![]() |
|
Gədəbəy qızıl filiz yatağında hasil edilən əmtəəlik qızıl İsveçrənin Cenevrə şəhərində saflaşdırıldıqdan sonra Azərbaycan Respublikası Hökümətinin mənfəət payı olan – 12865,2 troy unsiya (400,2 kiloqram) miqdarında növbəti partiya qızıl külçələri 2 noyabr 2018-ci il tarixində Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilərək Azərbaycan Mərkəzi Bankında yerləşdirilib.
Maliyyə Nazirliyindən verilən məlumata görə, bundan əvvəl isə həmin yataqdan hasil edilmiş Azərbaycan Hökumətinin mənfəət payı olan 60813,8 troy unsiya (1891,7 kiloqram) miqdarında 999,9 əyarlı qızıl külçələr qəbul edilərək Mərkəzi Bankda saxlanca verilib.
Ümumilikdə, bugünkü tarixə Mərkəzi Bankda saxlancda olan Azərbaycan Respublikası Hökumətinə məxsus qızılın miqdarı 73679,0 troy unsiyaya (2291,9 kiloqrama) çatdırılıb ki, onun da bu günə bazar dəyəri 91,7 milyon ABŞ dolları təşkil edir.
ABŞ-ın İranla 2015-ci ildə imzalanmış nüvə razılaşmasından sonra ləğv etdiyi bütün sanksiyalar yenidən qüvvəyə minəcək.
bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.
Tramp sosial media hesabında paylaşdığı fotoda “Sanksiyalar gəlir - 5 noyabr” qeydini edib.
Məsələ ilə bağlı açıqlama verən ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, İranla əməkdaşlığı davam etdirənlərə də sanksiyalar tətbiq olunacaq, lakin 8 ölkə bu siyahıya daxil edilməyəcək. O, həmin ölkələrin adını hələlik açıqlamayıb.
Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz isə həmin siyahıda Türkiyənin də olacağını elan edib:
“ABŞ-ın İrana sanksiyalarında istisna tətbiq edəcəyi 8 ölkə arasında Türkiyənin də olacağı məlumatını aldıq. Bu qərara görə məmnun olduğumuzu bildirmək istəyirəm”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən cari ildə ümumilikdə 7 mindən çox əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa 23,7 min müxtəlif reabilitasiya vasitəsi verilib.
Bu istiqamətdə xidmət göstərilənlərdən 900 nəfərə yaxını Qarabağ müharibəsi əlili olub.
Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara təqdim edilən reabilitasiya vasitələrindən 1006-sını əlil arabası təşkil edib.
Digər reabilitasiya vasitələri aşağı və yuxarı ətraf, həmçinin döş protezlərindən, bel və boyun nahiyəsi üçün korsetlərdən, protez və ortopedik ayaqqabılardan, dördayaqlı dayaq vasitələrindən, qoltuqaltı və dirsəkaltı ağaclardan, əsalardan və s. ibarət olub. Fiziki məhdudiyyətli şəxslərin müraciətləri əsasında 546 reabilitasiya vasitəsi təmir edilərək yenidən sahiblərinə təqdim edilib.
Alimlər müasir smartfonların insan üçün ölümcül təhlükəli olmasını açıqlayıblar.
radiodalğaların qaraciyər və ürək xərçənginə səbəb ola bildiyi qeyd olunub.
Bu, “2G” və “3G” şəbəkələrini dəstəkləyən telefonlara şamil edilir.
ABŞ Milli Ətraf Mühit Gigiyenası İnstitutunun məlumatına görə, genişmiqyaslı tədqiqat bioloqlar tərəfindən aparılıb.
Təcrübələrdə iki yüz laboratoriya siçovulu və siçanı iştirak edib. Gəmiricilər mobil telefon antenalarının təsirini imitasiya edən qəfəsdə yaşayıblar. Bəzi heyvanlar isə hələ bətndə ikən radiodalğaların təsirinə məruz qalıb.
Müxtəlif qrup gəmiricilər müxtəlif şüalanma dozaları alıb. Onların biri bir neçə ay, digərləri isə iki ildən çox belə şəraitdə yaşayıb. Tədqiqatdan məlum olub ki, bütün siçanlarda bədxassəli şişlər əmələ gəlib. Bundan başqa, paradoksal effekt aşkarlanıb - onlar radiodalğalardan uzaq olan “həmkar”larından daha uzun ömür sürüblər.
Bu ilin avqustunda Ermənistanda yaxalanan FETÖ-nün imamı, 15 iyul çevriliş cəhdində xüsusi rolu olan Adil Öksüzün qardaşı Kamal Öksüzün ABŞ-a təhvil veriləcəyi açıqlanıb.
