![]() |
|
Biləsuvar rayonu ərazisində icazəsiz ov edən şəxslər saxlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Biləsuvar rayon sakinləri Vaqif Əliyev və Rauf Əliyev olduğu müəyyən edilib. Onlardan 2 ov tüfəngi və ovlanmış cürə quşu götürülüb.
Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib edilib və onlara İnzibati Xətalar Məcəlləsinə əsasən ümumilikdə 2005 manat məbləğində cərimə və ziyan tətbiq olunub.
Ukrayna vətəndaşları ölmüş şəxsi turist kimi Rusiyadan çıxarmağa çalışıblar.
Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin regional idarəsi feysbuk səhifəsində məlumat yayıb. Xəbərdə qeyd edilir ki, adı açıqlanmayan iki kişi dünyasını dəyişmiş qohumlarının meyitini avtomobillə turist kimi Xarkov şəhərindən Ukraynaya aparmağa cəhd ediblər. Onlar qadını Ukraynanın Zaporeje vilayətində dəfn etməyi planlaşdırıblar. Bildirilir ki, hazırda hər iki şəxs qəsdən adam öldürməkdə şübhəli bilinir.
BMW şirkəti 2010-2017-ci illər aralığında istehsal etdiyi avtomobillərdə qazçıxma sistemindəki qazın dövriyyəsini təmin soyuducuda texniki nasazlıq olduğunu açıqlayıb.
şirkət sızan mayenin yanğınlara səbəb olma ehtimalının olduğunu bildirib.
Texniki nasazlığın aradan qaldırılması üçün 1,6 milyon avtomobil geri çağırılıb.
Şirkətin fəaliyyət göstərdiyi ölkələrdəki rəsmi nümayəndəliklərinə müraciət ediləcəyi təqdirdə heç bir ödəniş tələb edilməyəcəyi elan edilib.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabr ayının 26-da Cəlilabad şəhərində vətəndaşları qəbul etməli idi.
Qurumun mətbuat xidməti bu görüşün təxirə salındığı haqda açıqlama yayıb. Xəbərdə deyilir ki, vətəndaşların qəbul tarixi dəyişdirilib. Lakin yeni vaxt hələlik açıqlanmayıb.
Bildirilib ki, qəbulun tarixi barədə əlavə məlumat veriləcək.
Fransanın ölkəmizdəki səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Azərbaycan Xarici İşlər Naziriyindən məlumat verilib.
Məlumata görə, ona, Fransa nümayəndələrinin Azərbaycanın maraqlarına, onun suverenliyi və ərazi bütövlüyünə toxunan bir sıra addımları, o cümlədən bu yaxınlarda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbəri tərəfindən edilmiş qanunsuz səfərlərlə bağlı rəsmi etiraz bildirilib.
Fransa nümayəndələrinin bu kimi addımlarına hüquqi və siyasi qiymətləndirmə verilib. Fransa Hökuməti bu ölkənin fiziki və hüquqi şəxslərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısının alınması üçün effektiv tədbirlər görməyə çağırılıb və qarşı tərəfə Azərbaycan Xarici İşlər Naziriyinin rəsmi notası təqdim olunub.
“Təəssüf ki, son vaxtlar Fransanın bir neçə bələdiyyə rəhbəri tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfərlər həyata keçirilib və bununla da beynəlxalq hüququn norma və prinsipləri, eləcə də Azərbaycanın qanunlarını kobud şəkildə pozulub”.
Bunu Azərtac-a açıqlamasında Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Fransanın Alforvil, Valans və Sent-Etyen şəhərlərinin merlərinin Qarabağa qanunsuz səfərləri ilə bağlı açıqlamasında deyib. O, bildirib ki, Fransada Azərbaycana qarşı qərəzli mövqe tutan xüsusi bir qrup fəaliyyət göstərir. Qondarma “Dağlıq Qarabağ rejimi” ilə dostluq qrupu bu istiqamətdə “böyük xidmətlər” göstərir. “Xüsusilə Fransa parlamentinin sabiq üzvü Fransua Roşebluan erməni lobbisi tərəfindən maliyyələşdirilən, dəstəklənən, onun faktiki ruporuna çevrilən bir şəxsdir. O, açıq-aşkar şəkildə sifarişli, Azərbaycan-Fransa münasibətlərinə xələl gətirən fəaliyyətlə məşğuldur və onun ətrafına da bir qrup insan toplaşıb. Fransa bələdiyyə başçılarının bu səfərləri işğal və azərbaycanlıların etnik təmizlənməsi əsasında qurulan status-kvonun təşviqini həyata keçirmək baxımından birbaşa təxribatdır. Bunu başqa cür qiymətləndirmək mümkün deyil”.
S. Seyidov deyib ki, burada ən xoşagəlməz məqam ondan ibarətdir ki, bu bələdiyyə başçıları işğal olunmuş ərazilərə, xüsusilə Şuşaya, Laçına gedərək həmin ərazilərin qondarma rəhbərləri ilə “bəyannamələr”, “bəyanatlar” imzalayırlar: “Belə sənədlərin imzalanması o deməkdir ki, Fransanın bələdiyyə başçıları Azərbaycan torpaqlarının işğalını, azərbaycanlıların əzəli, tarixi torpaqlarından etnik təmizlənmələrini qəbul edir, faktiki etnik təmizləmələri dəstəkləyirlər. Bu, öz-özlüyündə bir cinayətdir”.
Deputat bildirib ki, belə səfərlər və Fransa hökuməti tərəfindən bu səfərlərə lazım olan qiymətin verilməməsi iqtisadi əlaqələrimizə ciddi xələl gətirə bilər.
ABŞ-ın Los-Anceles şəhərində “T6 Texan” tipli hərbi təyyarə qəzaya uğrayıb.
“Qafqazinfo” KTLA-ya istinadən xəbər verir ki, təyyarə texniki nasazlıq səbəbindən avtomobil yoluna təcili eniş etmək istyərəkən yoldakı avtomobillərdən birinə dəymək təhükəsi ilə üzləşib.
Bu zaman pilot təyyarəni ani manevr etdirərək avtomobildən yan keçirtmək istəyib və nəticədə qəzaya uğrayıb. Pilot isə yanan təyyarədən özünü dərhal kənara ataraq sağ qalıb.
Qəza səbəbəindən magistral yolu hər iki istiqamətində avtomobillərin hərəkəti bir neçə saatlıq dayanıb.
Nəsimi rayonunda yanğın hadisəsi baş verib.
Bir dam altında tikilmiş ümumi sahəsi 18 m² olan birotaqlı evin və ümumi sahəsi 35 m² olan ikiotaqlı evdə yanğın olub.
Nəticədə yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə , ona bitişik ümumi sahəsi 40 m² olan iki otaqdan ibarət tikilinin (ofis kimi fəaliyyət göstərir) bir otağının isə tavanı yanıb.
Evlərin, tikilinin qalan hissəsi və digər bitişik evlər yanğından mühafizə olunub.
“Robot “Sofiya”nın Azərbaycana gətirilməsi qarşılıqlı tərəfdaşlıq çərçivəsində baş tutub”.
Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.
O qeyd edib ki, robotun ölkəmizə gətirilməsi üçün hər hansı vəsait xərclənməyib:
“Hazırda danışıqlar aparılır ki, gələcəkdə robot “Sofiya” iştirak edəcəyi beynəlxalq tədbirlərdə və görüşlərdə “ASAN-xidmət” modelinin təbliği ilə məşğul olsun”.
E.Niftəliyevin sözlərinə görə, “Sofiya” 2 gün müddətində “ASAN-xidmət”in qonağıdır.