, bitmədi!

Mover balansınıza Türkiyədən sifariş verdiyiniz bağlamaların daşınma haqqını ödəmək üçün əlavə etdiyiniz 13 $ miqdarında məbləğin tam 100%-i bonus olaraq balansınıza qayıdacaq.

Kampaniya şərtləri

1. “Bonuslu Visa” kampaniyası Moverda çatdırılma ödənişini Visa kartla edən hər kəsə aiddir.

2. Kampaniya istənilən yerli bankın Visa kartı ilə ödəmələrə aiddir. 

3. Kampaniyada qazanılmış bonuslar geri qaytarılmır, sadəcə kampaniya müddətində daşıma haqqı üçün istifadə edilə bilər.

4. Kampaniyada qazanılmış bonuslar yalnız Türkiyədən çatdırılma haqqı ödənişləri üçün istifadə edilə bilər.

5. Bonuslar sadəcə  Standart və Premium tariflərdə istifadə oluna bilər.

6. Kampaniya 10 Sentyabr 2020 -10 Mart 2021 tarixinə qədər davam edəcək.

Qeyd edək ki, Mover Beynəlxalq Hava Nəqliyyatı Asossiasiyasının (İATA) üzvüdür.

Şirkət hazırda 4 ölkədən – Türkiyə, Rusiya, Amerika və Birləşmiş Ərəb Əmirliklərindən müxtəlif yüklərin və onlayn ticarət istifadəçilərinin sifarişlərinin Azərbaycana və ölkənin rayonlarına çatdırılmasını da həyata keçirir.

Ətraflı məlumat üçün:

www.mover.az

Tel: *9009

E-mail: info@mover.az

Bakı metrosu 72 gün sonra...

Xəbər verdiyimiz kimi, bu gün 06:00-dan Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa edilib.

"Qafqazinfo"nun fotoqrafı Nuran Məmmədov səhər saatlarında metronun "İçərişəhər", "28 May" stansiyalarında olub, 72 günlük fasilədən sonra yenidən açılan yeraltı nəqliyyat vasitəsinin ilk sərnişinlərini lentə alıb.

Qeyd edək ki, sentyabrın 30-dək metronun fəaliyyəti şənbə və bazar günləri dayandırılacaq.

 















 
Bu gündən metro açıldı

Bu gün saat 06:00-dan Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa edilib.  

"Qafqazinfo" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

2020-ci il sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 19-u saat 00:00-dan sentyabrın 21-i saat 06:00-dək və sentyabrın 26-sı saat 00:00-dan sentyabrın 28-i saat 06:00-dək metropolitenin sərnişindaşıma fəaliyyəti də dayandırılır. 

“İctimai nəqliyyatda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”ə uyğun olaraq koronavirus infeksiyasının yayılmasına yol verilməməsi, sərnişinlərin sağlamlığının qorunması məqsədilə metropoliten ərazisində müvafiq tədbirlər görülüb. 

Mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq və virusa yeni yoluxma hallarına yol verməmək üçün vətəndaşlardan mövcud karantin rejiminin tələblərinə və tibbi-profilaktik qaydalara əməl etmək xahiş olunur.

Qeyd edək ki, Bakı Metropolitenində sərnişindaşımaları bərpa olunsa da, mövcud epidemioloji vəziyyət və çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq ekspres xətt avtobuslarının fəaliyyəti davam etdiriləcək.

Müəllim olmaq istəyənlərin nəzərinə: Qeydiyyat üçün son gündür

Cari ilin 4, 7, 8 sentyabr tarixlərində tarix, coğrafiya və informatika fənləri üzrə işə qəbul imtahanlarında iştirak etmiş namizədlər üçün vakansiya seçimi mərhələsinə start verilir.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qeyd olunan fənlər üzrə ümumi təhsil müəssisələrinə keçid balı 36 olaraq  müəyyənləşdirilib.

Namizədlər 13 sentyabr  saat 14:00-dan 14 sentyabr saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq elektron ərizələrində vakansiya seçimi edə biləcəklər.

Qeyd edək ki, 4, 7 və 8 sentyabr tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu imtahanları üzrə apellyasiya müraciətlərinə baxılıb və nəticə barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.

Həftənin ilk iş gününə olan
Sentyabrın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, cənub küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 27-30, Bakıda gecə 19-21, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz olacaq. Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Sentyabrın 14-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-22, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.  

“Binə” Ticarət Mərkəzi açılır
“Binə” Ticarət Mərkəzi fəaliyyətini bərpa edir.

News24.az xəbər verir ki, ticarət mərkəzindəki bütün mağazalar 14 sentyabr tarixindən etibarən açılacaq. 

Hazırda mağazaların bəziləri fəaliyyətini davam etdirir. 

Qeyd edək ki, koronavirus pandemiyası səbəbi ilə “Binə” və “Sədərək” ticarət mərkəzlərinin fəaliyyəti dayandırılmışdı.

Bakıda növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılır
Bu gün səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə sayca artıq 12-ci dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.

Bu barədə "Ölkə.Az"a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bu epidemiyaya qarşı tədbirlərin daha da genişləndirilməsi məqsədi ilə kompleks tədbirlər davam etdirilir. 

Daxili İşlər Nazirliyinin şəxsi heyəti hər dəfə olduğu kimi 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə gün ərzində keçirilən bu dezinfeksiya işlərində yaxından iştirak ediblər.

Bildirilib ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Bu istiqamətdə bütün lazımı tədbirlər həyata keçirilir.

Müəllim olmaq istəyənlərin nəzərinə
Müəllimlərin işə qəbulu üzrə cari ilin 8-9 sentyabr tarixlərində keçirilən vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, elektron yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Nəticələrə əsasən, 2699 namizəd vakant yer tutub.

Vakant yer tutmuş namizədlər 16 sentyabr saat 18:00 tarixinədək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Qeyd olunan tarixədək sənədlərini müvafiq yerli təhsili idarəetmə orqanına təqdim etməyən şəxslər tutduğu vakant yerdən imtina etmiş hesab olunacaq.

Xəbər lenti