İcazəsiz ova cəhd edən biləsuvarlılar saxlanılaraq cərimə ediliblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Biləsuvar rayonu ərazisində keçirilən reyd zamanı icazəsiz ov edən şəxslər saxlanılıb.

Araşdırma zamanı brakonyerlərin Biləsuvar rayon sakinləri Şövqi Ağayev və Cavad Xankişiyev olduğu müəyyən edilib. Onlardan 2 ov tüfəngi və ovlanmış 3 cürə quşu götürülüb.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib edilib və onlara İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, ümumilikdə 2015 manat məbləğində cərimə və ziyan tətbiq olunub.

Xəbər lenti