ŞAD XƏBƏR: Dövlət bu şəxslərə ev verəcək

Azərbaycanda əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinə dəstək, qayğı dövlətin diqqət mərkəzində olan əsas məsələlərdəndir.

Trend-in əldə etdiyi məlumata görə, növbəti dəfə bir sıra əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri yeni mənzillərlə təmin olunacaq.

Məlumata əsasən, bu şəxslər üçün Ağstafa rayonunda 3 ədəd ikiotaqlı, 6 ədəd üçotaqlı mənzillər satın alınacaq.

Belə ki, artıq bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində müvafiq işlərə başlanılıb.

Agentlik sözügedən işlərin 844,5 min manata başa gələcəyini ehtimal edir.

anamin-40-ildir-yanimda-olmadigina-inanmaq-cox-cetindir

Ümummilli lider Heydər Əliyevin qızı Sevil Əliyeva anası Zərifə Əliyevanın anım günü münasibətilə paylaşım edib.

“S.Əliyeva sosial şəbəkə hesabında valideyninin fotosunu paylaşıb.

“Bu gün mənim üçün ən ağır gündür. Anamın 40 ildir yanımda olmadığına inanmaq mənim üçün çox çətindir”, - deyə Sevil Əliyeva yazıb.

Qeyd edək ki, bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 40 il ötür.

 

 
 
Qatarların sürət həddi endirildi

Hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə Bakı və regionlarda müşahidə edilən küləkli-yağışlı hava şəraitinə görə "Azərbaycan Dəmir Yolları" QSC (ADY ) bəzi sahələrdə qatarların sürət həddini endirib.

ADY-dən Yol-xeber.az-a verilən məlumata görə, qeyd olunan səbəbdən Abşeron dairəvi, Bakı-Ağstafa-Bakı və Bakı-Balakən-Bakı marşrutları üzrə hərəkət edən qatarların qrafikində qismən kənara çıxma halları ola bilər.

"Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik", - ADY-nin məlumatında qeyd olunur.

Bu yolda sürət həddi endirildi

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq paytaxtın Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Yol-xeber.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik olunub.

Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

30 yaşı keçənlərin nəzərinə: hərbi xidmətə çağırış... - RƏSMİ

Məlum olduğu kimi, Azərbaycanda həqiqi hərbi xidmətkeçmədə son yaş həddi 35-dən 30-a endirilib.

Buna baxmayaraq 30 yaşı keçənlərə hərbi xidmətlə bağlı mesaj gəlməsi insanlar arasında bir qədər çaşqınlıq yaradıb.
Buna səbəb isə mesajlarda çağırışın səbəbinin qeyd olunmamasıdır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti daha əvvəl mesajlara aydınlıq gətirsə də, məsələnin daha sadə dildə izahatına ehtiyac yaranıb.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib ki, bu, 30 yaşı tamam olan ehtiyata buraxılan şəxslərin sağlamlıq durumunu öyrənmək məqsədi daşıyır:

“Yaşı 30-u keçmiş və hərbi xidmətə yararsız olan, daha doğrusu, dinc dövrdə müddətli həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı olanlara SMS gəlib. Bu SMS ona görə göndərilib ki, onlar sonuncu dəfə həkim komissiyasından keçirilir və ehtiyata buraxılırlar. Ehtiyata buraxıldıqda onların sağlamlıq statusları müəyyən olunmalıdır ki, sabah onlar ehtiyatda olmaqlarına baxmayaraq yenidən lazım olsalar, bilinsin ki, bu şəxslər xidmətə yararlıdır, yararsızdır və ya məhdud yararlıdırlar.

Yəni yaşı 30-u keçənlərə SMS göndərilməsinin səbəbi onların ehtiyata buraxılması üçün sonuncu dəfə həkim müayinəsinə cəlb olunmasıdır. Ehtiyata buraxılarkən onların sağlamlıq durumu müəyyən edilməlidir”.

Həqiqi hərbi xidmət yaşının 30-a endirilməsindən sonra bəziləri üçün qaranlıq qalan digər bir məsələ isə mətbuatda yer alan məlumatlarda müddətli həqiqi hərbi xidmətdə olmağın son yaş həddinin 31.5 yaş göstərilməsidir. Əhali arasında "həqiqi hərbi xidmətkeçmədə son yaş həddi" ilə "hərbi xidmətdə olmağın son yaş həddi" anlayışlarını səhv salıblar.

P.Sədrəddinov bu məsələyə də aydınlıq gətirib.

“Çağırış ayına qədər 30 yaşı tamam olan şəxslər (çağırış hər 3 aydan bir olur) əsgərliyə getmir. Çünki onun 30 yaşı artıq tamam olub. Əgər şəxs 30 yaşı tamam olan ildə əsgərliyə gedirsə, orta təhsillidirsə, o, 31.5 yaşda, ali təhsillidirsə, 31 yaşında tərxis olacaq.

Əvvəllər həqiqi hərbi xidmətkeçmənin son yaş həddi 35 idi. Yəni 35 yaşa qədər hərbi xidmətə çağırılırdısa və orta təhsillidirsə, 36.5 yaşında tərxis olurdu”.

bakida-guclu-yagis-yagacaq

Bakıda və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı, yağışın leysan xarakterli olacağı, arabir intensivləşəcəyi gözlənilir.

“Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Aprelin 16-da yağışın aramsız güclü olacağı ehtimalı yüksəkdir. Prosesin şimşək və güclü küləklə müşayiət olunacağı gözlənilir.

Gözlənilən intensiv və güclü yağışla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində subasma halları istisna olunmur. Prosesin aprel ayının 17-dək davam edəcəyi gözlənilir.

bu-sexslerin-tehsil-haqqini-dovlet-odeyecek

Qarabağdakı peşə məktəblərində oxuyanların təhsil haqqını dövlət ödəyəcək.

Prezident İlham Əliyev bununla bağlı “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Qanunlara dəyişikliyi təsdiqləyib.

Belə ki, təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslər sırasına işğaldan azad edilən ərazilərdə məskunlaşan və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslər də daxil edilib.

Qanun sentyabrın 15-dən qüvvəyə minəcək.

onlar-sosial-vergi-odemeyecek

Əlilliyi olan şəxslər əl işlərinin internetlə satışına görə sosial vergi ödəməyəcək.

Prezident İlham Əliyev bununla bağlı “Sosial sığorta haqqında” Qanuna və Vergi Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.

Belə ki, əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsi üçün əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2 faiz vergi tutulacaq.

Həmçinin onların əl işlərinin satışını həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq, əlilliyi olan şəxslər orada qeydiyyatdan keçəcəklər.

Əl işlərinin satışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək. Bununla bərabər, portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq, bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək.

Dəyişikliyə əsasən, əl işlərinin satışından əldə olunan gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək.

ady-de-yeni-teyinat

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni kadr təyinatı həyata keçirilib.

“Yol-xeber.az” Report-a istinadən xəbər verir ki, Turxan Əhmədov Kommunikasiya departamentinin müdiri vəzifəsinə təyin olunub.

T. Əhmədov kommunikasiya və ictimaiyyətlə əlaqələr sahəsində 20 ildən artıq təcrübəyə malikdir. Yeni təyinatadək “Nobel Energy” şirkətində İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə rəhbərlik edib.

Kamaləddin Qafarov: “Zərifə xanım Əliyevanın xatirəsi qəlbimizdə daim yaşayır”
“Əməkdar elm xadimi, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi hər il aprelin 15-də Azərbaycan xalqı tərəfindən sonsuz hörmət və ehtiramla anılır. Zərifə Əliyeva Azərbaycan tibb elminin, xüsusən də oftalmologiya sahəsinin inkişafına böyük töhfələr verən akademiklərimizdən olub. “

Bu fikirləri görkəmli alim-oftalmoloq Zərifə xanım Əliyevanın anım günü ilə əlaqədar ölkə mətbuatına verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.

O, bildirib ki, 1967-ci ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasında fəaliyyətini davam etdirən Zərifə xanım Əliyeva burada dosent, professor, kafedra müdiri vəzifələrinədək yüksəlib, oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb. “Bu problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutur. Həmin dövrdə Zərifə xanımın diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – gözün peşə patologiyası cəlb edir. Zərifə Əliyeva bu sahənin ilk tədqiqatçısı olur. Dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyasını yaradan Zərifə xanım elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyur. Bakı məişət kondisionerləri zavodunda təşkil edilmiş bu laboratoriyada elmi-tədqiqat işləri ilə yanaşı, iri sənaye müəssisələrinin işçilərinin müalicəsi də aparılırdı. Zərifə xanım Əliyeva müvafiq araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. 1977-ci ildə Zərifə xanıma tibb elmləri doktoru alimlik dərəcəsi verildi.”

K.Qafarov bildirib ki, Akademik Zərifə Əliyevanın elmi fəaliyyəti oftalmologiyanın inkişafına misilsiz töhfələr verib: “Təsadüfi deyil ki, Zərifə xanım Əliyevanın əziz xatirəsi respublikamızda olduğu kimi, Azərbaycanın sərhədlərindən çox-çox uzaqlarda da səhiyyə, elm sahəsində çalışan minlərlə insanın qəlbində yaşamaqdadır. Bu, ilk növbədə, Zərifə xanımın oftalmologiya sahəsində geniş elmi axtarışları və tədqiqatları ilə bağlıdır. Məlumdur ki, görkəmli alim tibb elmində, təcrübi səhiyyədə son dərəcə əhəmiyyətli əsərlər yazıb. Bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Qeyd etmək lazımdır ki, Zərifə xanım Əliyevanın elmi tədqiqatları yüksək səviyyədə olmaqla bərabər, onların sosial əhəmiyyəti də olduqca böyük idi. Zərifə xanımın məhz bu sahədə xidmətləri, fəaliyyəti də yüksək qiymətləndirildi və o, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçildi. Xüsusilə vurğulamaq lazımdır ki, bu gün də Zərifə Əliyevanın tədqiqatlarından tibb elmində geniş istifadə olunur.”

K.Qafarov görkəmli akademikimizin milli tibb kadrlarının yetişmələrində əhəmiyyətli rolunu xüsusi vurğulayıb: “Zərifə xanım Əliyevanın elmi fəaliyyətini səciyyələndirən əsas cəhətlərdən biri də görkəmli alimin gənc həkimlərin yetişməsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etməsidir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Zərifə xanım səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Akademik Zərifə xanım Əliyevanın yetişdirdiyi həkimlər bu gün Azərbaycan səhiyyəsinin inkişafına misilsiz töhfələr verir, minlərlə insana sağlamlıq bəxş edirlər”.

Xəbər lenti