Şəkidə traktorlardan ibarət toy karvanı

 

Şəkinin Öryət kənd sakini Ümid Əsgərovun toyunda dostları ona sürpriz hazırlayıblar.

onlar bəyin özünün də tarktorçu olduğunu nəzərə alaraq toy günü kənddəki bütün traktorlarla toy karvanına qoşulmaq qərarına gəliblər.

Ümid Əsgərovun qeyr-adi bu toy karvanından xəbəri olmayıb. Yalnız küçədə traktorlarla rastlaşdıqda məsələnin nə yerdə olduğunu anlayıb.

Traktorlar kənddən 10-15 kilmetrlik məsafədə, rayon mərkəzində yerləşən şadlıq sarayına qədər gəlin maşınını müşayiət ediblər.

 

 
Məktəblilərə yol hərəkəti qaydaları izah edilir

Respublikamızın ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması ilə əlaqədar uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanır.

bu məqsədlə Daxili İşlər Nazirliyinin göstərişinə əsasən 2018-ci ilin 15 sentyabrında başlayan və oktyabrın 15-dək davam edəcək “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.

Bu istiqamətdə Qusar Rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhərdəki 1 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.

Tədbirin əsas məqsədi şagirdlərə yol hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etmək olub. Məktəblilərə yol nişanları haqqında məlumat verilib, yollarda piyada keçidləri üçün nəzərdə tutulan piyada zolaqlarından istifadənin zəruriliyindən danışılıb.

Tədbir təhsil müəssisəsinin qarşısında yerləşən yolda sona çatıb. Şagirdlərə piyada keçidində istifadə qaydaları əyani şəkildə göstərilərək, onlara hərəkətin təhlükəsizliyi barədə dəyərli tövsiyyələr verilib.

 


 
Soyuqlar düşdü, kombilərin qiyməti qalxdı

Havaların soyuması ilə isitmə sistemləri bazarında canlanma yaşanır. Xüsusilə də kombilərə maraq çoxdur. Yay aylarına nisbətən isə qiymətlər artıb.

Havaların soyuması kombi bazarına da təsir edib. Satıcıların dediklərinə görə, ötən aylarla müqayisədə alıcı sayı artıb.

Hazırda satışda olan kombilər əsasən Türkiyə, İtaliya, Ukrayna və Çində istehsal edilir. Qiymətləri isə istehsal edildiyi ölkəyə, firmasına və funksiyalarına görə dəyişir.

Daha böyük mənzillər üçün nəzərdə tutulan kombilər 700-1400 manata təklif olunur. Satıcıların sözlərinə görə, kombi radiatorlarının qiymətləri də əsasən istehsalçı ölkəyə görə dəyişir.

Kombilər 2 və 3 illik zəmanətlə təklif olunur. Zəmanət dövründə hər hansı bir detalı sıradan çıxarsa bunu servis xidməti özü dəyişir.

Mənzilin kombi sistemi ilə təmin edilməsi ortalama 1000-1800 manata başa gəlir.

Paytaxtın Həsən Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasının tikintisi çərçivəsində aparılan işlər zamanı ətrafa toz-duman yayılıb.

Oxu.az xəbər verir ki, tozun yayılması həmin ünvanda yaşayan və işləyənlərin narahatlığına səbəb olub.

Vətəndaşların verdiyini məlumata görə, tikinti şirkətinin işçiləri tikilməkdə olan binada yığılan qum və digər tullantıları beşinci mərtəbədən ərazidə olan yük maşınına doldurmağa çalışıblar. Onlar tullantıları birbaşa beşinci mərtəbədən aşağı buraxıblar.

Elə bunun nəticəsində ətrafı toz-duman bürüyüb.

Vətəndaşlar sözügedən faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat veriblər.

13:32

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Badamdar - 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində saat 12:00-a olan vəziyyət barədə məlumat açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Axar.az-a verilən məlumata görə, sürüşmə zonasında müşahidələr davam edir.

Saat 12:00-a olan məlumata görə, sürüşmə kütləsi üzərində dəyişikliklər qeydə alınmayıb.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Badamdar - 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində saat 15:00-a olan vəziyyət barədə məlumat açıqlayıb.