Kevin adı ilə ABŞ vətəndaşlığını almış Kamal Öksüz fırıldaqçılılıq və saxtakarlıqda ittiham edilir.
Öksüzün nə zaman ABŞ-a təhvil veriləcəyi hələlik elan edilməyib.
Qeyd edək ki, Ermənistanda türk əsilli Amerika vətəndaşları və avropalıları birləşdirən QHT-yə rəhbərlik edən Öksüz, müntəzəm olaraq Türkiyə və Azərbaycana səfərlər təşkil edib. Lakin, səfərlər zamanı maliyyə fırıldağı edib. Bu səbəbdən ABŞ onu İnterpol xətti ilə axtarışa vermişdi.
Milli Məclisin bu gün keçirilən iclasında mübahisə yaranıb.
Axar.az xəbər verir ki, hadisə deputat Zahid Orucun məhkəmələrə hakim təyinatı layihəsi ilə bağlı çıxışı zamanı baş verib.
Z.Oruc çıxış edərkən deputat Yevda Abramov “Çox danışırsan, səsə qoyaq” deyə replika atıb.
Z.Oruc da deputat həmkarına cavab verərək, “Yevda müəllim, sizə böyük hörmətim var, amma bu fikirləri deməyə hüququm var. İmkan verin, sözümüzü deyək. İclasa gəlmək istəmirsinizsə, gəlməyin” cavabını verib.
Spiker Oqtay Əsədov mübahisəyə müdaxilə edərək Zahid Oruca çıxışını davam etdirməyi tövsiyə edib:
“Camaata dərs keçmə. Sözü bir kəlmə dedin, bəsdi, uzatmaq lazım deyil”.
Palçıq vulkanlarının ətrafında aparılan qazıntı işləri onların süni şəkildə püskürməsinə səbəb olur.
Bunu Trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.
Şöbə müdiri qeyd edib ki, Azərbaycanda insan amili nəticəsində bəzi palçıq vulkanları süni şəkildə püskürüb:
"Məsələn, Ceyranbatan su anbarının yaxınlığındakı Keçəldağ vulkanı 2000-ci ildə püskürüb. Biz həmin tarixdən əvvəl bu vulkanın püskürmələrini qeydə almamışıq. Püskürmə ona görə baş verib ki, kraterin yanında boru xəttinin çəkilməsi zamanı qazıntı işləri aparılıb, eyni zamanda, vulkanın krater sahəsi eroziya ilə yuyulub. Bütün bu səbəblər nəticəsində vulkan oyanıb. Biz hesab edirik ki, həmin vulkanın püskürməsi süni püskürmə olub”.
A.Əliyev qeyd edib ki, 2001-ci ildə Lökbatan vulkanının kraterinin yanında aparılan qazıntı işləri də həmin vulkanın güclü şəkildə süni püskürməsinə səbəb olub.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 mart tarixli 2784 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
sərəncama əsasən, “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan prezidentinin 2013-cü il 7 mart tarixli 2784 nömrəli sərəncamının 1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:
“Komissiyanın həmsədri
Əmək və əhalinin sosial müdafiəsi naziri
Komissiyanın üzvləri
Xarici işlər nazirinin müavini
İqtisadiyyat nazirinin müavini
Energetika nazirinin müavini
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Fövqəladə hallar nazirinin müavini
Kənd təsərrüfatı nazirinin müavini
Ekologiya və təbii sərvətlər nazirinin müavini
Təhsil nazirinin müavini
Mədəniyyət nazirinin müavini
Dövlət Turizm Agentliyinin sədri
Dövlət Gömrük Komitəsi sədrinin müavini
Mərkəzi Bank sədrinin müavini
Azərbaycanın Monteneqroda fövqəladə və səlahiyyətli səfiri”.
Azərbaycan Xarici İşlər Nazirliyi sərəncamla edilən dəyişiklik barədə Monteneqro tərəfinə bildiriş göndərməlidir.
Kansler postundan getməyə hazırlaşan Almaniyanın Xristian Demokrat İttifaqının rəhbəri Angela Merkel qərarının səbəbini açıqlayıb.
Kiyevdə ukraynalı tələbələrin suallarını cavablandıran Merkel rəhbəri olduğu partiyada gənclərə şərait yaratmaq və ölkənin idarəçiliyi ilə bağlı səlahiyyəti üzərlərinə götürmək imkanı vermək istədiyini deyib: “Qərarım onunla bağlıdır ki, 18 ildən çoxdur xristian demokratların arasındayam. Bəzən elə vaxt gəlib çatır ki, deyirsən “qoy məsuliyyəti bir az da digərləri üzərinə götürsün”. Yeni simalara şərait yaratmaq üçün bu qərarı verdim”.
Qeyd edək ki, Angela Merkel 13 ildir ki, hökumət başçısı postunu tutur.