09:21

Hazırda Bakıda - Üzeyir Hacıbəyov küçəsində, Tiflis prospekti - Akademik Şəfayət Mehdiyev küçəsi ilə kəsişməyə qədər, şəhər mərkəzi istiqamətindən və Koroğlu Rəhimov küçəsi - Akademik Həsən Əliyev küçəsi istiqamətində avtomobil sıxlığı müşahidə olunur.

 

Bu barədə Axar.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

“Qara-Qarayev prospekti - Koroğlu metrostansiyası istiqamətində, Binəqədi şossesi mərkəz istiqamətində və Tiflis prospekti - mərkəz istiqamətində isə nisbətən sıxlıq müşahidə edilir” - məlumatda qeyd olunub.

Xəbər lenti