Məlumata görə, sürüşmə zonasında müşahidələr davam etdirilib. Saat 15:00-a olan məlumata əsasən, sürüşmə ocağında aktivlik qalmaqdadır. Lakin sürüşmə kütləsində ciddi dəyişiklik baş verməyib. Hazırda sürüşmə kütləsini təşkil edən süxur qırıntılarının yola hərəkəti müşahidə olunur. Eyni zamanda sürüşmənin üst hissəsindəki fərdi tikililərin hasarlarında sürüşməyə tərəf hissədə çatlar və oturmalar qeydə alınıb.

***

Badamdar - 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında gərginlik mövcuddur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 18:00-a olan məlumata əsasən gərginlik davam edir.

Sürüşmə kütləsi üzərində qismən dəyişiklik baş verib. Sürüşmə kütləsi üzərində asılı vəziyyət də olan torpaq kütlələrində xırda uçqunlar baş verir.

Qeyd edək ki, Badamdar - 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Qərargah yaradılıb.

 

Sürüşmə hələ də davam edir

 

Badamdar şossesindəki torpaq sürüşməsi bu dəqiqələrdə də davam edir. 

Sürüşmə zonasında yerləşən “Reyhan” restoranı üçün ciddi təhlükə yaranıb. Baş nazirin müavini Hacıbala Abutalıbov bildirib ki, hazırda onun fəaliyyəti dayandırılıb. 

Hadisə yerində olan əməkdaşlarının məlumatına görə, ən təhlükəli vəziyyət məhz bu restoran ətrafındadır. “Reyhan”ın qarşısındakı torpaq uçqunu o qədər güclü olub ki, artıq asfaltın üstünə çıxıb. 

Hadisə yerindən çəkilmiş videonu təqdim edirik:

 

 

Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Bəxtiyar Haqverdiyev işdən çıxarılıb.

Report-un məlumatına görə, bu ilin iyun ayında Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi təyin olunan Bəxtiyar Davud oğlu Haqverdiyev tutduğu vəzifədən azad edilib. Həmin vəzifəyə isə Nazim Məmməd oğlu Əhmədov təyin olunub.

N.Əhmədov bu təyinata qədər Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli Xəstəxananın baş həkimi vəzifəsində çalışıb.

Dövlət İmtahan Mərkəzi xarici dil fənni üzrə həm IX, həm XI siniflərdə keçiriləcək imtahan modelini verdi. Bu modelin hazırlanmasında Təhsil Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə bərabər işləyib. Amma belə başa düşülür ki, Təhsil Nazirliyi bu modelin hazırlanmasında ancaq seyrçi mövqeyində dayanıb. Yoxsa xarici dil fənni ilə bağlı sadalanan ciddi qüsurlar ortaya çıxmazdı.

Bu sözləri Axar.az-a təhsil eksperti Kamran Əsədov 2019-cu ildən buraxılış imtahanlarının yeni formatda keçirilməsi ilə bağlı danışarkən deyib. Ekspert bildirib ki, 2019-cu ildə tətbiq edilən yenilikləri təhlil etdikdə ən ciddi problemin xarici dil fənnində ortaya çıxdığı məlum olur:

“Xarici dil üzrə orta məktəb dərsliklərində dinləyib anlama məzmun xətti üzrə standartlar tamamilə yerinə yetirilmədiyi halda (nə disk və ya nə kaset və ya heç bir dinləmə aparmaq üçün vəsait olmadığı halda) imtahana dinləyib anlama üzrə tapşırıqlar salınması nəyə əsaslanıb?

Axı TQDK-nın və TN-nin dərsliklərin monitorinqi komissiyasının hazırki dərsliklərdə dinləyib anlama məzmun xətti üzrə standartların yerinə yetirilməsi barədə rəyi mənfi olub. Müəllimin dinləyib anlama məzmun xətti üzrə standartları yerinə yetirməsi üçün dərsliklərdə tapşırıqlar demək olar, yoxdur. Eyni zamanda bütün dərsliklərdə disk və audio vəsait nəzərdə tutulmadığı halda DİM-in audio vəsaitlə imtahan aparması nə dərəcədə düzgündür?”

