![]() |
|
Sabah, sentyabr ayının 12-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Paytaxtın kommunal strukturlarından “Qafqazinfo”ya verilən məlumata görə, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.
Bərdə rayonu, Alaçadırlı kəndində yaşayan Şəfa Quliyevanın evi qəzalı vəziyyətdədir. İki il əvvəl rayona yağan güclü yağışlar nəticəsində evin divarları çatlayıb, döşəməsi və damı uçaraq dağılıb. Maddi imkanı yaxşı olmayan ailə evin təmiri üçün aidiyyati orqanlara üz tutsa da, nəticəsi olmayıb.
Şikayətçi “Qafqazinfo”ya müraciətində bildirib ki, 8 il əvvəl çətinliklə tikdirdiyi evi artıq iki ildir ki, tamamilə yararsız haldadır: “İki il əvvəl rayonda güclü yağışlar yağdı, məhəlləni su basdı. Qonşuların həyətlərinə zərər dəydi, mənim isə evim qəzalı vəziyyətə düşdü. Çünki evin yarısı kərpic, yarısı yüngül konstruksiyalı materiallarla tikilib. Ondan sonra da zəlzələ, daşqın, güclü yağış evi lap yaşanmaz hala saldı. Artıq 15 gün olar ki, evdən çıxıb Bakıda yaxınlarımızın evinə yerləşmişik. Çünki ev hər an uça bilər, daha orada yaşamağa qorxuruq. Getməyə də başqa yerimiz yoxdur”.
Şikayətçinin sözlərinə görə, çətin şəraitdə yaşamaqdan həm özü, həm də uşaqları xəstəlik tapıb: “Özüm epilepsiya xəstəsiyəm, yoldaşım da bizi qoyub gedib. Nəmdən hər cür xəstəlik tapmışıq. Uşaqlarımın birinin sol böyrəyi işləmir. Özüm bu günlərdə əməliyyat olunmuşam, xahiş edirəm, bizə kömək edin”.
Ş. Quliyeva bildirib ki, evinin vəziyyəti ilə əlaqədar dəfələrlə aidiyyati qurumlara şikayət edib. Bərdə Rayon İcra hakimiyyəti başçısının müavini Vahid Qarayevin qəbulunda iki dəfə olsa da, ona bildirilib ki, büdcədə kifayət qədər vəsait olmadığına görə evi təmir etmək mümkün deyil.
Şikayətlə bağlı Bərdə Rayon İcra Hakimiyyətinə müraciət etdik. İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirdilər ki, vətəndaşların şəxsi mülkiyyətində olan fərdi yaşayış evlərinin tikinti və təmirinə vəsait ayrılmır: “Təbii fəlakətlərə görə Nazirlər Kabinetinin təsdiq etdiyi parametrlər var. Məsələn, zəlzələ 6, 2 baldan yuxarı olmalıdır və ya küləyin sürəti 40 m/saniyədən yüksək olmalıdır ki, onun yaratdığı problemi Fövqəladə Hallar Nazirliyi aradan qaldırsın. Həmçinin yağıntının miqdarı ilə bağlı da belə həcm nəzərdə tutulub. Hazırda icra hakimiyyətinin balansında vəsait yoxdur ki, həmin evi təmir etsin. Onu ancaq qohum-qonşu yığışıb təmir edə bilər”, - İcra Hakimiyyətindən bildiriblər.
Gülnar Əliyeva
Demokrat.az xəbər verir ki, hazırda Əli Həsənov Türkiyənin Antalya bölgəsində yerləşən villasında ailəsi ilə bərabər istirahət edir.
Sözügedən villa Antalyanın dəniz sahili ərazisi olan Konyaaltı, Gürsu ünvanında yerləşir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin də Əli Həsənovla bir yerdə istirahətdə olduğu deyilir.
Qeyd edək ki, Prezidentin keçmiş köməkçisi Əli Həsənovun Türkiyənin məşhur “Ersek” ürək-cərrahiyyə klinikasında müalicə aldığı barədə xəbər təsdiqini tapmayıb.
Sözügedən klinikadan bildirilib ki, orada Həsənov Əli Məhəmmədəli oğlu ad-soyadlı xəstə qeydə alınmayıb.
“Bizim klinikada belə bir şəxsin müalicə aldığı barədə hər hansı məlumat yoxdur”, - deyə klinikanın əməkdaşı bildirib.
“Orta məktəblərdə şagird sayından asılı olaraq, tibbi kabinet ayrılmalı, burada ixtisaslı kadrlar işləməlidir. Həmin kabinetlərdə çalışan tibb bacıları uşaqların sağlamlığını nəzarətdə saxlamalı, ehtiyac olduğu anlarda onlara dərhal ilkin yardım göstərməlidir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili Şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib. O, qeyd edib ki, xəstəliyi keçirən uşaqlar həkim nəzarətində olmalı, şagirdlər mütəmadi olaraq, profilaktik baxışdan keçirilməli və hər hansı bir xəstəliyə şübhəli olanlar dərhal təcrid edilməlidir.
A. Zeynalova bildirib ki, təhsil müəssisələrinin açılması havaların soyuması və nəticə etibarilə, xəstəliklərin baş qaldırması dövrünə təsadüf edir: “Payız-qış fəsillərində havaların soyuması, təlim-tərbiyə ocaqlarında uşaq və yeniyetmələrin bir-biri ilə yaxın təmasda olması və bəzən immunitetlərinin zəifliyi, otaqların sıxlığı, əks epidemik rejimin tam gözlənilməməsi ilə əlaqədar tənəffüs yollarının kəskin infeksion xəstəliklərinə səbəb olur. Uşaq və yeniyetmələrin infeksiyalara qarşı müqavimətini artırmaq üçün onların rasional qidalanması, gigiyenik gün və dərs rejimi, təlim-tərbiyə ocaqlarında və evdə daim optimal şərait ilə təmin olunması vacibdir”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edən deputat Vahid Əhmədov bir sıra məsələlərə toxunub.
