Strict Standards: Declaration of JCacheControllerView::get() should be compatible with JCacheController::get($id, $group = NULL) in /home1/yolxeber/public_html/libraries/joomla/cache/controller/view.php on line 0

Fövqəladə Hallar Nazirliyi ölkə ərazidində müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib.

Müraciətdə qeyd olunub ki, ölkə ərazisində hava şəraiti kəskin dəyişib, əksər ərazilərdə yağıntı, o cümlədən sulu qar və qar yağıb, bəzi yerlərdə intensiv olub, temperatur ötən günlərlə müqayisədə xeyli enib, yollar buz bağlayıb.

"Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, ölkə ərazisində müşahidə olunan kəskin hava şəraiti yaxın günlər ərzində davam edəcək.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

Belə ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olur. Bu zaman elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, xüsusilə bunlar uşaqlara həvalə edilməməli, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlamamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir.

Bununla yanaşı, səfərə çıxan insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik.

Həmçinin, piyadalar buz bağlamış yollarda hərəkət edərkən:

- ayaqqabını sürüşməyə qarşı hazırlayın – ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum və ya sumbata kağızı ilə sürtün;

- ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq addımlayın. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır;

- yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur;

- sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun;

- yıxılanda özünüzü toparlayın, qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!", - nazirlikdən bildirilib.

"Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY)“Təsərrüfatların qış mövsümünə hazırlığı barədə texniki tədbirlər” planına uyğun olaraq, 2022-ci ilin payız mövsümündən başlayaraq bütün təsərrüfatlar üzrə baxışlar həyata keçirilib.

Bu barədə Yol-xeber.az-a ADY-dən bildirilib. Qeyd edilib ki, müvafiq texnikalar saz vəziyyətinə gətirilib, dəmir yollarında hərəkətin ahəngdarlığının qorunması, sərnişinlərin və yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasının təmin edilməsi məqsədilə lazımi tədbirlər görülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dekabrın 8-dən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı məlumatı ilə əlaqədar ADY-nin aidiyyəti müəssisələrinə xəbərdarlıq teleqramı göndərilib və əlavə tədbirlər planı həyata keçirilməkdədir.

Qatarların fasiləsiz iş rejimini təmin etmək, yollarda və yoldəyişən qurğularda qarın təmizlənməsi üçün növbəli qrafik tutulur, işlərə 24 saat nəzarət olunur.

Sərnişinlərin təhlükəsizlik qaydalarına riayət etməsi ilə bağlı müvafiq təlimatlar platformalarda yerləşdirilir və əlavə anonslar verilir.

 

Bakı Nəqliyyat Agentliyinin (BNA) gördüyü tədbirlər nəticəsində səhər saatlarında bütün müntəzəm marşrut xətləri üzrə avtobusların reysə çıxışı təmin edilib.

Bu barədə Agentli xəbər verir.

Məlumata görə, hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar müntəzəm marşrut xətləri üzrə avtobusların normal və fasiləsiz fəaliyyətini təmin etmək, eləcə də yarana biləcək problemlərin vaxtında aradan qaldırılması məqsədilə zəruri tədbirlər həyata keçirilir. Müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət artırılıb. Bu məqsədlə Agentliyin mobil qrupları Nəqliyyat Mübadilə Mərkəzlərinin və şəhərin müxtəlif ərazilərində xidmət aparır.

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 54 müntəzəm marşrut xətti üzrə 188 avtobusun hərəkət intervalında gecikmələr var.

Paytaxtın Yeni Yasamal Əsəd Əhmədov küçəsi, “Günəşli” qəsəbəsi D massivi, Biləcəri dairəsi, Xocahəsən dairəsindən Moskva prospekti istiqamətində, 9-cu mikrorayon ərazisində müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində müəyyən çətinliklə müşahidə olunur.

Dünən gecə saatlarından yağmağa başlayan qar yollarda nəqliyyatın hərəkətini çətinləşdirib. 

Bakı, Sumqayıt şəhərlərində, eləcə də Abşeron yarımadasında qarlı hava şəraiti bir sıra çətinliklər yaradıb. Küçədə nəqliyyat vasitələri toqquşublar. 

Piyada səkiləri sürüşkən olduğundan yıxılanlar var. 

Onu da qeyd edək ki, Bakı-Sumqayıt yolunda da vəziyyət acınacaqlıdır. Sürücülər iddia edirlər ki, yola nə qum, nə də duz səpilib. 

Bakıda dünəndən bəri qarın yağması şəhəri iflic vəziyyətinə gətirib.

Paytaxtı ağ örpəyə bürünüb xoş təbiət mənzərəsi yaratsa da, səhər saatlarında yola çıxan Bakı sakinlərinin işini xeyli çətinləşdirib.

Belə ki, piyadalar və nəqliyyat vəsitələrinin belə hava şəraitində hərəkəti məhdudlaşıb. İnsanların əksəriyyəti iş yerlərinə, gedəcəyi ünvanlara ya gecikir, ya da çata bilmir.

