Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının rəhbəri Rəşid Temrezovun başçılıq etdiyi nümayəndə heyəti fevralın 1-də Azərbaycana gələcək.

Bu barədə Axar.az-a İqtisadiyyat nairliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev məlumat verib.

Səfər çərçivəsində görüşlər keçiriləcək, ölkəmizlə Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikası arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti və genişləndirilməsi imkanları müzakirə ediləcək.

Qaraçay-Çərkəz Respublikası nümayəndə heyəti səfər zamanı bir sıra müəssisələrdə də olacaq.

Xəbər lenti