Türkiyə niyə Öcalanı azad etmək istəyir?

Abdullah Öcalanla bağlı bir çalışma var idi və demək olar ki, bu, Rəcəb Tayyib Ərdoğanın layihəsidir. Amma bunun qarşıdurmalarda şəhid olan insanların yaxınlarına necə izah olunacağı sual doğurur. Baxmayaraq ki, seçki kampaniyası zamanı Ərdoğan kürd hərəkatının nümayəndələri qarşısında çıxış edərkən müxalifəti separatçılıqda ittiham edib. İndi isə Abdullah Öcalanın parlamentdə çıxış etməsi planlaşdırılır.

Bu sözləri Axar.az-a türkiyəli siyasi analitik Engin Özər Abdullah Öcalanın PKK terror təşkilatını buraxacağı təqdirdə azad olunacağı ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Öcalanın azad olunması indiki məqamda mümkün görünsə də, uğurlu gediş sayılmaz:

"Bu, əslində çox yaxşı işləyəcək bir strategiya deyil. Öcalanın PKK üzərində o qədər də təsiri yoxdur. Türkiyədəki ekspertlər bunun uğurlu olacağını proqnozlaşdırmırlar, bu, uğurlu ola biləcək bir siyasət deyil. Türkiyə buna bənzər bir şey etmişdi və nəticədə daxildə qarşıdurma yaranmışdı. Buna baxmayaraq, Öcalan azad oluna bilər. Çox güman ki, o, əvvəlcə ev dustaqlığına buraxılacaq, sonra azad ediləcək" .

Özər qeyd edib ki, Öcalanın azadlığı kürd dövlətinin tanınması kimi yozula bilər:

"Onun azad edilməsi əslində Suriyanın şimalındakı kürd bölgəsinin tanınması deməkdir. Bu yolla Türkiyə həm İraqda, həm də Suriyada faktiki kürd dövlətini tanıyacaq. Bunun Fətullah Gülənin ölümü ilə heç bir əlaqəsi yoxdur. O, artıq siyasi cəhətdən ölü idi və hakimiyyətə heç bir təsiri yox idi. Hökumətin bu siyasəti İran-İsrail münaqişəsi ilə bağlı ola bilər. Bu, Yaxın Şərqdə münaqişələrin daha bir neçə il davam edəcəyi gözləntiləri ilə edilir".

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MHP lideri Dövlət Baxçalının PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalanın parlamentə gələrək PKK-nın buraxılmasını elan etməsinə dair təklifini dəstəkləmiş, bunu "tarixi fürsət" kimi dəyərləndirmişdi.

Bu ölkələr də Rusiyaya qoşun göndərməyə hazırdır - Qərbin qoruxusu

Şimali Koreyadan sonra daha üç ölkə Ukrayna ilə müharibədə Rusiyaya dəstək məqsədilə qoşun göndərə bilər və buna hazırdırlar.

Bunu "Kanal 24"ə açıqlamasında ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi David Tafuri deyib.

O bildirib ki, Şimali Koreyadan sonra Rusiya-Ukrayna müharibəsində daha üç ölkə Moskvaya təkcə silah-sursat, hərbi texnika ilə deyil, canlı qüvvə baxımdan da dəstək verə bilər:

“Biz narahat olmalıyıq ki, Rusiyanın tərəfində olan bir neçə başqa ölkə də var. Xüsusən də İran, Suriya, Çin Ukraynaya qarşı savaşda Rusiyaya dəstək vermək məqsədilə qoşun göndərə bilərlər”.

İspaniyada daşqınlarda ölənlərin sayı 95-ə çatdı

İspaniyada leysan yağışlar və daşqınlar nəticəsində ölənlərin sayı 95-ə çatıb.

Bu barədə regionun Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Qeyd olunur ki, Valensiyada 92, Kastilya-La-Mançada (Madridin cənubunda) 2, Malagada isə 1 nəfər ölüb.

