Bayılda yenə sürüşmə oldu

 

Bakı şəhəri Səbail rayonunda, Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) böyük təhlükə yaranıb. Təhlükə sürüşmə ilə bağlıdır.  

Baş nazirin müavini Hacıbala Abutalıbov Modern.az-a faktı təsdiqləyib: “Hazırda hadisə yerindəyəm. Müvafiq qurumlar və rəsmilər də buradadır. İclas keçirilir. Narahatlıq üçün əsas yoxdur”.
 
Baş nazirin müavini iclasdan sonra ictimaiyyətə geniş açıqlama verəcəyini vurğulayıb.
 
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
 
Bu səbəbdən 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. Hazırda qeyd edilən marşrut xətləri üzrə avtobuslar 20-ci sahə adlanan əraziyə getmək üçün alternativ yollardan istifadə edirlər.
 
Dəyişiklik Badamdar şosesində hərəkət bərpa edilənədək qüvvədə olacaq.

“O məktəblərin uşaqları nə edəcək?”

 

Təhsil eksperti Kamran Əsədov DİM-in qəbul imtahanlarında ingilis dili fənni ilə bağlı etdiyi dəyişiklikləri şərh edib. 

“DİM xarici dil fənni üzrə həm IX , həm XI siniflərdə keçiriləcək imtahan modelini verib. Təqdim olunan  imtahan modelini araşdırarkən bir çox anlaşılmazlıqlar və suallar ortaya çıxdı. Təəssüf ki, bu modelin hazırlanmasında Təsil Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə bərabər işləyib. Amma belə başa düşülür ki, Təhsil Nazirliyi bu modelin hazırlanmasında ancaq seyirci mövqeyində dayanıb. Yoxsa Xarici dil fənni ilə bağlı sadalanan ciddi qüsurlar ortaya çıxmazdı:

 1. Xarici dil üzrə orta məktəb dərsliklərində dinləyib anlama məzmun xətti üzrə standartlar tamamilə yerinə yetirilmədiyi halda (nə disk və ya nə ksset və ya heç bir dinləmə aparmaq üçün vəsait olmadığı halda ) imtahana dinləyib anlama üzrə tapşırıqlar salınması nəyə əsaslanıb? Axı DİM-in və TN-nin dərsliklərin monitorinqi komissiyasının hazırki dərsliklərdə dinləyib anlama məzmun xətti üzrə standartların yerinə yetirilməsi barədə rəyi mənfi olmuşdur. Müəllimin dinləyib anlama məzmun xətti üzrə standartları yerinə yetirməsi üçün dərsliklərdə tapşırıqlar demək olar ki yoxdur. Eyni zamanda bütün dərsliklərdə disk və audio vəsait nəzərdə tutulmadığı halda DİM-in audio vəsaitlə imtahan aparması nə dərəcədə düzgündür?

2. Xatırladaq ki orta məktəblərdə xarici dil fənni üzrə  hal hazırda işlək olan bütün dərsliklər , əsasən də 1-ci 2-ci 3-cü və 5-ci sinif dərslikləri ümumiyyətlə tədrisə yararlı deyil.

1-ci sinifdən 8-ci sinfə qədər dərsliklərdə dinləyib anlama məzmun xətti üzrə standartların yerinə yetirilmədiyini, məzmunun yalnız ele buna görə 1/4 hissəsinin mənimsənilməyəcəyini xüsusi ilə qeyd etmək lazımdır. Əlavə edək ki, IX-XI sinif dərsliklərində də çoxlu səhvələr var və onlarda da dinləyib anlama məzmun xətti üzrə standartların yerinə yetirilməməsi göz qabağındadır.

3. Azərbaycanda 90% məktəbin və müəllimin dinləyib anlamanı özü yerinə yetirmək üçün texniki vəsaiti yoxdur. ( “dərsliklərdə yoxdursa müəllim özü dinləmə etsin” deyənlərə cavab) Bu halda təxminən 200 000 şagird ( həm IX, həm XI siniflər üzrə) dinləmə ilə yalnız imtahan otağında tanış olacaq. Və bu qədər şagirdin taleyi ilə oynamaq nə dərəcədə doğrudur?

