![]() |
|
Sabah Bakı şəhərinin Yasamal rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Belə ki, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında 2000 mənzildən ibarət olan yaşayış kompleksinin qazlaşdırılması məqsədilə çəkilmiş diametri 315 mm-lik polietilen orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar oktyabrın 24-də saat 10:00-dan işlər tamamlananadək Mətbuat və N.Nərimanov prospektləri, eləcə də Şərifzadə və H.Cavid küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Görülən zəruri işlərin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, S.Əsgərova, Ş.Əzizbəyov küçələrinin də qaz təchizatına təsir göstərməsi mümkündür.
Aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.
“Hazırda telekanallarda yayımlanan seriallar kəmiyyət baxımından qaneedicidir, lakin keyfiyyət cəhətdən əlbəttə ki, hamı eyni fikirdə deyil”.
bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
T.Dadaşov bildirib ki, bir neçə ildir yerli serialların istehsalı sahəsində ciddi irəliləyişlər müşahidə olunur: “Bu gün müxtəlif məzmunda, istər dramatik, istərsə də komediya janrlarında xeyli sayda seriallar yayımlanır. Bu da onu göstərir ki, serial təsərrüfatı artıq inkişaf yolundadır”.
T.Dadaşov bildirib ki, əgər əvvəllər milli efir məkanında xarici seriallar hegemonluq edirdisə, bu gün milli seriallar kanalların efir məkanında özlərinə ciddi mövqe qazanıblar. MTRŞ rəsmisi bildirib ki, hazırda yayımçılar reytinq məsələsini əldə rəhbər tutaraq daha çox komediya janrında seriallara üstünlük verirlər: “Bu, müəyyən mənada başadüşüləndir. Lakin milli efir məkanımızda yer alan bəzi dramatik mövzulu seriallar da var ki, onlar reytinq və izlənmə baxımından komik seriallardan heç də geri qalmır və ictimaiyyət tərəfindən maraq və rəğbətlə qarşılanır. Bu tipli uğurlu seriallar ölkəmizdə serial təsərrüfatının perspektivləri barədə nikbin olmağa imkan verir”.
Onun sözlərinə görə, əlbəttə ki, serial təsərrüfatının inkişafı, çəkilən serialların baxımlı olması, tamaşaçıda rəğbət və maraq oyatması bu sahədə çalışanların peşəkarlığından asılıdır: “Müsbət məqamlarla yanaşı, seriallarımızda gülüş xatirinə şit, bayağı səhnələr, dialoqlar, hətta bəzən qeyri-etik məzmunlu ifadələr, milli dəyərlərdən uzaq səhnələr və s. kimi neqativ cəhətlər də az deyil. Tək seriallarda deyil, televiziyalarda yayımlanan bir sıra veriliş və proqramlarda bu kimi məsələlərə rast gəlinir. Yayımçılar bu hallara diqqət yetirməlidirlər. Cəmiyyətdə, insanlarda qıcıq, narahatlıq, gərginlik, narazılıq yaradan hallardan uzaq durulmalıdır. Qanunvericiliyə müvafiq olaraq MTRŞ kanalların yaradıcılıq fəaliyyətinə qarışmır. Lakin bu o demək deyil ki, kanallar reytinq xatirinə istədiklərini edə bilərlər. Kanallar ictimai rəyi nəzərə almalıdırlar. Reytinqi də, maddi qazancı da müəyyən çərçivələr daxilində əldə etmək daha yaxşı olardı".
Sabah Bakı şəhərinin Yasamal rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
Bu barədə Axar.az-a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Belə ki, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında 2000 mənzildən ibarət olan yaşayış kompleksinin qazlaşdırılması məqsədilə çəkilmiş diametri 315 mm-lik polietilen orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar oktyabrın 24-də saat 10:00-dan işlər tamamlananadək Mətbuat və N.Nərimanov prospektləri, eləcə də Şərifzadə və H.Cavid küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Görülən zəruri işlərin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, S.Əsgərova, Ş.Əzizbəyov küçələrinin də qaz təchizatına təsir göstərməsi mümkündür. Aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
“Atletlər kəndi”ndə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Axar.az-a verilən məlıumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Heydər Əliyev prospektində yerləşən "Atletlər kəndi" (Nəqliyyat Agentliyi qarşısında) iş aparılacaq.
