![]() |
|
Son günlər ölkə ərazisində müşahidə edilən aramsız yağıntılar infrastruktur sahəsinə də öz təsirini göstərməkdədir. Yol-xeber.az xəbər verir ki, Şamaxı-Qonaqkənd avtomobil yolunun 12-ci kilometrliyində qeydə alınan güclü yağışlar nəticəsində yolun bəzi hissələrində ciddi deformasiya və dağılmalar baş verib.
Məlumata görə, iki gün fasiləsiz yağan yağışlar səbəbindən asfalt-beton örtüyü tamamilə sıradan çıxmış, yolun müxtəlif hissələrində iri-həcmli çatlar əmələ gəlmişdir. Ərazidə aparılmış ilkin baxış zamanı müəyyən olunub ki, yağıntılar nəticəsində torpaq qatının sürüşməsi və su axınlarının güclü təzyiqi avtomobil yolunun stabilliyinə və davamlılığına mənfi təsir göstərib.
Nəticədə, nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb, sürücülər və sərnişinlər üçün ciddi narahatlıq meydana çıxıb. Ərazidə hazırda müvafiq qurumlar tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilib, hərəkətin qismən məhdudlaşdırıldığı bildirilib.
Hadisə ilə bağlı məsul strukturlar - 19 saylı Xüsusi Təyinatlı Yol İstismar MMC-nin peşəkar işçi heyəti dərhal əraziyə cəlb olunub. Onlar fəlakət zonasına operativ müdaxilə edərək təmir-bərpa işlərinə başlayıblar. Əsas hədəf yolun qısa müddətdə bərpası və nəqliyyatın təhlükəsiz hərəkətinin bərpa edilməsidir.
Aidiyyəti qurumlar və mütəxəssislər hava şəraitinin dəyişkənliyi fonunda əhalini diqqətli olmağa və zərurət olmadıqca bu istiqamətdə hərəkət etməməyə çağırırlar.
Yol-xeber.az xəbər verir ki,” hadisə ilə bağlı müvafiq monitorinqlər davam etdirilir və zəruri təmir tədbirlərinin yaxın günlərdə tam həcmdə həyata keçiriləcəyi planlaşdırılır.
Azərbaycanda gələn il səhiyyə sahəsinə 2 milyard 69 milyon 680 min manat ayrılacağı məlum olub. Bildirilir ki, bu, 2025-ci illə müqayisədə 3,8 faiz çoxdur. Digər tərəfdən, səhiyyəmizin problemli və tənqidlərə ən çox məruz qalan sahə olduğu vurğulanır.
Səhiyyə sisteminə ayrılan dövlət vəsaitləri bu sahədə niyə ciddi dönüş yaratmır?
globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, səhiyyə xərclərinin artması müsbət tendensiyadır.
"Bu gün Azərbaycanda yeni kadrlar, Avropa və Türkiyədə təhsil alan həkimlər var. Lakin vəziyyət kəskin dəyişmir. Əvvəla, adambaşına ayrılan vəsait digər ölkələrlə müqayisədə elə də yüksək deyil. Əksər dövlətlərdə səhiyyə xərcləri az qala dövlət büdcəsinin üçdə iki hissəsini təşkil edir. Məsələn, ABŞ-da bu, federal büdcədən çoxdur. Bizdə səhiyyə xərclərini optimal etmək üçün bütün xəstəxanaları bu sistemə cəlb etmək lazımdır. Daha keyfiyyətli və effektiv müayinə metodlarından istifadə edilməli, əhalinin bu metodlara əlçatanlığı təmin olunmalıdır. Eyni zamanda görüş və növbəli sistem düzgün qurulmalıdır".
Professor bildirib ki, icbari tibbi sığortanın fəaliyyəti hələ ki həkimlərin fədakarlığı hesabına olur:
"Hazırda maaş qeyri-mütənasibdir. Bəzi həkimlərin qazancı müxtəlif reklamlar, müəyyən yollar sayəsində yüksəkdir. Amma icbari tibbi sığorta ilə çalışan həkimlərin əməkhaqqısı qənaətbəxş deyil. Mütəxəssisləri bu işə cəlb etdikdən sonra maaş sisteminin optimal bölüşdürülməsi çox vacibdir. Bunlar edilsə, əlbəttə, yavaş-yavaş Qərb təbabətinə yaxınlaşacağıq. Başqa alternativ yoxdur".
