![]() |
|
Bu gün Türkiyə Respublikasının qurulmasının 101 illiyidir.
1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib.
İki il sonra - 1925-ci ildə bu günün türk dövlətinin yaranması günü kimi qeyd olması barədə qanun qəbul olunub.
Türkiyə Respublikasının qurulması türk milləti və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəlib. Türkiyə Cümhuriyyətinin yaradılması Birinci Dünya müharibəsindən sonra Osmanlı dövlətini parçalayıb məhv etmək istəyənlər üzərində qələbənin nəticəsidir.
Türkiyə Cümhuriyyətinin ərazisi 783 min kv. km-dir. Hazırda Türkiyənin əhalisi 86 milyondan çoxdur.
Yeri gəlmişkən qeyd edək ki, Osmanlı dövləti 1299-cu ildə qurulub. 2019-cu ildə bu dövlətin qurulmasının 720-ci ildönümü qeyd olunub.
1876-cı ilədək ölkə mütləq monarxiya, 1876-1878-ci illər və 1908-1918-ci illərdə isə konstitusiyalı monarxiya üsulu ilə idarə edilib. Həmin illərdə ölkə parlament üsul-idarəsi sisteminə keçmişdi.
Birinci Dünya müharibəsində Osmanlı dövləti məğlubiyyətə uğradıldıqdan sonra ərazisi işğala məruz qaldı. O zaman Mustafa Kamal Atatürkün başçılıq etdiyi hərəkatın mübarizəsi 1923-cü ildə milli qüvvələrin qələbəsi ilə başa çatıb. 1920-ci il aprelin 23-də Ankarada Böyük Millət Məclisi qurulub.
1922-ci il noyabrın 1-də isə Osmanlı dövlətinin fəaliyyətinin dayandırıldığı elan edilib. 1923-cü ildən Türkiyə parlament üsul idarəsi ilə idarə edilirdi. 2018-ci ildən isə ölkə prezident üsul-idarəsinə keçib.
Ölkənin ilk Prezidenti Mustafa Kamal Atatürk (1923-1938) olub. Hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Onun sədri olduğu Ədalət və İnkişaf Partiyası ilk dəfə 2002-ci ildə parlament seçkilərində qalib gəlib. Həmin dövrdən Türkiyənin hakim partiyasıdır.
Bu gün Türkiyə bir çox beynəlxalq təşkilatların, o cümlədən NATO-nun üzvü, dünyada əsas siyasi aktorlarından biridir. Ankara, həmçinin türk dövlətləri arasında inteqrasiyanın güclənməsində mühüm oynayır. Bu, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) daxilindəki fəaliyyətdə özünü göstərir.
Çeçenistan lideri Ramzan Kadırov qatıldığı rəsmi tədbirdə hərəkətləri ilə diqqət çəkib.
“Haber Global” xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun da olduğu tədbirə qatılan Çeçenistan lideri gözləyən zaman idman hərəkətləri edib.
Kadırov boş gözləməyə səbri çatmadığından iclas zalındakı stullardan birindən tutaraq jim etməyə başlayıb.
ABŞ müdafiə naziri Lloyd Ostinlə İsrailin müdafiə naziri Yohav Qallant arasında baş tutan telefon danışığında Ağ Evin İsrailin təhlükəsizliyinə sadiqliyini və İsrailin özünümüdafiə haqqını dəstəklədiyini bir daha bəyan edib.
Ostin sosial media hesabından verdiyi açıqlamada bölgədəki ABŞ personalını, obyektlərini və tərəfdaşlarını qorumaqda qərarlı olduqlarını vurğulayaraq, həmçinin İranla bağlı mövqeyini açıqlayıb: "İran İsrailin hücumlarına cavab verməkdə səhvə yol verməməlidir".
Oktyabrın 26-da İsrailin hava hücumu nəticəsində İran strateji müdafiə imkanlarından tamamilə məhrum edilib.
Bu barədə İsrail ordusunun "Galley ÇAXAL" radiostansiyası X (Tvitter) sosial şəbəkəsində bildirib.
Hücum İranın uzaqmənzilli ballistik raketlər arsenalına təsir etməyib. “İranın bütün strateji müdafiə imkanları məhv edilib. Yəni uzaqmənzilli zenit raketlərinin bütün batareyaları”, - mesajda aydınlıq gətirilir.
İsrail ordusunun məlumatına görə, Tehranın sərəncamında yalnız qısa mənzilli sistemlər qalıb. Radiostansiya həmçinin bildirib ki, İran yaxın iki-üç il ərzində strateji "yer-hava" raket imkanlarını itirib.
"Galley ÇAXAL" qeyd edib ki, açıq mənbə məlumatlarına görə, İranda 2 mindən çox uzaqmənzilli ballistik raket var. İsrail Hərbi Hava Qüvvələrinin reydi zamanı yalnız yeni raketlər istehsal etmək qabiliyyəti zədələnib, mövcud arsenal isə İsrailin zərbələrinin əhatə dairəsindən kənarda qalıb. Radio eyni zamanda internetdə İranda pilotsuz təyyarələrin istehsalının xeyli ziyan gördüyünə dair nəşrləri təkzib edib.
