![]() |
|
Ukrayna tərəfindən daxil olmuş müraciətlərə cavab olaraq, mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə Azərbaycan tərəfindən əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım karvanının ikinci hissəsi Ukraynaya çatıb.
AZƏRTAC xəbər verir ki, ümumilikdə humanitar yardıma 45 güc transformatoru və 50 generatoru daxildir. Onların ilk hissəsi dekabrın 17-də Ukraynaya daxil olub. Humanitar yardımın ümumi məbləği təxminən 1 milyon 422 min manatdır. Ukraynadakı böhranla bağlı Azərbaycan Respublikasının göstərdiyi humanitar yardımın ümumi məbləği 30 milyon manata yaxındır.
“Mən həmkarım, Azərbaycanın energetika nazirinə operativ reaksiya və səmərəli, vaxtında dəstəyə görə şəxsən öz minnətdarlığımı bildirmək istəyirəm. Ukrayna xalqı ilə həmrəyliyinizə görə minnətdarıq”.
Qeyd edək ki, son 6 ay ərzində müxtəlif qurumlar tərəfindən Ukrayna xalqına humanitar yardım xarakterli xidmətlər göstərilib. Belə ki, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 90-a yaxın ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə ölkəmizə gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb tam bərpa edilib, humanitar yardım xarakterli müxtəlif tədbirlər həyata keçirilib.
Prezident İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli 2320 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Yol-xeber.az xəbər verir ki, bununla bağlı Prezident.az məlumat yayıb.
Fərmanla 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 330 manat müəyyən edilib.
Qeyd edək ki, dəyişikliyə qədər bu kateqoriyadan olan şəxslərə verilən Prezident təqaüdünün məbləği 300 manat idi.
Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Yol-xeber.az xəbər verir ki, bununla bağlı Prezident.az məlumat yayıb.
Fərmanla şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyən edilib.
Prezident İlham Əliyev ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 128 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Yol-xeber.az xəbər verir ki. bununla bağlı Prezident.az məlumat yayıb.
Fərmanla ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 200 manat müəyyən edilib.
Qeyd edək ki, dəyişikliyə qədər bu kateqoriyadan olan şəxslərə verilən Prezident təqaüdünün məbləği 130 manat idi.
Bundan başqa, dövlət başçısı Orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 100 manat müəyyən edilib.
Qeyd edək ki, dəyişikliyə qədər bu kateqoriyadan olan şəxslərə verilən Prezident təqaüdünün məbləği 80 manat idi.
Millət vəkili Vahid Əhmədov TV Müsavat-ın canlı efirində qiymət artımından danışıb.
"Bizdə maaş, pensiya artımı olanda qiymətlər ondan 1-2 gün əvvəl qalxmağa başlayır. İnsafınız olsun, hamımız azərbaycanlıyıq", deyə Vahid Əhmədov əlavə edib.
Həmin videomaterialı təqdim edir:
Prezident İlham Əliyev müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Fərmanla müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən aşağıdakı kimi müəyyən edilir:
1 orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 manat;
2. orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 manat;
3. orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 330 manat.
Bakıda mərkəzi yollarda iki işıqforun fəaliyyətində problem yaranıb.
Baku.ws verdiyi məlumata görə, Zahid Xəlilov küçəsi ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində işıqfor işləmir. Bundan əlavə Əbdürrəhim bəy Haqverdiyev küçəsindəki işıqforun fəaliyyətində də nasazlıq yaranması sürücülərə problem yaradıb.
"Yol-xeber.az" xəbər verir ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində (92-95 km, Bakı şəhəri istiqamətində) gecə saatlarında başlayan güclü külək nəticəsində yolun hərəkət hissəsi tamamilə qar ilə örtülmüşdür. Qısa müddət ərzində küləyin təsirindən hərəkət tam olaraq məhdudlaşmışdı.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məlumat daxil olan kimi dərhal əraziyə xüsusi təyinatlı texnikalar cəlb olunaraq yolun qardan təmizlənməsinə start verilmişdir. Çətin hava şəraitinə baxmayaraq yol qısa müddət ərzində qardan təmizlənmiş və avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunmuşdur.
Güclü külək gecədən səhər saatlarınadək davam etdiyi üçün ərazi boyunca xüsusi təyinatlı texnikaların köməyi ilə yolun hərəkət hissəsinin təmizlənməsi istiqamətində işlər faziləsiz olaraq aparılmışdır. Gecə boyunca və səhər saatlarında görülmüş tədbirlər nəticəsində yol boyu hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunmuşdur.
Hazırda ərazi agentliyin əməkdaşları tərəfindən nəzarət altında saxlanılır. Hər-hansı problem yarandıqda qısa müddət ərzində onun həlli istiqamətində müvafiq addımlar atılacaq.
YOLUNUZ AÇIQ OLSUN...
Bakıda və Abşeron yarımadasında yanvarın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-2° isti, gündüz 3-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 781 mm civə sütunundan 777 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Gecə şəhərətrafı yolların buz bağlayacağı ehtimalı var.
Azərbaycanın rayonlarında sabah əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 15-20° şaxta, gündüz 3-8° şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.