“ADY-nin sərnişin qatarlarının hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur. Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, qrafikdən qismən kənara çıxma halları müşahidə oluna bilər”.
Bu haqda “Yol-xeber.az”a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
Qeyd olunub ki, həmçinin axşam saatlarında Bakı-Xırdalan-Sumqayıt istiqamətində saat 20:20-a, Bakı-Pırşağı-Sumqayıt istiqamətində isə saat 23:00-a qədər bütün reyslər qrafik üzrə həyata keçiriləcək:
“Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik”.
Bakının Nizami rayonu, Heydər Əliyev prospekti, "Bağırov" körpüsündə tuneldə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Bu barədə Yol-xeber.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, sözügedən tuneldə yağış sularının yığılması səbəbindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır, müraciətlərə çevik reaksiya verir.
“Yol-xeber.az” xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən gecə saatlarından başlayaraq zəruri tədbirlər görülür, fasiləsiz xidmət davam edir.
Paytaxtla yanaşı ölkəboyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət təşkil olunub.
Hərəkətin intensiv olduğu küçə və prospektlərə, piyada keçidlərinə əlavə polis naryadları cəlb edilib. Digər dövlət orqanları ilə birgə zəruri tədbirlər görülür.
Sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edilir.
Mövcud hava şəraiti ilə bağlı daxil olan çağırışlar üzrə vətəndaşlara zəruri köməkliklər göstərilməklə polis əməkdaşları tərəfindən müraciətlərə çevik reaksiyalar verilib. Bu istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir.
Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı və Bakı–Balakən–Bakı marşrutları üzrə qatarların hərəkətində gecikmələr müşahidə olunur.
“Yol-xeber.az” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Buna səbəb güclü külək və leysan səbəbindən bəzi sahələrdə su yığılması, ağacın kontakt şəbəkənin üstünə aşması və elektrik enerjisinin kəsintisi kimi halların qeydə alınmasıdır.
Qeyd olunub ki, ADY ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz də çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: “Baş verən bütün hallara qarşı öncədən hazırlıqlar görülüb və operativ reaksiya verilir. Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik”.
***
ADY ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.
Hazırda qatarların qrafik üzrə fəaliyyəti bərpa olunub, bütün ərazilərə nəzarət edilir, hər hansı hadisə baş verdikdə operativ reaksiya verilir.
Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik.
Ümumi və məktəbədəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam edəcək.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
"Ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar yaranan xüsusi hallarla bağlı Agentliyə və Agentliyin yerli təhsili idarəetmə bölmələrinə daxil olan müraciətlər operativ şəkildə qeydiyyata alınır və təhlillər aparılır.
Qeyd edirik ki, müraciətlərin həlli ilə bağlı aidiyyəti qurumlarla birlikdə işçi qrup yaradılıb və təhsil müəssisələrində tədris prosesinin fasiləsizliyini təmin etmək məqsədilə müvafiq addımlar atılır. Şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilsə də, təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.
Təhsil müəssisələrində uşaqların təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır.
İntensiv yağıntılarla əlaqədar olaraq xüsusilə azyaşlı məktəblilərin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır, təhsil müəssisələrinin rəhbərlərindən və valideynlərdən müvafiq təhlükəsizlik tədbirlərinə, təhlükə ilə üzləşdikdə isə dərhal aidiyyəti xilasetmə qurumlarının çağırış və tövsiyələrinə riayət etmələrini xahiş edirik" - məlumatda deyilir.
Hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülür.
“Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, hərəkət iştirakçılarının getdikləri ünvana təhlükəsiz şəkildə çatması üçün polis gücləndirilmiş rejimdə paytaxt və bölgələrdə xidmətini davam etdirir: “Hava şəraitinin yarada biləcəyi fəsadların qarşısının alınması və vaxtında aradan qaldırılması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə zəruri işlər görülür, operativ tədbirlər həyata keçirilir. Hərəkətin təhlükəsizliyi tam təmin edilir. Köməyə ehtiyacı olan hər kəsə xidmətə cəlb edilmiş əlavə polis naryadları tərəfindən lazımi köməkliklər göstərilir. Digər dövlət orqanları ilə birgə gecə saatlarından təşkil edilən fasiləsiz xidmət hazırda da davam etdirilir”.