![]() |
|
Hollandiyada bir məktəb şagird stresini azaltmaq üçün valideynlərə bir semestr ərzində uşaqlarının qiymətlərinə proqramda baxmağı qadağan edib.
Bu barədə "The Guardian" məlumat yayıb.
Onlar hər bir nəticənin paylaşılmasının şagirdlərə əlavə təzyiq göstərdiyini üzə çıxaran araşdırmadan sonra belə bir təcrübə keçirməyə qərar veriblər.
Məktəbin iqtisadiyyat müəllimi Stein Eittenboqaard 500 şagird arasında sorğu keçirib və müəyyən edib ki, valideynlər qiymətləri mütəmadi olaraq yoxlayanda uşaqlar streslərini 5 ballıq sistemdə 2,7 olaraq qiymətləndirilir. Qiymətləri daim yoxlamayanların stress səviyyəsi isə 2 bal olaraq dəyərləndirilib.
Valideynlərin 95%-i eksperiment keçirməyə razılıq verib.(Axşam.az)
Bu gün dünya sanki bir tikan üstündədir. Əgər dünyanın diqqəti noyabrın 6-dək ABŞ-də kimin prezident seçilməsinə yönəlmişdisə, bu gün Donald Trampın ABŞ-nin 47-ci prezident seçilməsini elan etməsindən sonra yürüdəcəyi siyasətə yönəlib.
ABŞ-nin bundan sonra xarici siyasəti necə olacaq? Hansı prioritetlər üstünlük təşkil edəcək?
Ümumiyyətlə, Respublikaçılar mühafizəkar siaysətin tərəfdarı olduğu qədər dünyada sərt və müharibə partiyası kimi də qəbul olunur. Tramp isə tamamilə fərqli siyasət yürüdən bir liderdir. Bunu onun ötən dövrdə prezidentliyi müddətində yürütdüyü siyasət sübut edir. Onun siyasəti heç də Respublikaçıların mövqeyi ilə tam üst-üstə düşməyib. Qarşıdakı prezidentliyi dövründə dünya Trampın sürpriz addımları və ya qərarları ilə üzləşəcəyi istisna deyil.
Seçkinin nəticəsindən ən çox əndişələnən və bundan narahatlıq keçirən ölkələr Çinlə İrandır.
Tramp hələ seçkiöncəsi vədlərində Çinlə iqtisadiyyatının çökdürülməsi istiqamətində sərt siyasət yürüdəcəyini və Çindən idxal olunan məhsullara rüsumlara 60 faiz əlavə rüsum tətbiq edəcəyini bəyan edib.
İrana gəldikdə isə Tramp seçkiöncəsi təbliğat kampaniyalarında bu ölkəni hədəf seçib. O, hətta seçkiöncəsi təbliğat kampaniyasında İranın onu fiziki cəhətdən yox etmək üçün sui-qəsdlər təşkil etməkdə ittiham edib. Artıq bu bəyanatlar Trampın İrana qarşı hansı mövqe sərgiləcəyinin aydın sübutudur. Tramp hələ ötən prezidentlik dövründə də İrana qarşı sərt mövqe sərgiləyib. Bunun nəticəsi olaraq ABŞ İranla nüvə sazişindən imtina edərək bu ölkəyə qarşı sərt sanksiyalar tətəbiq etməyə başladı.
Digər məqam isə ondan ibarətdir ki, Demokratlardan fərqli olaraq Respublikaçılar İrana qarşı sərt siyasət tərəfdarıdır.
Trampın İsrailə və ərəb ölkələrinə olan isti münasibəti də onu deməyə əsas verir ki, ABŞ-İran münasibətləri heç də yaxşı olmayacaq.
Trampın prezidentliyi dövründə Yaxın Şərqdə proseslərin yeni bir mərəhləyə qədəm qoyması, bölgənin dizaynı baxımdan və proksi qüvvələrə qarşı daha sərt münasibət bəsləyəcəyindən vəziyyətin gərginləşməsi proqnozlaşdırılır.
Avropa İttifaqına üzv ölkələri, xüsusən də aparıcı ölkələri Trampın prezident seçilməsindən heç də məmnun deyildirlər. Çünki Trampın ötən dövr prezidentliyi dövründə tarixdə ilk dəfə olaraq ABŞ ilə Avropa ölkələri arasındakı gərginlik ən yüksək həddə çatıb. Bu həm özünü NATO çərçivəsində, həm geosiyasi proseslər, həm də iqtisadi əlaqələr məsələsində də özünü açıq şəkildə büruzə verib.
