ABŞ İrana görə onlara sanksiya tətbiq etdi

ABŞ İran neftini daşıyan beş şirkətə və onların tankerlərinə qarşı sanksiya tətbiq edib
ABŞ Maliyyə Nazirliyi İran nefti və neft məhsullarını daşıyan beş şirkət və onların tankerlərinə qarşı sanksiyalar tətbiq olunduğunu açıqlayıb.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin sanksiyalar sahəsində icraya cavabdeh bölməsi olan Xarici Aktivlərə Nəzarət Ofisinin (Office of Foreign Assets Control, OFAC) press-relizində bildirilib.

Qurumun məlumatına görə, bu neft məhsullarının satışından əldə edilən gəlirlər, digər şeylərlə yanaşı, husiləri və onların Yaxın Şərqdəki hücumlarını maliyyələşdirmək üçün xərclənilir. O cümlədən husilərin İsrail ərazisinə, eləcə də Qırmızı dənizdən keçən ticarət gəmilərinə raket və PUA-larla hücumları maliyyələşdirilir.

“Husilər zorakılıq kampaniyalarını davam etdirmək məqsədilə İran neftini nəql etmək və satmaq üçün Səid əl-Camal və onun vasitəçilərinin beynəlxalq şəbəkəsinə bel bağlamağa davam edirlər. ABŞ Maliyyə Nazirliyi husilərə vəziyyəti destabilləşdirməyə imkan verən bu əsas qeyri-qanuni gəlir mənbəyinin qarşısını almaq üçün bütün mövcud vasitələrdən istifadə etməyə qərarlıdır”, - ABŞ maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini vəzifələrini müvəqqəti icra edən Bredli T.Smit deyib.

Hakan Fidan: "Azərbaycanla bəzi məsələlərdə bir dövlət kimi çıxış edirik"

"Sabah İstanbulda Azərbaycan, Rusiya, İran və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək".

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Haber Global"a müsahibəsində deyib.

O bildirib ki, toplantıda bir sıra regional məsələlər müzakirə olunacaq.

"Biz Azərbaycanla bir millət, iki dövlətik. Bir çox məsələdə isə bir dövlət kimi davranırıq. İqtisadiyyat və digər sahələrdə əməkdaşlığımız çox sıxdır", - deyə Fidan vurğulayıb.

Nazir əlavə edib ki, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması regiona böyük fayda gətirəcək. O, həmçinin qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələ ilə bağlı mövqeyi aydındır.

Rusiyalı ekspert: Moskva Cənubi Qafqazda hərbi mövcudluğunu məhdudlaşdıra bilər

Qərbin sanksiyaları altında Rusiyanın həm Ermənistanda, həm də Azərbaycanda mövcudluğu yenidən formalaşdırılır.

Bunu rusiyalı politoloq Andrey Areşev deyib.

Onun fikrincə, bu məsələdə qarşılıqlı faydalı əlaqələr olacaq və onlar təkcə dövlət qurumları deyil, ayrı-ayrı şirkətlər, korporasiyalar səviyyəsində də inkişaf edəcək.

Təhlükəsizlik məsələlərinə gəlincə, ekspert əlavə edib ki, bölgədə təhlükəsizlik sahəsində də vəziyyət dəyişir: "Türkiyə daha çox əhəmiyyət kəsb edir, çünki təkcə Bakı deyil, İrəvan da bununla razılaşır.

Eyni zamanda, Rusiya yeni yaranan şərtlər çərçivəsində hərəkət edəcək. Rusiyanın Cənubi Qafqazdakı hərbi mövcudluğunun daha da azaldılması ilə bağlı addımları istisna etmək olmaz. Əgər Ermənistan-Türkiyə münasibətləri normallaşarsa, Gümrüdə Rusiya bazasının olmasının mənası anlaşılmaz olacaq”, - ekspert qeyd edib.

Trampa sui-qəsd etmək istəyən şəxs erməni imiş - FOTO

Keçmiş prezident Donald Trampın həyatına üçüncü cəhddə ittiham olunan şəxs milliyətcə erməni olub.

Bu barədə Trampa sui-qəsd cəhd edən 49 yaşlı Vem Miller "Fox News Digital" telekanalına müsahibəsində deyib.

Miller 30 il mediada çalışdığını və orta məktəbi bitirdikdən sonra işə başladığını bildirib. 

Miller müsahibəsində onu da bildirib ki, o, ermənidir: "Onun tam erməni adını göstərən sənədləri var. Lakin o həmin sənədləri göstərmir".

Sənədlərini göstərməməsini səbəbini izah edən Miller deyib ki, guya dünyanın bəzi yerlərində istifadə edilməsi əsrlər boyu erməniləri məhv etmək kampaniyasına görə onun öldürülməsinə səbəb ola bilər. 

 

 

 

ABŞ Yəməndə husilərin 5 hərbi anbarını vurdu

ABŞ-nin "B-2 Spirit" bombardmançılarının Yəmən bölgəsində husilərə məxsus beş silah anbarına zərbələr endirib.

