Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fitosanitar müfəttişləri tərəfindən İran İslam Respublikasından ölkəmizə idxal olunan 17.2 ton kiviyə fitosanitar karantin baxışı keçirilərkən həmin məhsulların bir hissəsində zərərli orqanizm olduğu aşkar edilib.

Ardını oxu...

Son 3 il ərzində Azərbaycana uzunqulaq idxal edilməyib.

Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov bildirib.

R.Süleymanov hazırda mövcud olan uzunqulaqların statistikasını da açıqlayıb:

“2016-cı ildə 35 816 baş, 2017-ci ildə ölkədə 34068 baş, 2018-ci ildə 30 854 baş uzunqulaq mövcud olub”.

Rəsmi məlumata görə, uzunqulaqların çox hissəsindən, yəni 78,3 faizi regionlarımızda əsasən yük daşımalarında istifadə olunur. Eşşəklərdən daha çox Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Samux, Göygöl, Goranboy, Şəki, Astara, Lerik, Yardımlı, Cəlilabad, Xaçmaz, Sabirabad, Ağsu, Şamaxı, Şərur və Şahbuz rayonlarında istifadə edilir.

 

Bakıda avtoxuliqan həbs olundu

 

Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək yolda digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan sürücünü saxlayıb. 

DİN-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, sürücü Elçin Əhmədov 99-GB-678 dövlət nömrə nişanlı “BMV” markalı avtomaşınla Cəfər Cabbarlı küçəsində, həmçinin  İnşaatçılar prospektində təhlükəli manevrlər edib. O, avtomobili yüksək sürətlə sürərək yol hərəkət qaydalarını kobud şəkildə və davamlı olaraq pozub. 

Bunu aşkar edən Yasamal rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları onu Cəfər Cabbarlı küçəsində saxlaya biliblər. Saxlanılarkən avtomobilin şüşələrinə bağlayaraq özünü bloqer kimi təqdim edən və yol polisini mobil telefon vasitəsi ilə videoya çəkməklə hədələyən sürücü post patrul xidməti əməkdaşları tərəfindən avtomobildən çıxarılıb.

Sürücü barəsində araşdırma aparılan zaman onun bu ilin 10 ay ərzində 27 dəfə qayda pozuntusu törətdiyi, barəsində inzibati protokollar tərtib olunduğu və 18 cərimə balı topladığı məlum olub. Bu səbəbdən sürücü barəsində toplanmış material Yasamal Rayon Məhkəməsinə təqdim olunub. E.Əhmədovun törətdiyi xətalar video görüntülər vasitəsilə  sübuta yetirilib və məhkəmə qərarı ilə o, 20 gün inzibati qaydada həbs edilib. Bundan başqa onun sürücülük hüququ bir il müddətinə məhdulaşdırılıb. 

 

 
Bakıdakı yağış haqqında rəsmi açıqlama

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti oktyabrın 16-sı  axşamdan 17-si səhərədək müşahidə olunmuş faktiki hava haqqında açıqlama yayıb.

Qurumdan “Qafqazinfo”ya daxil olan xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi oktyabrın 16-sı axşamdan 17-si səhərədək Bakıda və Abşeron yarımadasında, bəzi şimal və şərq rayonlarında yağış yağıb. 

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-27, Astarada 4, Neftçala, Göyçay, Şamaxıda 0.4-1 mm olub.

 

Bayıldakı evlərdən biri tamamilə dağıldı

Səhər saatlarında Səbail rayonu, Bayıl qəsəbəsinin Amfiteatr ərazisində Buxta küçəsində riskli zonanın hüdudları daxilində yenidən uçqun tipli sürüşmə hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, sürüşmənin səbəbi təbii amillər deyil, texnogen səbəblərdir. Sürüşmə nəticəsində 9 nömrəli evdə uçqun prosesi baş verib və ev tamamilə dağılıb. Yaxınlıqda yerləşən bir neçə evin divarlarında çatlar müşahidə olunur.

Qeyd edək ki, ərazi yüksək mailli yamacda yerləşir və yamacın təbii meyilliyi 35-40 dərəcədir. Həmin yamac pilləli şəkildə kəsilib, tökmə torpaq üzərində pərakəndə şəkildə evlər tikilib. Nəticədə də yamac yüklənib, dayanıqlığı zəifləyib, kommunikasiya xətlərindən sular sızıb, torpaq qatının yuyulması prosesi gedib və bu səbəbdən aşınma və çökmə hadisəsi baş verib. Ümumiyyətlə bu ərazi sürüşmə, uçqun, yuyulma və çökmə kimi ekzogen proseslərin təsirinə məruz qalan bir sahə hesab olunur.

Eyni zamanda bu gün səhər saatlarında Bibiheybət istiqamətində gedən avtomobil yolunun sağ tərəfində qoruyucu divarın üzərinə vurulmuş üzlük daşlar qoparaq asfalt üzərinə tökülüb. Bildiririk ki, bu proses sürüşmə ilə əlaqədar deyil.

 

Bibiheybətdə də torpaq sürüşdü, divar uçdu

 

Bakıda divar uçub.

hadisə 20-ci sahədən Bibiheybətə gedən yolda baş verib.

Bibiheybət məscidinin yaxınlığında yerləşən qəbiristanlığın istinad divarı uçaraq yola tökülüb.

Torpaq sahəsinin də bir hissəsi sürüşüb. Hazırda ərazidə bərpa işləri aparılır.

Sözügedən yol Azərbaycan Avtomobil Yollarının balansındadır, hazırda qurumun işçiləri hadisə yerinə gəlib. Yola tökülən dağıntıları təmizlənməsinə başlanılıb. Yolun sağ hissəsində hərəkət qismən məhdudlaşırılıb

***

Aşan hasarın üstündə yaşayış evləri var. İlkin məlumatlara görə, evlərə heç bir ziyan dəyməyib.

