Rusiya bu tarixdə NATO-ya hücum edəcək - Kal

Rusiya yaxın 6 il ərzində NATO ərazisinə hücum edə biləcək.

Axar.az bildirir ki, bunu Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kal deyib.

"Ən geci bu onilliyin sonuna qədər rus qoşunları NATO-ya hücum edə biləcək. Kreml Almaniyaya düşmən kimi baxır. Almaniya Rusiya tərəfindən işğal edilmiş Ukraynaya dəstək verən ikinci böyük ölkədir. Biz Rusiya ilə birbaşa münaqişədəyik", - Kal bildirib.

Çin Tayvan ətrafında hərbi təlimlərə başladı

Çin Tayvan ətrafında genişmiqyaslı hərbi təlimlərə start verib.

Xarici KİV bildirir ki, təlimlərin məqsədi adanın əsas limanlarının və strateji bölgələrinin birgə hücum, bloklama və nəzarətə götürülməsi üzrə taktiki manevrləri məşq etməkdir.

Bu təlimlərə cavab olaraq Tayvan rəhbərliyi milli təhlükəsizlik məsələləri ilə bağlı yüksək səviyyəli iclas keçirib. İclasın əsas mövzusu Çin tərəfindən aparılan hərbi təlimlər fonunda təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi olub.

İsrail Qəzzada xəstəxananı VURDU - GÖRÜNTÜLƏR (18+)

Ərəb mediası İsrailin Qəzza zolağının Deyr əl-Bəlah şəhərindəki xəstəxanaya endirdiyi zərbə nəticəsində 4 nəfərin öldüyünü və 70 nəfərin yaralandığını bildirib.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, xəstəxanada HƏMAS-ın komanda mərkəzi yerləşirdi.

İsrail mülki əhaliyə dəyən ziyanı minimuma endirmək üçün tədbirlər gördüyünü bildirib.

Al Mayadeen TV-nin məlumatına görə, İsrailin endirdiyi zərbələr yanğına səbəb olub. Nəticədə 30-dan çox fələstinlinin qaldığı çadır məhv olub.

Qeyd edilib ki, çoxlu sayda yaralı var və onların vəziyyəti olduqca ağırdır.

İsrail ordusu: “Hizbullah”ın dron hücumu nəticəsində 4 əsgər ölüb

Oktyabrın 13-də “Hizbullah”ın pilotsuz uçuş aparatının (PUA) İsrailin şimalındakı Binyamina yaşayış məntəqəsi yaxınlığındakı hərbi bazaya zərbəsi nəticəsində dörd İsrail hərbçisi öldürülüb.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Bazar günü (13 oktyabr – red.) “Hizbullah” terror təşkilatı tərəfindən buraxılmış pilotsuz uçuş aparatı Binyaminaya bitişik hərbi bazaya zərbə endirib. Hadisə nəticəsində dörd əsgər həlak olub, daha yeddi nəfər ciddi yaralanıb”, – bəyanatda deyilir.

“Hadisə araşdırılır”, – hərbçilər əlavə ediblər.

Dünya xəritəsi dəyişəcək: Britaniya Hind okeanındakı keçmiş müstəmləkəsini itirib

Britaniya Çaqos adalarını Mavrikiyaya təhvil verməyə razılaşıb. Bununla, Britaniya Afrikadakı son müstəmləkəsi ilə bağlı uzun illər davam edən gərgin mübahisəyə son qoyub.

Sfera.az xəbər verir ki, 19-cu əsrin əvvəllərindən Böyük Britaniyanın nəzarətində olan Çaqos arxipelaqı bundan sonra Mavriki tərəfindən işğal ediləcək. Amma dövlət hərbi baza ilə adaya nəzarəti saxlayacaq.

Qeyd edək ki, Britaniya 1960-cı illərdə insanlığa qarşı cinayət adlandırılan hadisələr fonunda yerli əhalini buradan qovub. Hətta 1968-ci ildə Mavrikiy müstəqillik qazandıqdan sonra da Britaniya Hind Okeanı Ərazisi (BIOT) adlandırdığı ərazini saxlayıb. Razılaşma Mavrikinin suverenlik iddialarının Beynəlxalq Ədalət Məhkəməsi, BMT Baş Assambleyası və Dəniz Hüququ üzrə Beynəlxalq Tribunal tərəfindən tanınmasından sonra 2022-ci ildə başlayan 13 raund danışıqların nəticəsidir.

Məlum olub ki, Britaniya Çaqos adalarını Mavrikiydən qanunsuz olaraq ayırıb. Arxipelaq bütövlükdə əvvəllər Fransaya məxsus olmaqla 1814-cü ildə Britaniyanın nəzarətinə keçib.

