Hava şəraitinə görə dərslər dayandırılacaq? - RƏSMİ

Ümumi və məktəbədəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam edəcək.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

"Ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar yaranan xüsusi hallarla bağlı Agentliyə və Agentliyin yerli təhsili idarəetmə bölmələrinə daxil olan müraciətlər operativ şəkildə qeydiyyata alınır və təhlillər aparılır.

Qeyd edirik ki, müraciətlərin həlli ilə bağlı aidiyyəti qurumlarla birlikdə işçi qrup yaradılıb və təhsil müəssisələrində tədris prosesinin fasiləsizliyini təmin etmək məqsədilə müvafiq addımlar atılır. Şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilsə də, təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.

Təhsil müəssisələrində uşaqların təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır.

İntensiv yağıntılarla əlaqədar olaraq xüsusilə azyaşlı məktəblilərin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır, təhsil müəssisələrinin rəhbərlərindən və valideynlərdən müvafiq təhlükəsizlik tədbirlərinə, təhlükə ilə üzləşdikdə isə dərhal aidiyyəti xilasetmə qurumlarının çağırış və tövsiyələrinə riayət etmələrini xahiş edirik" - məlumatda deyilir.

operativ-tedbirler-gorulur

Hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülür.

“Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hərəkət iştirakçılarının getdikləri ünvana təhlükəsiz şəkildə çatması üçün polis gücləndirilmiş rejimdə paytaxt və bölgələrdə xidmətini davam etdirir: “Hava şəraitinin yarada biləcəyi fəsadların qarşısının alınması və vaxtında aradan qaldırılması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə zəruri işlər görülür, operativ tədbirlər həyata keçirilir. Hərəkətin təhlükəsizliyi tam təmin edilir. Köməyə ehtiyacı olan hər kəsə xidmətə cəlb edilmiş əlavə polis naryadları tərəfindən lazımi köməkliklər göstərilir. Digər dövlət orqanları ilə birgə gecə saatlarından təşkil edilən fasiləsiz xidmət hazırda da davam etdirilir”.

 

 
 
yagisli-bakinin-yollarinda-sixliq-var

Bakının bir sıra yollarında yağış səbəbi ilə nəqliyyat sıxlığı yaranıb.

Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda yollardakı vəziyyət:

 1. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

 2. “20 Yanvar” dairəsində;

 3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

 4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

 5. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

 6. Babək prospekti, mərkəz istiqamətində;

 7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

 

 



 
dovlet-orqanlari-herekete-kecdi

Ötən gündən başlayaraq ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb.

“Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qeyd olunanlarla bağlı Nazirliyin qüvvələri intensiv yağışlarla əlaqədar Bakı və Gəncə şəhərləri, Abşeron rayonunun Xırdalan şəhəri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə cəlb olunub.

Hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən bir sıra ünvanlarında əməliyyat davam etdirilir.

 

 



 
ADY qatarların hərəkətində gecikmələrin səbəblərini açıqlayıb

ADY ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz də çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Yol-xeber.az bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.

Qeyd olunub ki, güclü külək və leysan səbəbindən bəzi sahələrdə su yığılması, ağacın kontakt şəbəkənin üstünə aşması və elektrik enerjisinin kəsintisi kimi hallar qeydə alındığı üçün Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı və Bakı–Balakən–Bakı marşrutları üzrə qatarların hərəkətində gecikmələr müşahidə olunur.

“Baş verən bütün hallara qarşı öncədən hazırlıqlar görülüb və operativ reaksiya verilir. Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik”.



İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, dəmiryol keçidlərindən istifadə qaydalarının pozulmasına görə cərimələr artırılıb.
Belə ki:
- dəmir yolunu keçidlərdən kənar ərazilərdən keçən piyadalar 40 manat;
- dəmir yolunu keçidlərdən kənar yerlərdən keçən nəqliyyat vasitəsi sahibləri 200 manat məbləğində cərimələnəcək.
“Yol-xeber.az” xəbər verir ki, ADY bir daha piyadalar və sürücüləri dəmiryol xəttini yalnız müəyyən olunmuş yerlərdən keçməyə, yolun boş olduğuna əmin olduqdan sonra yola davam etməyə, dəmiryol keçidlərinə yaxınlaşarkən yol nişanlarını və xəbərdaredici işarələri diqqətdə saxlamağa çağırır.


