Sabah ASAN Xidmət və ASAN Kommunal mərkəzləri işləməyəcək.

 

Bu barədə Report-a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Bildirilib ki, 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar ASAN Xidmət və ASAN Kommunal"mərkəzlərində qeyri-iş günü olacaq. Yanvarın 21-dən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, hazırda 15 ASAN Xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 ASAN Kommunal mərkəzi fəaliyyətdədir.

Xəbər lenti