Oktyabrın 29-da İspaniyanın cənubunda və şərqində soyuq cəbhənin yaratdığı leysan yağışları avtomobil, dəmir yolu və hava nəqliyyatını dayandırıb. Ən çox zərər çəkmiş bölgələrin səlahiyyətliləri sakinləri evlərini tərk etməməyə çağırıb. Meteoroloqların məlumatına görə, pis hava şəraiti oktyabrın 31-dək davam edəcək.

Ölkə matəm içindədir.

Temperaturu bir neçə dərəcə azaltmağın yolu TAPILDI

Yeni araşdırma şəhəri sərinlətməyin sadə bir yolunun olduğunu müəyyən edib.

Qlobal istiləşmənin təsiri altında şəhərdə temperaturun aşağı salınması üçün müxtəlif tədbirləri müqayisə edən alimlər bütün şəhərdə temperaturu azaltmağın yeni yolunu tapıblar.

Bu barədə London Universitet Kollecindən bildirilib.

Tədqiqatın müəllifi, müəllim Oskar Brus bildirib ki, o, öz işində Böyük Britaniyanın paytaxtını sərinlətməyin ən təsirli yollarını araşdırıb, lakin gözlənilmədən belə nəticəyə gəlib ki, şəhərin binalarının damlarının ağ rəngə boyanması havanın temperaturunu 2 dərəcə Selsi azaltmağa kömək edə bilər.

O, qlobal istiləşmə qaçılmaz olduğu üçün damların ağ rəngə boyanmasının iqlim dəyişikliyinə cavab vermənin bir yolu ola biləcəyini təklif edib.
Damların ağ rəngə boyanmasından əlavə, onların əks etdirici material və ya bitki örtüyü ilə örtülməsi, küçələrdə əhəmiyyətli miqdarda bitkilərin əkilməsi və genişmiqyaslı kondisionerin tətbiqi də araşdırılıb.

Bu araşdırmaları aparmaq üçün onlar Londonun 3D modelini yaradıblar və temperaturun 35 dərəcəyə çatdığı 2018-ci ilin yayının ən isti iki günündə şəhəri sərinləmək üçün müxtəlif üsullardan istifadə edərək 11 fərqli iqlim simulyasiyası həyata keçiriblər. Bütün simulyasiyalar tək deyil, hər bir texnikanın geniş tətbiqini nəzərdə tutub.

Nəticədə ağ rəngə boyanmış və ya əks etdirən materialla örtülmüş damların temperaturu orta hesabla 1,2 dərəcə, bəzi məhəllələrdə isə 2 dərəcə aşağı saldığı məlum olub. Böyümüş bitki örtüyü və günəş panelləri temperaturu təxminən 0,3 dərəcə azaldıb, yaşıl damlar isə ciddi təsir göstərməyib. Ancaq ümumi kondisioner sistemi yaşayış binalarında temperaturu azalda bilər, eyni zamanda Londonun mərkəzində onu 1 C artıra bilər.(lent.az)

Krım körpüsündə nəqliyyatın hərəkəti yenə dayandırıldı

Krım körpüsündə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Bu barədə məlumat mərkəzi "Telegram" kanalında məlumat yayıb.

Körpüdə, eləcə də yoxlama zonasında olan sürücü və sərnişinlər sakit olmağa, nəqliyyat təhlükəsizliyi əməkdaşlarının göstərişlərinə əməl etməyə çağırılıb.

Qeyd edək ki, bundan əvvəl oktyabrın 22-də Krım körpüsündə avtomobillərin hərəkəti dayandırılıb. Nəqliyyatın dayandırılmasının səbəbi açıqlanmayıb.

Böyük Britaniyada meymunçiçəyinin yeni ştamı aşkarlandı

Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) Londonda meymunçiçəyinin “Clade 1b” adlı ştamının aşkarlandığını bildirib.

Xəstə “Royal Free Hospital”ın yüksək riskli infeksion xəstəliklər bölməsinə köçürülüb. Xəstə son zamanlar bu ştamın yayıldığı Afrika ölkələrinə səyahət edibmiş.