K.Əsədovun fikrincə, orta məktəblərdə xarici dil fənni üzrə hazırda işlək olan bütün dərsliklər, əsasən də 1-ci 2-ci 3-cü və 5-ci sinif dərslikləri tədrisə yararlı deyil:

“1-ci sinifdən 8-ci sinfə qədər dərsliklərdə dinləyib anlama məzmun xətti üzrə standartların yerinə yetirilmədiyini, məzmunun yalnız elə buna görə 1/4 hissəsinin mənimsənilməyəcəyini xüsusi ilə qeyd etmək lazımdır.

Əlavə edək ki, IX-XI sinif dərsliklərində də çoxlu səhvlər var”.

Ekspert qeyd edir ki, Azərbaycanda 90% məktəbin və müəllimin dinləyib anlamanı özü yerinə yetirmək üçün texniki vəsaiti yoxdur:

“Bu halda təxminən 200 min şagird (həm IX, həm XI siniflər üzrə) dinləmə ilə yalnız imtahan otağında tanış olacaq və bu qədər şagirdin taleyi ilə oynamaq nə dərəcədə doğrudur?

Həftədə 1-4-cü siniflərdə cəmi 1 saat, 5-8-ci siniflərdə 3 saat ,9-cu sinifdə 2 saat dərs saatı olan ingilis dili fənnindən 9-cu sinfin buraxılış imtahanında 2 mərhələli olmaqla 45 sual (15-tapşırıq 1-ci mərhələdə , 30 test isə 2-ci mərhələdə) salmaq nə dərəcədə düzgündür?

DİM-n modelinə əsasən 9-cu siniflərin buraxılış imtahanının 11-ci siniflərə nisbətdə daha çətin verilməsi aydınlaşır. Yuxarıda da qeyd etdildiyi kimi tam orta təsili bitirməmiş və 11-ci siniflərdən aşağı pillədə olan, yaş xususiyyətləri nəzərə alınmayan 9-cu siniflərdə 2-mərhələ üzrə xarici dildən 45 suala, onlardan yuxarı pillədə olan 11-ci sinif şagirdlərinin isə 30 suala cavab vermələri nəyə əsaslanır ?

DİM-in modelinə əsasən, xarici dil fənnindən imtahan 9-cu və 11-ci siniflərdə Ana dilindən və Riyaziyyat imtahanından da çətin verilmiş və bir neçə standartın yerinə yetirilməsini tələb edir. Belə ki, həftədə 5-6 saata keçilən ana dili və riyaziyyat fənnindən yalnız 1 və ya 2 məzmun xətti üzrə standart yoxlanılırsa və şagird öz Ana dilindən dinləyib anlama tapşırıqları etmirsə, xarici dil fənnindən 3 məzmun xətti üzrə standartların yoxlanılması və dinləyib anlama tapşırıqları verilməsi nə dərəcədə düzgündür?

Ana dili və riyaziyyat fənnlərindən əvvəlki illərdə köhnə model üzrə açıq suallar salınması və 9-cu siniflərdə həmin fənnlərdən buraxılış imtahanı keçirmək təcrübəsi olduğu üçün həmin fənnlərdən builki imtahanlarda bir yenilik yoxdur, müəllim və şagirdlər buna hazırlıqlıdırlar. Yəni şagirdlər Ana dili və Riyaziyyatdan imtahan verərkən artıq həm psixoloji, həm də bacarıq cəhətdən buna hazırdır. Xarici dildən isə şagirdlər bu il həm yeni modellə tanış olurlar, həm də 9-cu sinifdə ilk dəfə xarici dil imtahanı verirlər.

Həmçinin, açıq suallar bu ildən salınır, həm də dinləyib anlama tapşırıqları verilir. Hansı əsasla? İngilis dili ana dili deyil, dövlət dili deyil , yuxarıda da qeyd etdiyim saatlarla, çox zəif dərsliklərlə keçilən xarici dildir. Və bu xarici dilin öyrədilməsi yalnız xarici dil müəllimlərinin fədakarlığının və repititorluğun nəticəsidir.

Oxu, yazı və dil qaydaları ilə bağlı həm Təhsil Nazirliyinin, həm də Dövlət İmtahan Mərkəzinin nəşr etdirdiyi yüzlərlə vəsait və kitab var. Lakin dinləyib anlama etmək üçün nə Təhsil Nazirliyinin, nə də DİM-in bir dənə də audio vəsaiti yoxdur. Belə olan halda imtahan modeli nəyə əsasən dinləyib anlama tapşırıqları ilə verilib.