4. Həftədə 1- 4-ci siniflərdə cəmi 1 saat, 5-8 ci siniflərdə 3 saat ,9 –cu sinifdə 2 saat dərs saatı olan ingilis dili fənnindən 9-cu sinfin buraxılış imtahanında 2 mərhələli olmaqla 45 sual ( 15-tapşırıq 1-ci mərhələdə , 30 test isə 2-ci mərhələdə) salmaq nə dərəcədə düzgündür?

5. DİM-in modelinə əsasən 9-cu siniflərin buraxılış imtahanının 11-ci siniflərə nisbətdə daha çətin verilməsi aydınlaşır. Yuxarıda da qeyd edildiyi  kimi tam orta təhsili bitirməmiş və 11-ci siniflərdən aşağı pillədə olan , yaş xususiyyətləri nəzərə alınmayan 9-cu siniflərdə 2-mərhələ üzrə xarici dildən 45 suala , onlardan yuxarı pillədə olan 11-ci sinif şagirdlərinin isə 30 suala cavab vermələri nəyə əsaslanır?

6. DİM-in modelinə əsasən Xarici dil fənnindən imtahan 9-cu və 11-ci siniflərdə Ana dilindən və Riyaziyyat imtahanından da çətin verilmiş və bir neçə standartın yerinə yetirilməsini tələb edir. Belə ki həftədə 5-6 saata keçilən Ana dili və Riyaziyyat fənnindən yalnız 1 və ya 2 məzmun xətti üzrə standart yoxlanılırsa və şagird öz Ana dilindən dinləyib anlama tapşırıqları etmirsə, xarici dil fənnindən 3 məzmun xətti üzrə standartların yoxlanılması və dinləyib anlama tapşırıqları verilməsi nə dərəcədə düzgündür?

7. Ana dili və Riyaziyyat fənlərindən əvvəlki illərdə köhnə model üzrə açıq suallar salınması və 9-cu siniflərdə həmin fənlərdən buraxılış imtahanı keçirmək təcrübəsi olduğu üçün o fənlərdən bu ilki imtahanlarda bir yenilik yoxdur , müəllim və şagirdlər buna hazırlıqlıdırlar. Yəni şagirdlər Ana dili və Riyaziyyatdan imtahan verərkən artıq həm psixoloji cəhətdən həm də bacarıq cəhətdən buna hazırdırlar. Xarici dildən isə şagirdlər bu il həm yeni modellə tanış olurlar, həm 9-cu sinifdə ilk dəfə xarici dil imtahanı verirlər, həm açıq suallar bu ildən salınır, həm də dinləyib anlama tapşırıqları verilir. Hansı əsasla? İngilis dili ana dili deyil, dövlət dili deyil , yuxarıda da qeyd etdiyim saatlarla, çox zəif dərsliklərlə keçirilən xarici dildir. Və bu xarici dilin öyrədilməsi yalnız xarici dil müəllimlərinin fədakarlığının və repititorluğun nəticəsidir.

8. Oxu , yazı və dil qaydaları ilə bağlı həm Təsil Nazirliyinin, həm də Dövlət İmtahan Mərkəzinin nəşr etdirdiyi yüzlərlə vəsait və kitab var. Lakin dinləyib anlama etmək üçün nə Təsil Nazirliyinin nə də DİM –in audio vəsaiti var . Belə olan halda imtahan modeli nəyə əsasən dinləyib anlama tapşırıqları ilə verilib. Əlbəttə yenə deyəcəklər ki internetdə milyonlarla vəsait var , açıb etsinlər. Onda sual doğur DİM –in bu modeli dərsliklər əsasında yaradılıb ya internet əsasında . Eləcə də heç Bakının bəzi məktəblərinin netə çıxışı yoxdur ,o ki ola ucqar Neftçala rayon Dördər kənddəki müəllimin. Soruşmaq istərdim o məktəblərin uşaqları nə edəcəklər?