Meymunçiçəyinin “Clade 1b” ştamı Böyük Britaniyada ilk dəfə aşkarlanıb. “Clade 1b” ştamı meymunçiçəyinin 2022-ci ildən Böyük Britaniyada yayılan ştamlarından fərqli variantdır və onun daha ağır xəstəliyə səbəb olduğu düşünülür.

Qeyd edək ki, bu vaxtadək Afrikada “Clade 1b” ştamından azı min nəfər ölüb.(publika.az)

Ukrayna və Rusiya danışıqlara başladı: vasitəçi bu ərəb ölkəsidir - ŞOK GƏLİŞMƏ

Xarici mediaya xəbər verir ki, Ukrayna və Rusiya, Qətərin vasitəçiliyi ilə enerji obyektlərinə zərbələrin dayandırılması ilə bağlı danışıqlara yenidən başlayıb.

Bu danışıqlar, avqust ayında Ukraynanın Kursk vilayətinə hücumu nəticəsində kəsilmişdi. Lakin son həftələrdə, hər iki ölkənin razılaşmaları çərçivəsində qarşılıqlı enerji infrastrukturlarına hücumların sayı əhəmiyyətli dərəcədə azalıb.

Razılaşmaların əldə olunmasında əsas rol oynayan tərəf hər iki ölkənin kəşfiyyat orqanları olub. Bu addımların davamı olaraq, Rusiya və Ukraynanın enerji obyektlərinə hücumların tamamilə dayandırılması üçün müzakirələr aparılır.

Danışıqların nə ilə nəticələnəcəyi və tərəflərin tam razılığa gəlib-gəlməyəcəyi hələlik məlum deyil. Lakin bu cəhdlər regionda gərginliyi azaltmaq və enerji infrastrukturlarının qorunması üçün mühüm bir addım olaraq dəyərləndirilir.

Türkiyə havadan müdafiəni GÜCLƏNDİRİR: Yeni sistem YARADILDI - VİDEO

Uzunmənzilli hava hücumundan müdafiə sistemi olan "Siper Blok-1" Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil edilib.

 "Siper Blok-1" ölkənin “Polad Günbəz” (“Çelik Kubbe”) sisteminin yeni elementinə çevrilib.

Qeyd olunub ki, sözügedən sistem Amerika istehsalı olan "Patriot" və Rusiya istehsalı olan "S-400"ə bənzərdir.

"Siper"in batareyasına 4 ədəd raket buraxıcı sistemi, 2 ədəd raket yükləmə sistemi, 1 ədəd “Teirs” radarı, 1 ədəd atəşi idarəetmə mərkəzi, 1 ədəd atəşə nəzarət radarı və 3 ədəd rabitə stansiyası daxildir.

 

 
 
 
 
 
 

 

Marsel zibillik içindədir: işçilər tətil edir

Marseldə məişət tullantılarını toplayan özəl "Veolia" şirkətinin əməkdaşları rəhbərliklə yaranmış fikir ayrılığı səbəbindən bir neçə gündür tətil keçirirlər.

Bu barədə teleqram kanallarında məlumat yayılıb.

Bildirilir ki, işçilər ağır iş şəraitindən, xüsusilə də işçi və avadanlıqların çatışmazlığından narazıdırlar. Nəticədə, şəhərin bəzi ərazilərində böyük miqdarda tullantı yığılıb və zibillik yığınları əmələ gəlib.

ABŞ İsraildən bu hücuma görə izahat tələb edib

Qəzza zolağında Beyt-Lahiya yaşayış məntəqəsinə endirilən zərbəyə görə, ABŞ İsraildən izahat tələb edib.

Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller deyib.

“Nələrin baş verdiyini aydınlaşdırmaq üçün İsrail hakimiyyəti ilə əlaqə yaratdıq. Biz hələ ki, şəraiti bilmirik. Bu, faciəvi nəticələri olan hadisədir. Ölənlərin sayını dəqiq deyə bilməsəm də, hücumda ən azı 20-dən çox insanın həlak olması barədə məlumatlar var”, - deyə o bildirib.

Xəbər lenti