Bildirilir ki, kanalizasiya trubasını sakinlər özləri çəkib və bütün axıntı ətrafa tökülürmüş.

Murad Əhməd

Fotolar: Pərvin Zeynal

 













 

 

Yağış Badamdardakı sürüşməyə necə təsir edəcək?

Badamdarda sürüşmə sahəsində monitorinqlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan sürüşmə zonasında saat 09-00-a olan monitorinqlərin nəticəsinə əsasən yol istiqamətinə tökülmüş torpaq qatında artım müşahidə edilib.

Yağan yağış asılı qalmış torpaq qatında kütlənin ağırlaşmasına səbəb olub. Ara-sıra uçqunlar baş verir.

 

 

Azərbaycan yüksək nəticələr əldə etdi

Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı tamamilə yeni metodologiya əsasında ictimaiyyətə təqdim edilib.

Qlobal trendlər nəzərə alınmaqla, hesabatın metodologiyasında dəyişikliklər o qədər dərin və əhatəli olub ki, Dünya İqtisadi Forumu bu metodologiyanı yeni nəsil “4.0” kimi təqdim edib. Bu isə onu deməyə əsas verir ki, “Qlobal Rəqabətlilik Hesabatı-2018/2019” yeni dövrün ilk hesabatıdır. Belə ki, əvvəlki illərdən fərqli olaraq hesabatın metodologiyası ciddi şəkildə dəyişdirilərək hesabata yeni indikatorlar daxil edilib. Ümumilikdə əvvəlki hesabatın 114 indikatorundan 84-ü (74 faizi) çıxarılıb, 68 yeni indikator isə daxil edilib. Beləliklə, hesabatda mövcud 98 indikatorun 70 faizi tamamilə yenidir.

Azərbaycan Qlobal Rəqabətlilik Hesabatının yeni metodologiyası əsasında ilk dəfə qiymətləndirilib. Ölkəmiz ilk hesabatda Türkiyə, Serbiya, Gürcüstan, Cənubi Afrika Respublikası və Xorvatiya ilə birlikdə 7-ci onluğa daxil olmaqla 69-cu yerdə qərarlaşıb. İnfrastruktur, təhsil və bacarıqlar və biznesin dinamikliyi kimi üç indikator üzrə Azərbaycan yeni hesabatda mövqelərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

Azərbaycan, Qlobal Rəqabətlilik Hesabatında dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi vurğulanıb. Azərbaycan, əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100 faiz bal almaqla dünyada ilk pilləyə yüksəlib.

Bununla yanaşı, Azərbaycanın Qlobal Rəqabətlilik Hesabatında irəlidə olduğu alt-indikatorların böyük bir qismi yeni metodologiyada nəzərə alınmayıb. Məsələn, makroiqtisadi sabitlik indikatoru üzrə ölkənin mövqeyinə mənfi təsir göstərən fakt ondan ibarət olub ki, dövlət büdcəsinin tarazlığı, ümumi dövlət borcu, ümumi milli yığım, ölkənin kredit reytinqi kimi öncül olduğumuz alt-indikatorlar yeni metodologiyada ümumiyyətlə nəzərə alınmayıb.

Yeni metodologiya əsasında hazırlanmış ilk Qlobal Rəqabətlilik Hesabatında ölkələrin reytinqinə birbaşa təsir göstərməsə də, sosial və ətraf mühit performansı üzrə indikatorlara da yer ayrılıb. Azərbaycan ətraf mühitə təsir və inklüziv inkişaf indikatorları üzrə yeni nəsil metodologiya əsasında hazırlanmış hesabatda lider mövqelərini qoruyub.

Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşıb. Belə yüksək nəticənin əldə olunması son illər Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatların nəticəsində mümkün olub. Həmin indikatora əsasən, Azərbaycanın mövqeyi biznesə başlamaq üçün tələb olunan günlərin sayı alt-indikatoruüzrə 17-ci, müflisləşmə normativ hüquqi bazası alt-indikatoru üzrə 17-ci, sahibkarlıq riskləri alt-indikatoru üzrə 21-ci və ideyaların şirkətə təsiri alt-indikatoru üzrə 25-ci olub.

Qlobal trendlər nəzərə alınmaqla tamamilə yeni yanaşma əsasında hazırlanmasına baxmayaraq, Azərbaycan yeni dövrün ilk Qlobal Rəqabətlilik Hesabatında bir neçə indikator üzrə yüksək nəticələr əldə edib. Bu nəticələr Azərbaycanın gələcəkdə digər indikatorlar üzrə də daha yaxşı nəticələr əldə etməsi üçün yeni imkanlar açır.

 

Azərbaycan prezidenti iqtisadçıları təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycanda iqtisad elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər.

Hüseynov Tofiq Həsən oğlu

Muradov Allahyar Niyaz oğlu.

Həmçinin, dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda iqtisad elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər.

Əliyev Tərbiz Nəsib oğlu
İmanov Nazim Müzəffər oğlu
Musayev Akif Fərhad oğlu
Sultanova Rəna Polad qızı
Yüzbaşıyeva Gülşən Zahid qızı.

 

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən naviqasiya və kartoqrafiya təyinatlı “N” hərbi hissəsinin döyüş hazırlığının yoxlanılması məqsədilə təlim keçirilib.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların döyüşə hazırolma səviyyəsini yüksəltmək, qərar qəbuletmə təcrübəsini təkmilləşdirmək, həmçinin şəxsi heyətin topogeodeziya xarakterli tapşırıqları operativ icra etmə bacarığını yüksəltməkdən ibarətdir.

Xəbər lenti