Trampın prezident seçilməsindən ciddi təşviş keçirən ölkələrdən biri də Ukraynadır. Lakin Rusiya-Ukrayna müharibəsində yeni Ağ Ev administrasiyasının Baydendən fərqli siyasət yürüdəcəyi o qədər də inandırıcı deyil. Tramp dövründə hətta Rusiyaya qarşı daha sərt addımlar atıla bilər. Çünki ötən prezidentliyi dövründə Rusiya-Ukrayna münaqişəsi zamanı Moskvaya qarşı sərt sanksiyalar tətbiq edən elə Tramp özü olub.
Trampın yeni hakimiyyəti dövründə miqrantlara qarşı sərt siyasət yürüdəcəyi pronozlaşdırılır. Hansı ki, Tramp bunu seçkiöncəsi vədində də bəyan edib.
Ümumiyyətlə, Trampın prezidentliyi dövründə dünya düzənindəki geosiyasi proseslər yeni bir mərhələyə qədəm qoyur. Bu da özü ilə bir çox gözlənilən və gözlənilməyən sürprizlər vəd edir.
Donald Tramp prezidentlik dövrünün ABŞ tarixində "həqiqətən qızıl dövr" olacağını vəd edib.
O, həmçinin seçkilərdəki nəticəsini "ABŞ tarixində misli görünməmiş siyasi qələbə" adlandırıb.
“İndi biz yeni səviyyəyə çatacağıq, çünki ölkəmizin sağalmasına kömək edəcəyik. Ölkəmizin bu köməyə ehtiyacı var. Sərhəd məsələlərini yoluna qoyacağıq, mövcud iqtisadi vəziyyəti düzəldəcəyik. Biz yenidən tarix yazacağıq!", - Tramp deyib.
İsraildə minlərlə insan baş nazir Benyamin Netanyahunun müdafiə naziri Yoav Gallantı işdən çıxarmasına etiraz etmək üçün küçələrə axışıb.
Netanyahunun qərarına etiraz etmək üçün paytaxt Təl-Əvivin Ayalon küçəsində çoxlu insan toplaşmağa başlayıb.
Nümayişçilər Netanyahu hökuməti əleyhinə şüarlar səsləndirərək küçəni nəqliyyatın hərəkətinə bağlayıb və tonqal yandırıblar. Tel-Əvivdən başqa Qüds və bəzi digər şəhərlərdə insanlar etiraz əlaməti olaraq küçələrə çıxıb.
İsrail müxalifəti Netanyahunun Gallantı istefaya göndərməsinə etiraz edib.
Batmanda qəyyum təyin edilməsini bəhanə edərək küçələrdə xaos yaratmaq istəyənlər polis qruplarına hücum edib.
PKK tərəfdarı olan təxribatçılar "molotov kokteyli" və atəşfəşanlıq fişənglərindən istifadə etməklə küçələrə çıxaraq polis maşınlarına hücum ediblər.
Küçələrdə xaos yaratmaq istəyən PKK terror tərəfdarlarının törətdikləri təxribat nəticəsində 6 polis yaralanıb. Polis 67 təxribatçı şübhəlini saxlayıb.
ABŞ-də seçkilərin qeyri-rəsmi nəticələri Kamala Harrisin tərəfdarlarını göz yaşlarına boğub. ABŞ mediası artıq Donald Trampın qalib gəlmə şansının 95 faiz olduğunu açıqlayıb. Bu arada, Harrisin kampaniya komandasına nəticələrlə elektron məktub göndərilib.
Səsvermənin nəticələri açıqlanamağa davam etdiyi bir zamanda ABŞ-nin ən nüfuzlu media orqanlarından olan "New York Times" Respublikaçı namizəd Donald Trampın 95 faiz qalib gəlmə şansının olduğunu açıqlayıb.
Trampın qatı tərəfdarlarından biri olan İlon Mask sosial media hesabında “Game, set, and match” paylaşımı edərək erkən qələbəsini elan edib.
Hazırda Tramp 246, Harris isə 210 nümayəndə qazanıb. 270-ə çatan seçkidə qalib elan olunacaq.
"New York Times"in yazdığına görə, bütün seçki qutularında səslər hesablandıqdan sonra Trampın 300-dən çox nümayəndəsinin qalib gələcəyi iddia edilib.
Tramp Pensilvaniya və Miçiqan kimi yüksək nümayəndə sayına malik ştatların hər ikisində qalib gəlsə, seçkini qazanmış olacaq.
Hovard Universitetinin qarşısında Kamala Harrisin seçki prosesini həvəslə izləyən izdihamda artıq pərişanlıq hökm sürməkdədir. ABŞ-də “ilk qadın prezidentini” görmək istəyənlər məğlubiyyətə uğradıqlarından göz yaşlarına hakim ola bilmirlər.
Kamala Harrisin təşviqat qrupu tərəfdarlarına müraciət edərək evlərinə getməyi tövsiyə edib. Müraciətdə "Evinizə gedin və yatın", "Mübarizəni davam etdirəcəyik" deyilib.