“Qafqazinfo” xəbər verir ki, deputat əvvəlcə 2018- ci ildə qəbul edilmiş “Reklam haqqında” qanunun işləməməsindən danışıb. O qeyd edib ki,qanun qəbul edildikdən sonra ölkədə Reklam Agentliyi yaradılıb: “Bizim hesablamalarımıza görə, reklamdan 250-300 milyon vəsait dövlət büdcəsinə daxil olmalı idi. Ancaq indiyə kimi bundan 5 dəfə az vəsait dövlət büdcəsinə daxil olub. Bu qanunun həyata keçirilməsiylə bağlı ciddi problem var. Mənə 20-dən çox ziyalı müraciət edib. Bildirirlər ki, ölkədə Azərbaycan dilindən başqa bütün dillərdə reklam var. Dövlət dili ilə bağlı məsələ həll edilmir. Təklif edirəm ki, həmin agentliklə birgə dinləmələr keçirilsin”.
Deputat banklardakı problemə də toxunub. Bildirib ki, hazırda insanlar kredit ala bilmir.
V. Əhmədov “uşaqpulu” məsələsindən də danışıb. O qeyd edib ki, bu məsələylə bağlı çoxlu müraciətlər var: “Rayonlardan keçmək mümkün deyil. Camaat “uşaqpulu” məsələsini qaldırır. Nazirliyin müəyyən arqumentləri var. Amma bizim də arqumentlərimiz var. Biz bu məsələni müzakirə edək görək, onu həll edə bilərikmi?”.
DİN Baş DYP İdarəsi şəhərdaxili ictimai nəqliyyat vasitələrindən istifadə edən hərəkət iştirakçılarına müraciət edib.
“Qafqazinfo” həmin müraciəti təqdim edir:
“Son vaxtlar paytaxt Bakıda fəaliyyət göstərən şəhərdaxili avtobus marşrutlarında bəzi sürücü və sərnişinlərin tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə etməmələri, eləcə də avtobuslarda həddən artıq sərnişin sıxlığının yaşanması müşahidə edilir. Sərnişinlərin məsafə gözləmədən bir-birləri ilə yaxın təmasda olmaları, onların koronavirus (COVİD-19) infeksiyasına kütləvi şəkildə yoluxma riskini artırır və son bir neçə gündə ölkə ərazisində yolxma sayının yüksəlmə səbəblərinin daha çox məhz bu faktorla əlaqəli olması ehtimal edilir.
Qeyd olunan halların qarşısının alınması məqsədilə DİN Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarından, xüsusilə ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərdən xahiş edir ki, özlərinin və yaxınlarının sağlamlığının qorunması naminə, habelə bu tələblərin yerinə yetirilməməsinə görə inzibati məsuliyyətə cəlb edilməmələri, eləcə də xüsusi karantin rejiminin yenidən sərtləşdirilməməsi üçün mütləq qaydada tibbi maskalardan istifadə etsinlər və avtobuslarda mümkün qədər daha çox sosial məsafənin saxlanılmasının vacibliyini nəzərə alaraq, sərnişinlərin sayı nisbətən artıq olan ictimai nəqliyyat vasitələrinə minməkdən çəkinsinlər”.
Deputat Rüfət Quliyev Milli Məclisin komitə iclasında Bakı Nəqliyyat Agentliyinin fəaliyyətini sərt tənqid edib.
“Qafqazinfo” xəbər verir ki, R. Quliyev qeyd edib ki, agentliyin işçilərinin hərəsinin əlində bir fotoaparat var: “Elə dayanmadan “çakkaçak” çəkirlər. Şəkil çəkirlər və qaçırlar. Əgər vətəndaş səhv edirsə, bunu izah eləməlisən. Ağ şəhərdə dünən sürücülər 14 dəqiqə gözlədilər ki, maşını harada saxlasınlar. Sürücülərə su almaq üçün heç 30 saniyə də vaxt vermirlər.
20 manatdan da nə qədər də cərimə yazılır. Günə 100 min, ayda 3 milyon pul edir. Bu əməlli-başlı biznesdir ki? Bəs bu vəsaitin hesab-kitabı hardadır? Mən təklif edirəm ki, həmin agentlikdən hansısa 8- ci dərəcəli yox, əsas şəxlər gəlib bizə məlumat versin. Daha qurbanlıq gedən adamları bura göndərməsinlər”.
AZSABAH.COM-a bunu açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. Onun sözlərinə görə, pensiya vəsaitləri həmin şəhər və rayonlarda qeydiyyatda olan pensiyaçıların hesablarına köçürülüb. Vətəndaşlar pensiyalarını "Beynəlxalq Bank"dan və "Kapital Bank"dan verilmiş bank kartları vasitəsilə həmin bankların bankomatlarından əldə edə bilərlər.
Respublikanın digər rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların isə ayın 15-də ödənilməsi nəzərdə tutulub.
İmtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 18277, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 1789 şagirdin iştirakı nəzərdə tutulur. 369 şagird isə yalnız Azərbaycan dili fənni üzrə imtahan verir. Ümumilikdə imtahanda 20 min 435 şagird iştirak edəcək.
Piyada zolağı, eləcə də yolun hərəkət hissəsini maşınlar zəbt edir. Avtomobillər səkilərə paralel dayanmaq əvəzinə, üfüqi vəziyyətdə saxlanılır. Bu zaman hərəkətin intensivliyi çox aşağı düşür.
Baku TV mövzu ilə bağlı maraqlı videoreportaj hazırlayıb.