 
Qatar maşinisti olmaq istəyənlərin nəzərinə!
 “Bakı Metropoliteni” QSC qatar maşinisti peşəsi üzrə kişi və qadın namizədlərin növbəti seçimini elan edir.
 Tələblər:
 yaş - 22-30 arası;
 təhsil - ali texniki, orta texniki və ilk peşə ixtisaslı;
 kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə).
Namizədlər necə seçiləcək
 İlkin seçim müsahibə və psixoloji testlər vasitəsilə aparılacaq.
 Uyğun namizədlər zəruri tibbi yoxlamalardan keçiriləcək.
 Bütün tələblərə cavab verən namizədlər 6-7 ay davam edən nəzəri və praktik tədris prosesinə cəlb olunacaqlar.
 Qeydiyyat üçün Bakı metropoliteninin “metro.gov.az”- rəsmi internet saytının “Karyera” bölməsinə daxil olaraq, “Elektron ərizə” (https://shorturl.at/xciqT) yarımbölməsindəki anket formasını doldurmaq lazımdır.
Ərizə formasında “işləmək istədiyiniz işin adı” xanasına “maşinist” qeydinin yazılması mütləqdir!
 Müraciət tarixi: 15 - 30 aprel 2025
 Diqqət: Ərizələr proqramlaşdırılmış qaydada avtomatik qeydə alınır. Bu səbəbdən göstərilən müddətdən əvvəl və sonra göndərilən, eləcə də müvafiq xanada “maşinist” qeydi yazılmayan ərizələr “CV bankına” daxil olmur.
Azərbaycan əhalisinin sayı açıqlandı

İlin əvvəlindən ölkə əhalisinin sayı 5777 nəfər və ya 0,1 faiz artaraq 2025-ci il mart ayının 1-i vəziyyətinə 10230666 nəfər təşkil etmişdir. Əhalinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.

1-ci sinfə qəbulda yenilik - Valideynlərin nəzərinə

1-ci sinfə qəbulda yenilik tətbiq ediləcək.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

"2025-2026-cı tədris ili üzrə uşaqların birinci sinfə qəbulu prosesində tətbiq edilən daha bir yeniliyə əsasən, Azərbaycan Respublikası vətəndaşları və ölkə ərazisində müvəqqəti və daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşlarının şəxsi kabinetə "istifadəçi adı və şifrə" ilə daxil olması məhdudlaşdırılacaq. Proses istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinin artırılması və sistemə giriş zamanı identifikasiya prosesinin sadələşdirilməsi məqsədi ilə həyata keçirilir.

Şəxsi kabinetə giriş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi (“Digital Login”) ilə həyata keçiriləcək. Digər sənəd növləri ilə qeydiyyat etmək istəyən valideynlər alternativ qeydiyyat mərkəzlərinə müraciət edəcəklər" - məlumatda deyilir.

Qeyd edək ki, uşaqların birinci sinfə qəbulu prosesinə 01 may 2025-ci il saat 11:00-dan etibarən start veriləcək.



“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) növbəti kadr dəyişikliyi olub.

Yol-xeber.az Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, ADY-nin Təchizat departamentinin müdiri vəzifəsinə Fərid Hüseynov təyin edilib.

F. Hüseynov 1988-ci ildə anadan olub. 2009-cu ildə Xəzər Universitetində “Maliyyə və kredit ixtisası” üzrə bakalavr, 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznes təşkili və idarə edilməsi ixtisası” üzrə magistr təhsili alıb.

2009–2017-ci illərdə “Azərpoçt” MMC-də müxtəlif aparıcı və rəhbər vəzifələrdə çalışıb. Karyerasının növbəti mərhələsində 2017–2021-ci illərdə yerli logistika şirkətində mühasibatlıq və yük daşımaları üzrə məsul şəxs kimi fəaliyyət göstərib.

2021–2022-ci illərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin təchizat və təsərrüfat işləri üzrə baş mütəxəssisi və şöbə müdiri vəzifələrini tutub.

ADY-də karyerasına 2022-ci ildə başlamış Fərid Hüseynov yeni təyinata qədər Təsərrüfat departamentinin müdiri vəzifəsini tutub.

Qeyd edək ki, Təchizat departamentinin müdiri Emil Pənahov karyerasında yeni mərhələyə başlamaq üçün ADY-dən ayrılıb. O, ADY-də 2023-cü ildə fəaliyyətə başlayıb, şirkətin inkişafına mühüm töhfələr verib.

Xəbər lenti