9. Buraxılış imtahanlarında dinləmənin necə aparılacağı da sual doğurur. Dünyanın heç bir ölkəsində xarici dildən dinləyib anlama digər fənnlərlə birlikdə , eyni auditoriyada aparılmır. Belə ki Listening aparılarkən şagirdlər həm ana dilindən , həm də riyaziyyatdan tapşırıqlar etməli olacaqlar. Verilən 3 saatın hansı anında dinləyib anlama aparılacaq? Bəlkə şagirdlər riyaziyyat və ya ana dili tapşırıqları edəcəklər və onlara “testi dayandırın və indi mətnə qulaq asıb xarici dil tapşırıqları edin” deyiləcək və ya əvvəldə qulaq asıldıqdan sonra riyaziyyat və ana dili testləri ilə birlikdə edəcəklər? Bu heç bir Listening imtahanında edilmir. Heç bir ölkədə belə təcrübə yoxdur. Şagirdlər dinləyib anlamanı yalnız həmən dildən olan imtahanın tərkib hissəsi kimi edə bilərlər, digər fənnlərlə qarışıq edilməsi həm psixoloji həm pedoqoji cəhətdən düzgün deyil.

10. Xarici dildən dinləyib anlama və oxu imtahanı etmək üçün şagirlər xarici dildən akademik Listening keçməli, həftəlik dərs saatları ən azı 5 saat olmalı , dərsin müddəti 90 dəqiqə olmalı və bunlara müvafiq dərsliklər və tədris audio vəsaitləri çap olunmalıdır. Bunlar olmadığı halda həftədə 2 saat və hər dərsdə 45 dəqiqə ilə ( və həmən 45 dəqiqədə həm oxu, həm yazı , həm danışma, həm də dinləyib anlama yerinə yetirilməlidir) hansı Listening imtahanından söz gedə bilər?

11. Dərsliklərin səviyyəsinin həddən artıq aşağı olması, standartların tam yerinə yetirilməməsi, xarici dil imtahanlarının bu qədər çətinləşdirilməsi repititorluğa və digər yollara daha geniş vüsət vermirmi? Şagirdlər və valideynlər hansı çıxış yolu tapmalıdırlar ? Valideynlər əlavə müəllimlər tutub ( bəzi sinif müəllimləri heç özü listening –i etməyi bacarmır) , əlavə xərc çəkib övladlarına Listening( dinləmə) və Reading (Oxu) oyrətməlidirlər?

12. Eyni zamanda soruşmaq istərdim imtahanların xarici dil fənnindən bu modeli harada müzakirə olunmuşdur? Təhsil Nazirliyinin və DİM-in hansı ekspertləri bu modelə cavabdehdir? Onlar məgər dərsliklərlə və rəylərlə tanış deyillər? Təhsil Nazirliyi audio vəsaitlərin olmadığı və dinləmə anlama məzmun xətti üzrə standartlarin yerinə yetirilmədiyi barədə məlumata malik deyilmi, Niyə bu model tətbiq edilməmişdən əvvəl həm TN, həm də DİM-də açıq müzakirəyə çıxarılmırdı, niyə imtahana 6 ay qalmış minlərlə müəllimin rəyi nəzərə alınmır və şagirdin taleyi ilə oynanılır?

Çox maraqlıdır ki, Neftçala rayon Dördlər kəndində informatika dərslərində şagird kompüter üzü görmürsə, harda internetdə ingilis dilinə hazırlaşa bilər. Dinləmə haqda heç bir vəsait heç bir disk və s. yoxdursa bu şagird dərsdə bunu mənimsəmirsə bəs necə imtahan verəcək?

Əlbətdə ki, bu bacarıqlar formalaşmalıdır. Amma bunu şagird etməməlidir. Təqdim olunun imtahan modeli onu göstərir ki, imtahandakı müsbət nəticələr Təhsil Nazirliyi və DİM-in nəticəsi deyil, şagird və müəllimlərin fərdi işinin, fəaliyyətinin nəticəsidir.

Təbii ki, xarici dil dedikdə təkcə İngilis dili nəzərdə tutulmur. Eyni zamanda alman, fransız,rus,ərəb, fars dilləri üzrə də dinləmə modelli test tapşırığı təqdim olunacaq. Amma İngilis dilindən fərqli olaraq bu dillər üzrə ümumiyyətlə resurs, vəsait yoxdur. İngilis dili müəllimləri ən pis halda xarici ölkə resurslarından, internet resurslarından istifadə edib ortaya bir şey çıxara bilirlər, alman, fransız,rus,ərəb, fars dilləri üzrə heç bir material, test tapşırığı nümunəsi yoxdur.

DİM mövcud olmayan şeydən necə imtahan keçirə bilər? Belə çıxır ki, DİM məqsədli şəkildə imtahanları çətinləşdirib repetitor və hazırlıq kurslarına şərait yaradır".

