Azərbaycanda küləkli hava ilə bağlı xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 15-i gündüz və 16-da arabir güclənən cənub-qərb küləyi əsəcək.

Azərbaycanın rayonlarında yanvarın 15-16-da bəzi rayonlarda cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.


Bu gün Güney Azərbaycan qar sevinci yaşayıb.

Axar.az xəbər verir ki, Ərdəbil, Xalxal və Zəncan da daxil olmaqla, bəzi bölgələrə qar yağıb.

Qar gözəlliyi, görkəmi ilə sevinc gətirsə də, problemsiz də ötüşməyib. Qar avtomobillərin hərəkətinə çətinliklər yaradıb.


Milli Televiziya və Radio Şurasına (MTRŞ) yeni Aparat rəhbəri təyin edilib.

Report-un əldə etdiyi məlumata görə, şura sədri Nuşirəvan Məhərrəmli Asəf Hacıyevin Aparat rəhbəri təyin olunması ilə bağlı müvafiq əmr imzalayıb.

MTRŞ-nın bundan əvvəlki Aparat rəhbəri Toğrul Məmmədov idi. O, Prezident İlham Əliyevin ötən ilin dekabr ayının 21-də imzaladığı sərəncamla Lənkəran Rayon Məhkəməsinə hakim təyin olunub.

Qeyd edək ki, A.Hacıyev 1967-ci il sentyabrın 21-də İmişli rayonunun Sarıxanlı kəndində anadan olub. 1974-1984-cü illərdə İmişli rayonunun Sarıxanlı kənd orta məktəbində təhsil alıb. 1985-1987-ci illərdə keçmiş SSRİ-nin Hərbi Hava Qüvvələri tərkibində hərbi xidmətdə olub.

1988-1990-cı illərdə İmişli rayonunun "Bakı" kolxozunda fəhlə işləyib. 1990-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə daxil olub. 1995-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1996-cı ildə Tarix fakültəsinin "Dünya azərbaycanlıları" bölməsinə elmi işçi vəzifəsinə götürülüb. Tarix üzrə fəlsəfə doktorudur. 1995-1996-cı illərdə Bakı şəhəri Yasamal rayonu 225 saylı orta məktəbdə tarix müəllimi işləyib.

1998-2007-ci illərdə "Azadinform" İnformasiya Agentliyinin direktoru, 2000-2007-ci illərdə "İntellekt" Araşdırmalar Mərkəzinin direktoru vəzifəsində çalışıb. 2007-ci ildə Xəzər TV-nin, 2008-ci ildə isə "Xəzər” radiosunun təsisçisi və prezidenti olub.

2010-cu ildə "Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə" "Tərəqqi" medalı ilə təltif edilib.


Bakının bu ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq.

Azərişıq ASC-dən Axar.az-a verilən məlumata görə, Bağlar Enerji Təchizatı və Satış İdarəsinin (ETSİ) xidmət ərazisində yerləşən 110/35/6 kV-luq 136 saylı y/st-ya gələn 110 kV-luq elektrik verilişi xəttində yenidənqurma işləri ilə əlaqədar olaraq 14-15 yanvar 2019-cu il tarixlərində Qurd Dərəsi, Sarıqaya, Fatmayı, Novxanı, Görədil bağlarının bəzi ərazilərində elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə Azərişıq ASC istehlakçılardan üzr istəyir.


Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda tapılmış 3 günlük qız uşağı qeyri-rəsmi nikahdan doğulub.

Axar.az-a daxil olan məlumata görə, körpənin anası N.Ağayeva əvvəllər ailəli olsa da, həyat yoldaşı 7-8 il əvvəl dünyasını dəyişib. Xanımın bu rəsmi nikahdan 2 qızı, bir oğlu var.

Ehtimal edilir ki, qeyri-rəsmi münasibətdən övlad dünyaya gətirən xanım qınaq obyekti olmamaq üçün və ya hansısa başqa səbəbdən çarəni körpəni atmaqda görüb.

N.Ağayevanın saxlanılmadığı, hazırda evində səhhəti ilə bağlı müalicə aldığı da bildirilib.

Qeyd edək ki, Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən qəbiristanlıqda 3 günlük qız uşağı tapılıb və polislər tərəfindən 1 saylı Körpələr Evinə təhvil verilib. Reportun məlumatına görə, uşağın anası 37 yaşlı Nailə Ağayeva Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.


13:05

Baş nazir Novruz Məmmədovun aksiz vergilərin artırılması ilə bağlı qərarı enerji içkilərinə, spirtli içki məmulatlarına, tütün məhsullarına şamil edilib.

Ardını oxu...


Daha bir ölkə sellofan torbalardan imtina edir

Belçikanın daha 3 şəhərində də sellofan torbalardan imtina edilməsi məsəsləsi gündəmdədir.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Kortrijk, Gent və Sint şəhərlərində sellofanlar yerinə, yenidən istifadə oluna biləcək çanta və ya kağız torbalar təklif edilir. Ekologiya naziri Couk Şkauvliq Nazirlər Kabinetinin tövsiyəsi üzrə fevraldan sellofan torbaların tamamilə qadağan ediləcəyini bildirib. 

 

Qeyd edək ki, Brüsseldə ötən ilin 1 sentyabr tarixindən birdəfəlik istifadə edilən sellofan torbalar qadağan olunub.


Çaylarda suyun səviyyəsi dəyişdi

Respublika çaylarında suyun səviyyəsi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 80-110 faizini təşkil edib.

Tranzit çaylarda vəziyyətə gəlincə, yanvarın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 135 m3/s olmaqla ongünlük normanın 84 faizini təşkil edir. 2018-ci ildə isə bu rəqəm 192 m3/s olmaqla ongünlük normanın 120 faizini təşkil edib.

 

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 64 m3/s olmaqla, ongünlük normanın 96 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 70 m3/s təşkil edərək ongünlük normanın 104 faizinə bərabər olub.

Kür çayının aşağı axınında vəziyyətə gəlincə, yanvarın 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Araz çayının Novruzlu məntəqələrində 2, Salyan və Bankədə 3, Şirvanda isə suyun səviyyəsində 6 sm azalma qeydə alınıb.

Surra məntəqəsində suyun səviyyəsi 446 sm (2018-ci il yanvarın 11-də 380 sm), Şirvanda 333 sm (2018-ci il yanvarın 11-də 253 sm), Salyanda 308 (2018-ci il yanvarın 11-də 213 sm), Bankədə 262 sm (2018-ci il yanvarın 11-də 205 sm), Araz çayının Novruzlu məntəqəsində isə 173 sm (2018-ci il yanvarın 11-də 110 sm) təşkil edib.


Bakı-Quba yolunda “Mercedes” yandı

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, yolun Şurabad qəsəbəsindən keçən hissəsində “Mercedes C KLAS” markalı avtomobil qəflətən yanmağa başlayıb.

Sürücü canını yanan avtomobildən güclə qurtara bilib. 

 

Emin Kərimov 

Adnan Oktar həbsxanadan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktubla müraciət edib.

Axar.az xəbər verir ki, Oktar müraciətində həbsxanadakı vəziyyətinin pis olduğunu və prezidentin tək bir əmriylə hər şeyin düzələ biləcəyini bildirib.

Oktar müraciətində hazırda olduğu Pınarhisar həbsxanasında yataq, isti su qıtlığı, eyni zamanda, gigiyena və digər problemlərin olduğunu vurğulayıb.

Qeyd edək ki, Adnan Oktar 6 aydır həbsxanadadır.

Xəbər lenti