İngiltərə əvvəlcə BMT-nin adaların geri qaytarılmasını tələb edən səslərinə və məhkəmə qərarlarına məhəl qoymayıb, Beynəlxalq Ədalət Məhkəməsinin qərarının yalnız “məsləhət xarakterli rəy” olduğunu vurğulayıb.
 

Elan edilən razılaşmaya əsasən isə, Britaniya adalardan biri olan Dieqo Qarsiyadakı Britaniya-Amerika hərbi bazasına nəzarəti özündə saxlayacaq. İngiltərə Çaqos adalarını Mavrikinin qalan hissəsindən ayıraraq, Dieqo Qarsiyanı hərbi məqsədlər üçün ABŞ-a icarəyə verib. Bunun üçün 1500-2000 arasında ada sakini qovulub. O vaxtdan bəri iki müttəfiq bazanı birgə idarə edir.

Böyük Britaniyanın Xarici İşlər Naziri David Lemmi bildirib ki, Böyük Britaniya hökuməti hərbi bazanın gələcəyini təmin edib, həmçinin yaxın tərəfdaş olan Mavrikiy ilə uzunmüddətli əlaqələrə zəmanət verib.

ABŞ prezidenti Co Bayden razılaşmanı ölkələrin uzun müddətdir davam edən tarixi çağırışların öhdəsindən gələ biləcəyini, dinc və qarşılıqlı faydalı nəticələr əldə edə biləcəyinin əyani sübutu kimi qiymətləndirib.

Bir çox çeqosiyalılar, adanı müstəqil ərazi kimi tanımayan Mavrikiyaya mülkiyyət hüququ verildikdə şəxsiyyətlərinin itiriləcəyindən qorxaraq öz müqəddəratını təyin etmək istəyirlər.

Digər çeqosiyalılar isə İngiltərədəki hüquq və statuslarını saxlamaq istəyirlər. 2022-ci ildə Daxili İşlər Nazirliyi zorla qovulmuş ada sakinlərinin övladlarının tezliklə Britaniya vətəndaşlığı üçün müraciət edə biləcəklərini bildirib.

“Human Rights Watch”un keçən ilki hesabatında deyilir ki, Britaniya 1960-1970-ci illərdə Çaqos adalarının məcburi köçkünlüyünün qurbanlarının nəsillərinə tam təzminat ödəməlidir. Təşkilat bunu dəhşətli müstəmləkə cinayəti və ya ABŞ cinayəti adlandırır.

Xatırladaq ki, 2021-ci ildə Karib dənizinin şərqində yerləşən Barbados ada dövləti Böyük Britaniyadan son müstəqilliyini elan edib.

 

Avropa İttifaqı ölkələri Livanı dəstəklədi

Avropa İttifaqının doqquz cənub ölkəsinin liderləri İsrail və Hizbullah arasında şiddətli döyüşlərin getdiyi bölgəyə sülh gətirmək ümidi ilə ölkənin cənubuna nəzarəti bərpa etmək üçün Livan silahlı qüvvələrinə dəstək verəcəklərini vəd ediblər.

"Euronews" xəbər verir ki, bu barədə Aİ-nin doqquz cənub ölkəsinin imzaladığı birgə bəyanatda deyilir.

Bəyanatı İtaliya, İspaniya, Fransa, Yunanıstan, Malta, Kipr, Sloveniya, Portuqaliya və Xorvatiya imzalayıb.

Bəyanatda qeyd olunub ki, Silahlı Qüvvələr də daxil olmaqla Livana və xalqına davamlı dəstəyin müdafiəsini davam etdiriləcək.

Fransa prezidenti Makron mətbuat konfransında deyib ki, Livan Silahlı Qüvvələrinin ölkənin cənubuna qaytarılması və suverenliyin bərpası ölkədə sülh və sabitlik üçün zəruridir. Lakin Fransa prezidenti bu dəstəyin hansı formada olacağını dəqiqləşdirməyib.

Konfransdan əvvəl Makron və İtaliyanın baş naziri Giorgia Meloni bildiriblər ki, G7 müdafiə nazirlərinin görüşündə Livan ordusunun cənuba doğru irəliləməsinə kömək etmək yollarına da baxılacaq.

Trampın İran qorxusu: Ağ Evdən hərbi təyyarə və maşın tələb etdi

Donald Trampın komandası İranın hələ də ona qarşı sui-qəsd cəhdi edə biləcəyindən ehtiyat edərək ABŞ hakimiyyətindən təhlükəsizliyinin təmin edilməsi məqsədilə hərbi təyyarı və maşın tələb edib.