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Kazanda baş tutan görüş bir neçə səbəbdən əlamətdar hadisədir.
Bu barədə sosial media hesabında rusiyalı politoloq Sergey Markedonov yazıb.
“Bir neçə amili nəzərə alsaq, hadisə əhəmiyyətlidir.
Birincisi, son bir il ərzində rəsmi İrəvanın nümayəndələri Rusiyanın sülh yolu ilə nizamlanması platformasından səylə yayınaraq, ABŞ, Fransa və bütövlükdə Avropa İttifaqının “zəmanətlərinə” diqqət yetirirlər. Belə ki, oktyabrın 22-də Paşinyan ABŞ prezidentinin xüsusi köməkçisi, Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə direktoru Maykl Karpenter və Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bono ilə danışıqlar aparıb. Karpenter Ermənistan Nazirlər Kabinetinin rəhbərinə öz rəhbəri Co Baydenin mesajını çatdırıb. Onların söhbətinin əsas mövzusu sülh sazişinin hazırlanması perspektivləri olub. Qeyd edək ki, Əliyevlə Paşinyanın yolları bu yaxınlarda MDB sammitində kəsişsə də, orada heç bir mənalı danışıqlar aparılmayıb.
İkincisi, ilin əvvəlində tezliklə sülh müqaviləsinin imzalanması ilə bağlı çoxlu proqnozlar verilirdi. Bu arada tərəflər artıq on raund razılaşma və düzəlişlərdən keçiblər. Və bir klassikin dediyi kimi, "hələ də var", - politoloq qeyd edib.
ABŞ administrasiyası İsrailin raket hücumundan sonra müharibənin çiddətlənib daha da genişlənməməsi üçün İranı İsrailə hücumu dayandırmağa çağırıb.
Bununl bağlı ABŞ Milli Təhlükəsizlik Şurası tərəfindən edilən açıqlamada deyilir: "İranın İsrailin ən sıx məskunlaşdığı şəhəri hədəf alan hücumundan fərqli olaraq, İsrailin cavabı özünümüdafiə olub və xüsusilə məskunlaşan bölgələrdən qaçaraq yalnız hərbi hədəflərə yönəlib. İranı İsrailə qarşı hücumları dayandırmağa çağırırıq. Bu müharibə daha da şiddətlənmə mərhələsinə keçmədən sona çatsın”.
İsrailin İrana cavab hücumu rəsmi olaraq başlayıb.
Bu barədə İsrail ordusu açıqlama yayıb.
İsrail ordusunun verdiyi açıqlamaya görə, savaş təyyarələri İrandakı hərbi hədəflərə dəqiq zərbələr endirib. Hücumdan sonra Tehranda və İranın hərbi bölgələrində şiddətli partlayışlar baş verib.
İsrail ordusunun İrana əməliyyatı gecə saatlarında başlayıb və bir neçə saatda davam edən hücum əməliyyatı səhər saatlarında bitib.
İsrail ordusunun ictimaiyəyət verdiyi açıqlamada deyilir ki, üç hücum dalğasından sonra İrana qarşı əməliyyatın başa çatıb.
İsrail Baş Nazirinin dəftərxanasından verilən açıqlamaya görə, əməliyyatla bağlı Netanyahu Kiryadakı Hərbi Hava Qüvvələrinin əməliyyat mərkəzində müdafiə naziri, Baş Qərargah rəisi, İsrailin Xarici Kəşfiyyat Təşkilatının Mossad rəhbəri, İsrailin daxili kəşfiyyat agentliyinin rəhbəri Şin-Bet və Baş Qərargah rəisi ilə görüş keçirib.
Baş nazir Netanyahu və müdafiə naziri Gallant yeraltı qərargahdan hücumları izləyib.
Qeyd edək ki, İran tərəfi də hücum əməliyyatını təsdiqləyib. İranın "Fars" agentliyi İsrailin Tehranın qərb və cənub-qərbindəki bəzi hərbi bazaları hədəfə aldığını açıqlayıb.
İsrail rəsmisi NBC News-yə açıqlamasında bildirib ki, İsrail İranın nüvə obyektlərinə və ya neft yataqlarına zərbə endirməyib, ancaq diqqəti hərbi hədəflərə yönəldib.
İran Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın qərbində havaya qalxıb.
Rusiya Prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələri (USQ) komandirlərinin təslim olmağa çalışan öz əsgərlərini güllələdiyini bildirib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə o, jurnalist Pavel Zarubinə danışıb və görüntülər Rossiya 24 telekanalında yayımlanıb.
Putin, "Təslim olmağa cəhd edən əsgərləri dərhal güllələyən komandirlər USQ hərbçilərindən onların mühasirəyə düşdüklərini gizlətməyə çalışırlar"- deyə əlavə edib.
O həmçinin qeyd edib ki, bir çox Ukrayna hərbçisi əsir düşsə də, onlara yaxşı münasibət göstərilir.
Rusiya prezidenti sonda deyib ki, Ukrayna qüvvələri mühasirəni yarmağa cəhd etsə də, buna nail ola bilmir.