Əlbəttə, yenə deyəcəklər ki, internetdə milyonlarla vəsait var, açıb etsinlər. Onda sual doğur DİM-in bu modeli dərsliklər əsasında yaradılıb, ya internet əsasında?”

Məktəbliləri imtahan məsələsində çətinə salan nazirliyi və DİM-i ittiham edən ekspert bildirib ki, Bakının bəzi məktəblərinin heç internetə çıxışı yoxdur, nəinki hansısa ucqar kəndin.

“Buraxılış imtahanlarında dinləmənin necə aparılacağı sual doğurur. Dünyanın heç bir ölkəsində xarici dildən dinləyib anlama digər fənnlərlə birlikdə, eyni auditoriyada aparılmır. Belə ki Listening aparılarkən şagirdlər həm ana dilindən, həm də riyaziyyatdan tapşırıqlar etməli olacaqlar. Verilən 3 saatın hansı anında dinləyib anlama aparılacaq?”

Kamran Əsədov vurğulayıb ki, xarici dildən dinləyib anlama və oxu imtahanı etmək üçün şagirdlər xarici dildən akademik Listening keçməli, həftəlik dərs saatları ən azı 5 saat olmalı, dərsin müddəti 90 dəqiqə olmalı və bunlara müvafiq dərsliklər və tədris audio vəsaitləri çap olunmalıdır:

“Bunlar olmadığı halda həftədə 2 saat və hər dərsdə 45 dəqiqə ilə (və həmin 45 dəqiqədə həm oxu, həm yazı, həm danışma, həm də dinləyib anlama yerinə yetirilməlidir) hansı Listening imtahanından söz gedə bilər?

Valideynlər əlavə müəllimlər tutub, əlavə xərc çəkib, övladlarına Listening (dinləmə) və Reading (oxu) öyrətməlidirlər?

Eyni zamanda, soruşmaq istərdim, imtahanların xarici dil fənnindən bu modeli harada müzakirə olunub? Təhsil Nazirliyinin və DİM-in hansı ekspertləri bu modelə cavabdehdir ? Onlar məgər dərsliklərlə və rəylərlə tanış deyillər? Təhsil Nazirliyi audio vəsaitlərin olmadığı və dinləmə anlama məzmun xətti üzrə standartların yerinə yetirilmədiyi barədə məlumata malik deyilmi, niyə bu model tətbiq edilməmişdən əvvəl həm TN, həm də DİM-də açıq müzakirəyə çıxarılmırdı, niyə imtahana 6 ay qalmış minlərlə müəllimin rəyi nəzərə alınmır və şagirdin taleyi ilə oynanılır?”

Sabaha yağış gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha gözlənilən hava proqnozunu açıqlayıb. 

 Bakıda və Abşeron yarımadasında oktyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var . Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 13-15, gündüz 16-19, Bakıda gecə 13-15, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz olacaq.

Azərbaycanın rayonlarında

Oktyabrın 13-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Gündüz yağışda fasilə olacaq. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 17-22, dağlarda gecə 4-9, gündüz 9-14 dərəcə isti təşkil edəcək


“Evləri tərk edin!”2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) kəskin maili dağ yamacında, əvvələr tikilmiş istnad divarının yaxınlığında torpaq qatının çökməsi halı qeydə alınıb. 

Səbail rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, məsələ ilə əlaqədar hazırda Fövqəladə Hallar Komissiyası, Səbail Rayon İcra Hakimiyyəti və Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbərliyi,  Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər Hazirliyinin mütəxəssisləri hadisə yerində olmuşlar. Müvafiq qurumların mütəxəssisləri tərəfindən ərazidə araşdırmalar aparılır. 

Vətəndaşların və Badamdar yolundan keçən avto nətliyyat vasitələrinin təhlükəsizliyinin təminatı üçün müvəqqəti olaraq Badamdar şossesinin bu əraziyə düşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Əraziyə yaxın obyeklərini fəaliyyəti dayandırılıb, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində dağ yamacının üst hissəsində yerləşən 8 fərdi yaşayış evlərində yaşayan vətəndaşlar müvəqqəti olaraq evlərini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib. 

Hazırda ərazıdə araşdırmalar aparılır.

 

Xəbər lenti