Bakının bəzi yollarında avtomobil sıxlığı müşahidə edilir.

 

Bu barədə Axar.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilir ki, hazırda Nobel prospekti - Süleyman Əhmədov küçəsi ilə kəsişməsi, şəhər istiqamətində, Bakı-Sumqayıt şossesi – Bakı Beynəlxalq Avtovağzalının qarşısı 20 Yanvar metrosu istiqamətində, Tiflis prospekti - Diaqnostika Mərkəzinin qarşısı, mərkəzi istiqamətində, Binəqədi şossesi - Azadlıq prospekti istiqamətində, Koroğlu Rəhimov küçəsi - Həsən Əliyev küçəsi istiqamətində və Neftçilər prospekti - Azneft dairəsi istiqamətində sıxlıq var.

Ziya Bünyadov prospekti - Atatürk prospekti ilə kəsişməsi, "20 Yanvar" metrosu istiqamətində isə nisbətən sıxlıq müşahidə olunur.

Xəbər lenti