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Artıq avtobus sürücüləri ilə bağlı həyəcan təbili çalmağın vaxtıdır. Ciddi nəzarət mexanizmi ortaya qoyulmalıdır. Çünki son 4 ayda təxminən 4-5 narkoman avtobus sürücüsü aşkar edilib. Bu hələ baş verən qəzalardan sonra üzə çıxanlardır. Təsəvvür edin ki, bunların üzə çıxmayanları nə qədərdir.
Bu sözləri Axar.az-a nəqliyyat eksperti, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı son günlər davamlı olaraq piyada və sərnişin ölümü ilə nəticələnən avtobus qəzaları, bu qəzalara səbəb olan narkoman sürücülər barədə danışarkən bildirib.
E.Muradlı deyib ki, bu gün avtobus sükanı arxasında sərxoş, narkotik maddə istifadə edən, psixoloji cəhətdən gərgin, bəlkə də ruhi əsəb dispanserində qeydiyyatda olan insanlar var:
“Bu insanları daşıyıcı şirkətlər özləri işə götürür, onlara şərait yaradır, hətta yeri gələndə, onları qoruyur, gizlədir, işdə saxlayırlar. Çünki həmin insanlar qəpik-quruşa da işləməyə razı olurlar.
“D” kateqoriyası olan normal avtobus sürücü normal maaş qarşılığında işləyir. Ancaq bu cür insanlar heç bir yerdə işə düzələ bilmədiklərinə görə nə iş olsa, razılaşıb ən aşağı maaşa da qane olub işləyirlər. Hətta bəzi avtobus sürücüləri elələrini özlərinə köməkçi də götürür və günün müəyyən saatlarında özləri dincələrkən həmin şəxslərə avtobus etibar edirlər”.
Ekspert vurğulayıb ki, Bakı Nəqliyyat Agentliyi bununla bağlı davamlı reydlər keçirməli, tədbirlər görməlidir. İnsan ölümü ilə nəticələnən qəzalara “biz xəbərdarlıq etdik, onlar icra etmədi” üslubunda yanaşma yolverilməzdir:
“BNA dövlət qurumudur, bu sahəyə məsuldur. Əgər bu özbaşınalığı durdurmağa səlahiyyəti çatmırsa, onda əlavə səlahiyyət istəməlidir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi niyə normal dispetçer mərkəzi qura bilmir? Əllərində ola-ola niyə intellektual idarəetmə sistemindən istifadə etmirlər? Ümumiyyətlə, bu İntellektual İdarəetmə Mərkəzi haradadır, nə işlə məşğuldur? Bunların kamera sistemi haradadır? Bəs bütün avtobuslara kamera qoyulmuşdu ki, sürücülərə nəzarət edəcəklər. Niyə bu kameralara baxış keçirib yoxlamırlar ki, sükan arxasındakı sürücü neçə saat fasiləsiz işləyir və ya sürücü bir neçə saatdan sonra yoxa çıxır, onun əvəzinə heç sürücülük vəsiqəsi olmayan başqa biri oturub avtobusu idarə edir.
Bakı Nəqliyyat Agentliyi bu gün ancaq ümumi məlumatlar yaymaqla işini bitmiş sayır. “Bunu edəcəyik”, “Bu tədbirləri görəcəyik” kimi vədlər iş olmaz. Sonra da açıqlama verirlər ki, biz tapşırıq verdik, icra etmədilər. İcra etmirlərsə, cəza tədbirinin görülməsi üçün addımlar atılmalı, hüquq-mühafizə orqanlarına müraciət edilməlidir”.
E.Muradlı bildirib ki, tez-tez işdən çıxarılan sürücüləri yenisi ilə əvəz etmək üçün BNA elan verir. Ancaq belə məqamlarda sürücünü axtarmaq yox, xüsusilə seçmək lazımdır:
“Hər ay elan verirlər ki, sürücü axtarılır. Qayda pozan sürücünü işdən çıxarırlar, sonra yerinə sürücü tapa bilmirlər.