Amerikanın müdafiə naziri Lloyd Ostin anbarlarda husilərin bütün bölgədəki gəmiçiliyə hücum etmək üçün istifadə etdikləri bütün növ silah komponentləri olduğunu söyləyib.

“Bu, ABŞ-nin yerin nə qədər dərinliyində olmasından asılı olmayaraq, düşmənlərimizin əlçatmaz olmağa çalışdıqları hədəfləri vurmaq qabiliyyətinin unikal nümayişi idi”, - nazir Ostin qeyd edib.

Nazirin sözlərinə görə, zərbə üçün "B-2 Spirit" bombardmançılarından istifadə bir daha ABŞ-nin istənilən vaxt, istənilən yerdə qlobal zərbə imkanlarını nümayiş etdirir.

Yəmənin "Almasirah" telekanalının məlumatına görə, ABŞ Səadanın şərq ətraflarında Kəhlan və Əl-Əbla bölgələrinə zərbələr endirib.

Zelenski: Qələbə planı beş bənd və üç gizli əlavədən ibarətdir

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya üzərində beş bəndlik “qələbə planını” təqdim edib.

Zelenski bu planı Ali Radada çıxşı zamanı təqdim edib.

“Qələbə planı” beş bənd və üç gizli tətbiqdən ibarətdir.

Birinci məqam geosiyasi vəziyyət: Ukraynanı indi NATO-ya dəvət etmək.

İkinci məqam müdafiədir: Rusiya ərazisində əməliyyatların davam etdirilməsi və onun ərazisində zərbələrə qoyulan məhdudiyyətlərin aradan qaldırılması, Rusiya aviasiyasının tərəfdaşlarla birgə məhv edilməsi, pilotsuz təyyarələrin və raketlərin istifadəsinin genişləndirilməsi, müttəfiqlərin kəşfiyyat məlumatlarına çıxış. Bu elementin gizli tətbiqi var.

Üçüncü məqam çəkindirmədir: Ukrayna öz ərazisində Rusiyadan gələn hər hansı hərbi təhlükədən qorunmaq üçün kifayət edəcək hərtərəfli qeyri-nüvə strateji çəkindirmə paketini yerləşdirməyi təklif edir (gizli əlavə də var. ABŞ liderləri, İngiltərə, Fransa, İtaliya və Almaniya bu gizli əlavəni artıq alıblar).

Dördüncü məqam: Ukraynanın iqtisadi potensialının inkişafı və sanksiyaların gücləndirilməsi (ABŞ və Aİ-yə ötürülən gizli əlavə var).

Müharibədən sonrakı dövr üçün nəzərdə tutulan beşinci məqam: müharibə başa çatdıqdan sonra Ukrayna hərbçiləri öz təcrübəsindən NATO və Avropanın müdafiəsini gücləndirmək üçün istifadə edə bilərlər.

Putin qripə qarşı bu dərmanlardan istifadə edir

Rusiya Prezidenti Vladimir Putin mütəmadi olaraq Mərkəzi Klinik Xəstəxanada tibbi müayinədən keçir.

Axar.az xəbər verir ki, bu barədə Putin özü hökumət üzvləri ilə görüşündə deyib.

“Mənim müntəzəm olaraq bütün növ müayinələrdən keçdiyim Mərkəzi Klinik Xəstəxananın həkimləri yerli dərmanla qripə qarşı peyvənd olunmağı tövsiyə edirlər”, - Putin bildirib.

“Bizim nüvədən də qat-qat üstün silahlarımız var”

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İnkişaf və Silahlanma Komissiyasının keçmiş katibi, briqada generalı İbrahim Rostami İranın nüvə silahından daha güclü gizli silahlara malik olduğunu açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə IFP məlumat yayıb.

“Bizim nüvədən də qat-qat üstün silahlarımız var”, - o qeyd edib.

Rostami bu bəyanatı oktyabrın 16-da İsrailin İrana mümkün zərbə endirməsi ilə bağlı xəbərlər fonunda verib.

Türkiyədə güclü zəlzələ: Binalar çökdü, yaralananlar var - ANBAAN VİDEO

Türkiyənin Malatya vilayətində 5.9 bal gücündə zəlzələ baş verib.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 4 nəfər yaralanıb.

Məlumata görə, baş verən güclü zəlzələ nəticəsində Malatya, Elazığ və Şanlıufa vilayətlərində üç bina qismən çöküb.

Malatya və Elazığda vilayətlərində təhsil müəssisələrində tədris birgünlük dayandırılıb.

felestine-azadliq-deyib-zali-terk-etdiler

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 149-cu Assambleyası zamanı israilli nümayəndələrə qarşı etiraz aksiyası təşkil edilib.

 “Anadolu” agentliyi xəbər verir ki, hadisə İsrail nümayəndəsinə çıxış üçün söz verilərkən baş verib.

Bu zaman Türkiyə də daxil olmaqla bir neçə ölkənin parlament üzvü zalı tərk edib. Bəziləri zalı tərk edərkən “Fələstinə azadlıq” şüarları səsləndirib.

İclası tərk edənlər İsrail rəsmisinin çıxışı başa çatdıqdan sonra geri qayıdıblar.

Xəbər lenti