Digər tərəfdən, Harrisin bu gün çıxış etməyəcəyi və yekun nəticələri gözləyəcəyi bildirilib.
ABŞ-də prezident seçkiləri ilə eyni vaxtda Konqresə keçirilən seçkilərdə Respublikaçılar irəlidədir.
“Fox News” telekanalı xəbər verir ki, hələ səslərin hesablanması başa çatmasa da, Respublikaçılar Senatda (ABŞ Konqresinin yuxarı palatası ) 100 yerdən 51-ni qazanıblar.
Qeyd olunub ki, əvvəlki seçkilərdə Senatda üstünlüyə Demokratlar sahib idi.
Bununla yanaşı, Respublikaçıların Nümayəndələr Palatasına keçirilən seçkilərdə də öndə olduğu qeyd olunub.
Xatırladaq ki, hazırda ABŞ-də prezident seçkiləri davam edir. Prezident postu uğrunda Demokratların nümayəndəsi Kamala Harrislə Respublikaçılar Partiyasının namizədi Donald Tramp mübarizə aparır. İlkin qiymətləndirmələrə görə, Tramp hazırda Harrisi üstələyir.
“ABŞ prezident seçkilərinin nəticəsindən asılı olmayaraq, cəmiyyətdəki daxili parçalanmaları aradan qaldırmağa məcbur olacaq”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Russia Today”ə (RT) şərhində deyib.
“Düşünürəm ki, indi bir millət və xalq kimi Amerikanın əsas məsələsi ilk növbədə, keçmiş seçkilərin təcrübəsini nəzərə alaraq, bu nəticələrin Amerika cəmiyyətinin özü tərəfindən qəbul edilməsini təmin etməkdir. İkincisi, bu nəticə nə olursa olsun, onlar açıq şəkildə daxili emosional parçalanmanı aradan qaldırmalı olacaqlar”, - Zaxarova qeyd edib.
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın “Trump Media” şirkətinin səhmləri “Nasdaq” elektron birjasında 15% bahalaşıb.
“Truth Social” sosial şəbəkəsinin sahibi “Trump Media & Technology Group Corp”un səhmləri 14,44% artaraq hər səhm üçün 39,3 dollara çatıb.
Bakı vaxtı ilə saat 22:25-də artım sürətlənib və qiymət hər səhm üçün 39,57 dollara (+15,23%) çatıb.
Xatırladaq ki, noyabrın 5-də ABŞ-da növbəti ümumi seçkilər keçirilir. Əhali prezidenti, Senatın üçdə birini və ABŞ Konqresinin Nümayəndələr Palatasının bütün üzvlərini, həmçinin 11 ştatın və 2 ərazinin qubernatorlarını seçirlər.
Respublikaçı namizəd Donald Tramp və ABŞ-ın hazırkı hakim Demokrat Partiyasını təmsil edən Kamala Harris dövlət başçısı postuna iddialıdırlar.
ABŞ-da seçkilərin nəticələri dünyanın ümumi vəziyyətinə, o cümlədən ölkənin Rusiya ilə münasibətlərinə təsir edəcək. ABŞ-ın keçmiş prezidenti Tramp yenidən seçilərsə, onun iki illik sükutu pozaraq Moskva ilə kontakt quracağını gözləmək olar.
Bunu rusiyalı siyasi strateq və analitik Pavel Dubrovski deyib.
Onun fikrincə, Trampın Ukraynada xüsusi hərbi əməliyyatı dayandırmaq üçün səy göstərəcəyini gözləmək olar:
“O, həmçinin sanksiyaların təzyiqini azaltmağa çalışacağını vəd edib, lakin çox şey gözləməyə dəyməz, çünki belə məsələlər konqresmenlərin razılığı ilə həll olunur. İkinci mühüm məqam odur ki, Tramp Rusiya ilə öz maraqlarından çıxış edən digər regional güclər kimi davranacaq. “America First”, yəni adi izolyasiyaçılıq birinci yerdə qalacaq".
Ekspert xatırladıb ki, respublikaçı namizəd Rusiya ilə Ukrayna arasında danışıqları dəstəklədiyini dəfələrlə bəyan edib.
Politoloq hesab edir ki, Demokratlar Partiyasının nümayəndəsi Harris qalib gəlsə, Vaşinqton Ukrayna qüvvələrini maliyyələşdirməyə davam edəcək:
“Harris qalib gəlsə, Kiyevi dəstəkləməkdə indiki vəziyyətdən heç bir xüsusi dəyişiklik və ya fərq olmayacaq. Harrisin danışıqlar baxımından tərəflərə nə təklif edə biləcəyi bəlli deyil, ona görə də çox güman ki, o, hazırkı lider Baydenin siyasətini tam şəkildə davam etdirəcək”.(Axar.az)