Avtobusu idarə etmək üçün sürücünü o şəkildə axtarmaq lazım deyil. Əvvəlcə “D” kateqoriyalı insanları tapmaq, onlarla söhbət aparmaq, görüş keçirmək, onları işə dəvət edib bir müddət təcrübə keçmək, sonra işə qəbul etmək lazımdır. Hər “D” kateqoriyalı sürücüyə avtobus etibar etmək olmaz”.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova isə bildirib ki, sürücünün işə cəlb edilməsi birbaşa olaraq daşıyıcı şirkətin məsuliyyəti altındadır:
“İstər Bakı Nəqliyyat Agentliyi, istərsə də Dövlət Avtomobil Nəqliyyatı Xidməti daşıyıcı şirkətlərlə təmsil olunur. Nazirlər Kabinetinin 141 saylı qərarı ilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti daşıyıcı şirkətlərə, fərq etmir fiziki və ya hüquqi şəxs olsun, fərqlənmə və xüsusi fərqlənmə nişanı verir və ümumi nəzarəti təmin edir. Sürücünün işə cəlb edilməsi, onunla bağlı tələblər ancaq daşıyıcı şirkətə məxsusdur”.
N.Allahyarova bildirib ki, DANX şəhərlərarası daşımalarda DYP ilə birgə reydlər keçirir:
“Bu reydlərdə DANX maarifləndirmə funksiyasını həyata keçirir, bizim cəza vermək kimi bir səlahiyyətimiz yoxdur”.
Qeyd edək ki, 19 oktyabr tarixində 131 saylı marşrut piyada keçidində olan sürücünü vuraraq üzərindən keçib. İstintaq zamanı avtobusun sürücüsünün narkotik vasitələrdən istifadə etməsi müəyyən edilib.
Binə qəsəbəsində ölümlə nəticələnən qatarla avtobusun toqquşması qəzasından sonra da avtobusu idarə edən sürücünün narkotik maddə istifadəçisi olduğu məlum olmuşdu.
Oktyabrın 24-nə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 21-25, Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz Naxçıvan MR-nın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Bəzi yerlərdə arabir güclənən cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 24-ü gündüzdən 25-i axşamadək Abşeron yarımadasında atmosfer təzyiqinin aşağı enməsi fonunda gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Bu gün səhər saatlarında Bakı Metropolitenində qatarların intervalında gecikmələr müşahidə edilib. Bu barədə sərnişinlər məlumat verib.
Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metronun “Neftçilər” stansiyasında dalanda qatar olub:
“Qatarda texniki problem olduğuna görə xəttə çıxa bilməyib. Həmin qatar Dərnəgül istiqamətində hərəkət etməli idi. Qərara alınıb ki, Həzi Aslanovdan gələn qatar xəttə çıxsın. Sözügedən qatar da 5 dəqiqədən sonra xəttə çıxıb. Buna görə intervalda fərq yaranıb. Ancaq texniki problemi aradan qaldırılan qatar Dərnəgül istiqamətində xəttə çıxandan sonra interval sabitləşib”.
Daşkəsəndə valideynlərini döyərək küt alətlə xəsarət yetirən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun "Qafqazinfo"ya verdiyi məlumata görə, sentyabrın 13-də saat 19:00 radələrində Daşkəsən rayonu Tapan kəndində yaşayan İlyas Bağırov və Tamara Bağırovanın baş və bədən nahiyyələrinə, küt və kəsici alətlərlə döyülərək çoxsaylı xəsarətlər alıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.3-cü maddələri ilə cinayət işi başlanılıb.
Hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənlərin övladı Bağırov Firdovsi saxlanılıb. Hadisənin təqsirləndirilən şəxsin içkili olması və şəxsi münasibətlər zəminində baş verdiyi müəyyən olunub. F.Bağırov tutduğu əməldən peşman olduğunu deyib. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Türkiyədə qətlə yetirilən səudiyyəli jurnalist Camal Kaşıkçının meyiti tapılıb.
“Qafqazinfo” “Ria Novosti”yə istinadən xəbər verir ki, jurnalistin meyiti Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulunun iqamətgahında aşkarlanıb. “Vətən” partiyasının rəhbəri Doğu Perinçekin iddiasına görə, Kaşıkçının meyiti konsulun evinin bağçasındakı quyudan tapılıb:
“Türkiyənin təhlükəsizlik əməkdaşları konsulluqdakı axtarış zamanı bağçadakı quyudan cəsədin bəzi parçalarını çıxarıblar. Hesab edirəm ki, prezident Ərdoğan bununla bağlı sabah açıqlama verəcək”.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev oktyabrın 26-da Mingəçevir şəhərində bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Komitədən “Qafqazinfo”ya daxil olan məlumata görə, saat 11:00-da başlayacaq qəbul zamanı bölgədə yerləşən-Mingəçevir şəhərinin, Şəki, Oğuz, Qəbələ rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Qərb Ərazi Baş Gömrük İdarəsi, Yevlax gömrük postu (əlaqə telefonu: (022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.