 

Ölkədə yeni sahibkarlıq növü yaradılır

 

Azərbaycanda mikrosahibkarlıq fəaliyyət növünün yaradılması nəzərdə tutulur. 

Bu məqsədlə “Kiçik sahibkarlığa dövlət köməyi haqqında" və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında"  qanunlara eyni mahiyyətli dəyişiklik edilməsi təklif olunur.

Dəyişikliklər layihələri Milli Məclisin oktyabrın 12-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Bildirilir ki, kiçik sahibkarlıq subyektləri dedikdə "Sahibkarlıq fəaliyyəti haqqında" Qanuna uyğun olaraq təsdiq edilən meyarlar əsasında müəyyən olunmuş kiçik və mikro sahibkarlıq subyektləri başa düşülür. 

Həmçinin, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunda göstərilir ki, 18.1-ci maddədə birinci, ikinci və üçüncü cümlələrdə "orta və kiçik" sözlərinin, “orta, kiçik və mikro" sözləri ilə əvəz edilsin. Eyni zamanda, üçüncü cümlədə "müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir" sözlərinin "Sahibkarlıq fəaliyyəti haqqında" qanuna uyğun olaraq müəyyən edilir" sözləri ilə əvəz edilməsi təklif olunur.

Bakı Ürək Mərkəzində növbəti unikal əməliyyat

72 yaşlı xəstənin döş qəfəsi açılmadan və anesteziya verilmədən qapalı üsulla ürək qapağı dəyişdirilib. Bu əməliyyat Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) yüksək ixtisaslı həkimləri – ürək-damar cərrahı Anar ƏMRAH, invaziv kardioloqlar Abbasəli ABBASƏLİYEV və Şahin XƏLİLOV tərəfindən uğurla həyata keçirilibr. Əməliyyat ən müasir avadanlıqlarla təmin olunmuş hibrid salonunda (Angioqrafiya və əməliyyatın bərabər aparıldığı əməliyyatxana) aparılıb.

TAVI əməliyyatının digər əməliyyatlarla müqayisədə ağırlaşma faizi olduqca aşağıdır. Əməliyyat orta hesabla 1 saat davam edir və xəstə əməliyyatdan 24-48 saat sonra evə yazılır.

Qeyd etmək lazımdır ki, qapalı üsulla ürək qapağının dəyişdirilməsi tibbin ən müasir yeniliklərindəndir. Bu əməliyyat artıq 3-cü dəfədir ki, həkim heyətimiz tərəfindən uğurla həyata keçirilir.

Bu əməliyyatı digərlərindən fərqləndirən cəhət isə ölkəmizdə ilk dəfə istifadə olunan qapağın (Starr-Edwards S3) daha uzunömürlü olması və daha incə kateter vasitəsi ilə xəstəyə implantasiya edilməsidir.

 




 

Bu il 40 mindən çox nikah qeydə alınıb, 9 mindən çox ailə dağılıb

 

Bu ilin 8 ayında Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 40235 nikah qeydə alınıb.

 Qeydə alınmış boşanma hallarının sayı isə 9877 təşkil edib. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub.

Azərbaycanda boşanan qadın və kişilər daha çox 5 ilə qədər davam edən ailəlik həyatından sonra ayrılmağa qərar verirlər.

Ötən il ölkədə 14 514 boşanma halı olub ki, onların da çoxunun nikahının davametmə müddəti 5 ilə qədər olub.

Maraqlıdır ki, boşananlar arasında nikahları 9 ilədək davam edənlərin sayı nisbətən azdır. Lakin nikahları 10 il və daha çox davam edənlərin boşanma sayı da çoxdur və bu say 5 ilədək evli qalanlardan sonra ikinci yerdə gəlir.

2017-ci ildə boşanan 5398 cütlüyün nikahı 5 ilədək, 3948-nin nikahı 9 ilədək, 5168-nin nikahı 10 il və daha çox davam edib.

Təhsil Nazirliyinə 2 milyon manat ayrıldı

 

Prezident İlham Əliyev Quba rayonunun Alekseyevka kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

sərəncama əsasən, Quba rayonunun Alekseyevka kəndində 960 şagird yerlik ümumtəhsil məktəbi binasının tikintisi üçün “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölüşdürülməmiş hissəsinin obyektlər və istiqamətlər üzrə bölgüsü”nün 21-ci bəndində göstərilmiş məbləğin ilkin olaraq 2 milyon manatı Təhsil Nazirliyinə ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq tapşırılıb.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.