"Washington Post" (WP) nəşri yazıb.

WP belə bir iddianı ABŞ-da prezident seçkiləri kampaniyası zamanı sui-qəsd cəhdinə məruz qalan Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçki komandası ilə ABŞ Məxfi Xidməti arasındakı yazışmalara əsaslanaraq irəli sürüb.

Trampın seçki kampaniyası komandasının meneceri Susie Vilesin Gizli Xidmət direktoru Ronald Rouya göndərdiyi elektron məktublarda Trampın seçki səfərlərində təhlükəsizliiy təmin etmək üçün hərbi təyyarələr və nəqliyyat vasitələri tələb etdiyi bildirilir.

Nəşr eyni zamanda yazıb ki, Respublikaçı namizədin təşviqat qrupu Trampın mitinqlərinin keçirildiyi yerlərdə əlavə uçuş qadağası və Tramp və komandası üçün xüsusi ballistik şüşə qoruyucuları da istəyib.

Xəbərdə yer alan məlumata görə, ABŞ tarixində seçki kampaniyası zamanı hərbi təyyarədən istifadə edən namizədin olmadığı bildirilib.

Ağ Evdən Tehrana xəbərdarlıq: Vurarıq!

ABŞ-nin vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris İranı hədəf alan sərt açıqlamalar verib.

"CNN Türk" xəbər verir ki, İran hakimiyyətini sabitliyi pozan və təhlükəli bir qüvvə kimi xarakterizə edən Harris təhdid edib: "Diplomatiya mənim üstünlük verdiyim yoldur, lakin bütün variantlar masadadır. Nüvə silahlarınıza heç vaxt icazə verməyəcəyəm. İranı vuracağıq".

Harris daha sonra buları qeyd edib: "Prezident olaraq ABŞ qüvvələrini İrandan müdafiə etmək üçün lazımi addımları atmaqdan çəkinməyəcəyəm".

Baydendən Tehrana mesaj: Biz bunu müharibə aktı hesab edəcəyik

ABŞ prezidenti Co Bayden Milli Təhlükəsizlik Şurasına İran hakimiyyətini keçmiş prezident Donald Trampa və keçmiş Amerika rəsmilərinə qarşı sui-qəsdləri ilə bağlı xəbərdar etməyi tapşırıb .

Bu barədə "Politico" yazır.

"Vaşinqton istənilən sui-qəsdi müharibə aktı hesab edəcək", - Bayden bəyan edib.
Politico yazır ki, Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savettin bununla bağlı açıqlamasında da bu məsələyə toxunaraq deyib: “Əgər İran vətəndaşlarımızdan hər hansı birinə, o cümlədən ABŞ-a xidmət etməyə davam edən və ya əvvəllər xidmət etmiş şəxslərə hücum edərsə, İran ciddi nəticələrlə üzləşəcək”.

"Politico"nun yazdığına görə, təhdidlər ABŞ-ın 2020-ci ilin əvvəlində iranlı general Qasım Süleymaninin öldürülməsi ilə bağlıdır.

İlon Mask: "50 ildən sonra nəqliyyat tamamilə avtonom olacaq"

Amerikalı sahibkar və milyarder İlon Mask bütün nəqliyyat sistemini yaxın 50 il ərzində gözlədiyini bildirib.

Qaynarinfo xəbər verir ki, o, X sosial şəbəkəsində bununla bağlı fikirlərini bölüşüb.

İlon Mask nəqliyyatın inkişaf tempinin ötən əsrlər ərzində nəzərəçarpacaq dərəcədə sürətləndiyi barədə məlumatlara diqqət çəkib. Onun fikrincə, uzun müddət bəşəriyyət üçün yalnız at üzərində hərəkət mövcud idi, lakin 1970-ci ilə qədər daha çox nəqliyyat növləri yarandı.

"Və bütün nəqliyyatlar 50 il ərzində tam avtonom olacaq", deyə İlon Mask bildirib.

Bundan əvvəl amerikalı iş adamının sərvətinin azalmasına baxmayaraq, üçüncü il dalbadal ABŞ-ın ən varlı adamı olaraq qaldığı bildirilib. Onun sərvəti 244 milyard dollar olaraq qiymətləndirilir. Üstəlik, son bir ildə sahibkar 7 milyard dollar kasıblayıb.

ABŞ-ın ən varlı adamları siyahısında ikinci yeri "Amazon"un qurucusu Ceff Bezos tutur, onun sərvəti 197 milyard dollar dəyərində qiymətləndirilir.

Xəbər lenti