İranın rəsmi xəbər agentliklərindən biri Güney Azərbaycan Milli Hərəkatının mübarizə bayrağını dərc edib.

Ardını oxu...


Qənirə Paşayeva atəş açdı

 

Türkiyədə səfərdə olan millət vəkili Qənirə Paşayeva ağır silahdan atəş açıb.

Kırıkkale Maşın Kimya Sənayesinin Silah Fabrikini ziyarət edən Paşayeva atış poliqonunda olub. O, türk silahı olan Milli Piyada Tüfəngi MPT-76 ilə hədəfə atəş açıb. 

Sonra Silah Fabrikinin müdiri Derviş Mehmet Ocakcıoğlu zavodda istehsal olunan silahlar haqqında məlumat verib. 

 

 

İnam Kərimov Parisdə

 

Azərbaycan Kənd Təsərrüfatı Naziri İnam Kərimov “Sial Paris” beynəlxalq ərzaq sərgisinin açılışında iştirak edib.

 Nazir “Made in Azerbaijan” adlı vahid ölkə pavilyonu ilə sərgidə iştirak edən 23 şirkətin nümayəndələri ilə görüşüb, şirkətlərimizin stendlərinə baş çəkərək nümayiş olunan məhsullarla tanış olub.

Sahibkarlar sərgilənən məhsullar haqqında ətraflı məlumat veriblər.

Qeyd edək ki, Azərbaycanın Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, Fransadakı səfirliyimizin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə çirkətlərimiz SİAL Paris beynəlxalq ərzaq sərgisinə qoşulublar.

Sərgi çərçivəsində sahibkarlarımız yerli distribüterlərlə görüşəcək və ixrac məsələlərinə dair müzakirələr aparacaqlar.

SIAL Paris beynəlxalq ərzaq sərgisi oktyabrın 25-dək davam edəcək.

 

 
İlham Əliyev İmişliyə getdi

Prezident İlham Əliyev oktyabrın 22-də İmişli rayonuna səfərə gəlib.

dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin İmişli şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev prezidentə rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verib.


Bir gecədə iki nəfər intihar etdi

 

Azərbaycanda bir gecədə iki nəfər özünü asıb.

 Abşeron rayonu, Masazır qəsəbəsində 1996 ci il təvəllüdlü Xudaverdiyev Seymur Fəzail oğlu yaşadığı evin həyətində özünü asaraq intihar edib. 

İkinci bir hadisə isə İsmayıllı rayonunda baş verib. 

1947-ci il təvəllüdlü Ağamalıyeva Firuzə Süleyman qızı da yaşadığı evin həyətində özünü asaraq intihar edib.

İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul etdi

 

Prezident İlham Əliyev oktyabrın 21-də Asiya İnkişaf Bankının 1 saylı əməliyyatlar üzrə vitse-prezidenti Vençay Janqı qəbul edib.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Azərbaycanın İnterpol xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs Rusiyada saxlanılıb.

Ardını oxu...

2018-ci ilin üçüncü rübünün sonuna olan vəziyyətə əsasən Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə ipoteka kreditlərinin təkrar maliyyələşdirilməsinin həcmi 1,1 milyard manat, o cümlədən güzəştli kreditlərin həcmi 315 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, bu barədə Fondun yayımladığı hesabatda deyilir.

Ötən ilin 9 ayı ilə müqayisədə təkrar maliyyələşdirmənin həcmi 43,5 faiz, güzəştli kreditlərin təkrar maliyyələşdirilməsi həcmi 40 faiz artıb.

Üç rüb ərzində ümumilikdə 23 759 ipoteka krediti verilib ki, onlardan 7 036-ı güzəştlidir.

Hesabat dövründə Bakıda 18 109, Sumqayıtda 2 371, Abşeron rayonu və Xırdalanda 1 664 ipoteka krediti verilib.

İpoteka kreditləşməsi üzrə Azərbaycan şəhərlərinin reytinqi (yanvar-sentyabr 2018 ):

Şəhər

Verilmiş ipoteka kreditlərinin sayı

Bakı

18 109

Sumqayıt

2 371

Abşeron rayonu/Xırdalan

1 664

Gəncə

837

Naxçıvan

252

Mingəçevir

91

Lənkəran

44

Göygöl

38

Şirvan

37

Yevlax

29

Bakıda ən çox ipoteka krediti Xətai rayonunda (24,3 faiz) verilib. Yasamal rayonunda ipoteka kreditlərinin payı 16,8 faiz, Binəqədi rayonunda 13,6 faiz təşkil edib.

İpoteka kreditlərinin 21 faizdən çoxunu hərbi qulluqçular götürüb. Daha sonra maliyyə sektorunun nümayəndələri - bankir və sığortaçılar (20,8 faiz), energetika sahəsi (12,6 faiz), hüquq-mühafizə orqanlarının (8,7 faiz) əməkdaşları gəlir.

İl ərzində ipoteka kreditlərinin ailə vəziyyəti üzr strukturunda dəyişiklik qeydə alınıb. Əgər 2017-ci ilin üç rübü ərzində ipoteka götürənlərin 68,7 faizi evli idisə, bu il onların payı 48,4 faiz təşkil edib. Subay ipoteka götürənlərin payı isə 31,3 faizdən 51,6 faizədək artıb.


Bu gün Ermənistana ağır kiber zərbələr endirməklə tanınan Azərbaycanın ilk haker komandalarından biri “Anti-armenia Team” qrupunun fəaliyyətə başlamasının 7-ci ildönümü tamam olur.

Ardını oxu...

Badamdar sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sahədəki çatlarda artım qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Axar.az-a verilən məlumata görə, sürüşmə zonasının sağ və sol hissəsində isə yeni çatlar müşahidə edilib.

Xəbər lenti