Nazirlik cərimələrin sayını açıqladı
 

16-30 sentyabr 2018-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. 

araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 313 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 43 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 65 iş üzrə 70250 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 42 iş üzrə 38761,99 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 338 iş üzrə 97965,06 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 48, icra qurumlarına  63,  məhkəmələrə  isə 8 iş göndərilib. 

“Azərbaycanda bir dənə də şəhər qalmayacaq ki, orada...”

“Azərbaycanda bir dənə də şəhər qalmayacaq ki, orada ən müasir xəstəxana olmasın”.

Bunu Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev səhiyyə ocağının kollektivi ilə görüşündə deyib.

İlham Əliyev bildirib ki, bu gün Azərbaycanın bütün bölgələrində, hər bir rayonunda müasir tibb müəssisəsi yaradılıb və yaradılır:

“Bu il altı şəhərdə yeni böyük xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulurdu. Artıq ikinci xəstəxana bu gün istifadəyə verilir. Bundan əvvəl Naftalan şəhər xəstəxanası istifadəyə verilmişdir. İlin sonuna qədər dörd xəstəxananın tikintisinin başa çatması nəzərdə tutulur. Gələn il dörd şəhər xəstəxanası istifadəyə veriləcək, yaxud da ki, tikintisi davam etdiriləcək.

Beləliklə, Azərbaycanda bir dənə də şəhər qalmayacaq ki, orada ən müasir xəstəxana olmasın. Nəhayət, biz ölkəmizin səhiyyə sahəsinin maddi-texniki bazasının yaradılmasının tamamlanmasını görəcəyik. Bu, doğrudan da böyük hadisədir. Çünki bu gün ölkəmizdə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlir, imkanlar artır. Biz bu imkanlardan istifadə edib bu gün vətəndaşlara çox gözəl xidmət göstərə bilirik. Siz bilirsiniz ki, bir neçə ildir ölkəmizdə müayinədən keçmə - diaqnostika aparılır. Bu il beş milyondan çox insan bu imkanlardan istifadə edib. Onların bəzilərində olan xəstəliklər aşkarlanıb, onlara tibbi xidmət göstərilib, tövsiyələr verilib. Əgər ciddi xəstəlik varsa, onda onlar Bakı şəhərinə göndəriliblər”.

Dövlət başçısı vurğulayıb ki, son 15 il ərzində Azərbaycanda 600-dən çox yeni tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib:

“Bu, bizim insanların sağlamlığına verdiyimiz böyük töhfəmizdir. İnsanların sağlamlığı ən vacib məsələdir. Bu gün statistikaya, Dünya Səhiyyə Təşkilatının hesablamalarında Azərbaycanın artan reytinqinə baxdıqda görürük ki, bu sahədə çox yaxşı nəticələr var. Azərbaycanda insanların ömrünün uzunluğu artır, körpə-ana ölümü azalır. Əlbəttə ki, bu istiqamətdə daha da böyük addımlar atılacaq. Amma prinsipcə, səhiyyə sisteminin maddi bazasının yaradılması prosesi başa çatmaq üzrədir”.


Prezidentlə xanımının Quba səfərindən

 

Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev Quba rayonunda səfərdə olub.

dövlət başçımızla birinci vitse-prezident Mehriban Əliyeva bir sıra obyektlərin açılış mərasimində iştirak ediblər. 

Prezidentlə birinci xanımın Quba səfərindən fotoları təqdim edirik:

 














 

Bakıda bu binalar təmir ediləcək

 

Bakı Şəhər İcra Hakimiyyəti şəhərdəki dövlət mənzil fonduna aid olan binaların təmirinə başlayacaq.

 bununla bağlı rəsmi dövlət qəzetlərində tender elanı dərc olunub.

Elanda binaların fasadının və ya daxilinin təmir olunacağı göstərilməyib. Amma buna baxmayaraq, tenderdə iştirak etmək istəyən şirkətlər üçün sərt tələblər qoyulub.

Tender elanını oxuculara təqdim edirik:

 

 

Xəbər lenti