Əksər hallarda marşrut xətlərinin gecikməsi, taksi şirkətlərinin sifarişləri qəbul etməməsi paytaxt Bakıda gündəlik hərəkət qrafikini iflic duruma gətirib. Avtobus dayanacaqlarında gözü yolda qalanlar, həmçinin ümidini taksi şirkətinin mobil tətbiqinə dikənlər... Hər iki vasitədən əlini üzənlər isə piyada getməyi üstün tutsalar da, bir çoxları Bakı küçələrində sürüşüb yıxılmaqla günə başlayırlar.

Görünür, tıxaclar səbəbindən onsuz da çətinlik yaşayan şəhər sakinləri bir neçə gün mövcud vəziyyətlə barışmalı olacaq. 

Bir sözlə, uşaqlar sevinir, böyüklər isə öz hayındadır...

Sinoptiklər qeyri-sabit hava şəraitinin həftə sonuna qədər davam edəcəyini bildirir.

 

 

 

 

Yanvarın 7-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam arabir yağıntılı olacağı, gecəyə doğru sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 4-6, gündüz 7-9, Bakıda gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin günün ikinci yarısından şimal və qərb rayonlarından başlayaraq arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq.

Artıq Naxçıvan qeydiyyatında olan vətəndaşların paytaxtdakı ASAN Xidmət mərkəzlərində şəxsiyyət vəsiqələri və pasportlarını yeniləməsi prosesinə start verilib.

Baku.ws məlumatına görə, prosesə bu gündən başlanılıb və hazırda xidmətdən istifadə edən kifayət qədər şəxs var.

Bildirilir ki, bu daha əvvəl olmayan, yeni istifadəyə verilən xidmətdir.

Məlumata görə, xarici pasport alan zaman ödəniş 10 iş günü üçün 60 manat, şəxsiyyət vəsiqələri üçünsə 5 manatdır.

Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun Dubaydakı mülkləri də əlindən alınıb.

Unikal.az xəbər verir ki, Vasif Talıbov oğlu Seymur Talıbovla birlikdə 2022-ci ilin oktyabr ayının əvvəlində Dubaya səfər edib. Onlar təxminən 10 gün orada qalıblar.

Talıbovlar Dubayda qaldıqları müddətdə oradakı əmlaklarını və şirkətlərini satıblar.

Xatırladaq ki, Vasif Talıbova məxsus “Gəmiqaya Holdinq” şirkəti də artıq onun əlindən alınıb.

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov APA Tv-yə müsahibəsində "tapşırıqla XİN-də adam işə adam götürmüşəm” fikirlərinin müzakirə yaratmasına aydınlıq gətirib.
 
E.Məmmədyarov Pravda.az-a açıqlamasında deyib ki, onu düzgün başa düşməyiblər.
 
O bildirib ki, ilk gündən Xarici İşlər Nazirliyinə yalnız imtahan sistemi ilə işə götürüblər: "Dövlət İmtahan Mərkəzi ilə birgə suallar hazırlayırdıq. İldə bir dəfə, bəzən iki dəfə vətəndaşları işə qəbul edirdik. Həmişə deyirlər ki, kim Xarici İşlər Nazirliyinə işə düzəlibsə, salamat adam deyil, savadsızdır. Bu, düzgün deyil. Yenə də deyirəm, Azərbaycan böyük ölkə deyil, hər kəsin əmisi, dayısı, babası var hansısa vəzifədə ola bilərlər. Onda qadağa qoyaq ki, onların yaxınları XİN-də işləməsinlər? O qədər savadlı uşaqlar var ki, ali təhsilli... Adamı ləkələmək istəyirlər.
 
Kadrlar imtahan sistemi ilə işə qəbul olunublar, Məleykə Abbaszadədən də soruşa bilərsiniz. Dovlət İmtahan Mərkəzi ilə birlikdə sualları hazırlayır, XİN-nin Kadrlar idarəsi ilə birgə test sistemi ilə imtahan keçirirdik. İndiyə qədər o test sistemi qalır. Vaxtilə neçə min sual hazırladıq. Məni məəttəl qoyan məsələ budur ki, kimsə testdən keçirsə, deyirlər ki, bu, filan məmurun adamıdır. Nə olar, məmurun adamı olanda pis adam olmalıdır? Ona qadağa qoyaq? Nəyə görə? Savadı, biliyi varsa, nəyə görə işə götürməyək? Məsələyə yanaşma düzgün deyil. Hər kəsi savadına uyğun işə götürürdük. Nə tapşırıq? Əvvəldən niyə deyirsiniz ki, bu uşaqlar pisdirlər? Nə olar ki, atası, anası, yaxud babası vəzifədədir. Hər adamın anası, babası var... Ona görə gərək ağzını bağlayaq? İşə qəbul etməyək? Bu, qətiyyən düzgün deyil axı. Xahişlə adam götürüb-götürmədiyimi yoxlamaq asandır. Zəng edin, DİM-dən öyrənin, deyəcəklər ki, bəli, XİN-lə birgə test sistemi ilə vətəndaşları işə götürürdük”.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.

P.Həşimovun dünyaya gəlişindən 48 il ötür.

P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub.

General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Onun şəhid olması xəbərini ictimaiyyətə Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.

Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası Səmayə Həşimova ilə telefonla danışıb və şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.

Xatırladaq ki, P.Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılıb.

P.Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.

2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. P.Həşimovun adı Türkiyədə də əbədiləşdirilib. Belə ki, Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb.

P.Həşimovun iki oğul və bir qız övladı yadigar qalıb.

Xəbər lenti