Qasım Süleymanini əvəz edən generalla da əlaqə kəsilib

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds korpusu xüsusi təyinatlılarının komandiri İsmayıl Kaani ilə əlaqənin kəsildiyi bildirilir.

Reuters xəbər verir ki, İsrailin Hizbullah hərəkatının lideri Həsən Nəsrullahın ölümü ilə nəticələnən zərbəsindən sonra iranlı general barədə məlumat yoxdur.

Onun ağır xəsarət alıb-almaması və ya ölümü ilə bağlı konkret məlumat əldə edilməyib.

İran hakimiyyəti əvvəllər Beyrutda Nəsrullahla birlikdə olan SEPAH komandirinin müavini general Abbas Nilforuşanın öldüyünü açıqlayıb.

Kaaninin “Hizbullah”ın baş katibi və Nilforuşan ilə eyni binada olması barədə heç bir məlumat yoxdur.

Bundan əlavə, o, İranın ali lideri Əli Xamaneyinin sonuncu cümə namazında gözə dəyməyib.

Xatırladaq ki, İsmayıl Kaani SEPAH-ın keçmiş komandiri Qasım Süleymaninin avia zərbələr nəticəsində ölümündən sonra sözügedən vəzifəyə təyin edilmişdi.

İsrail Türkiyəyə hücum edə bilər, amma...

Böyük Millət Məclisində (TBMM) çıxış edən Rəcəb Tayyib Ərdoğan “Qəzza zolağı və Livandakı əməliyyatlardan sonra Türkiyənin İsrailin hədəfinə çevriləcəyini” deyib. “Açıq deyirəm: Fələstin və Livandan sonra bizim vətənimizin torpaqları vəd edilmiş torpaq illüziyası ilə hərəkət edən İsrail administrasiyasının nəzərlərinin yönələcəyi yerə çevriləcək”, - Türkiyə lideri vurğulayıb. Musavat.com xəbər verir ki, Ərdoğanın çıxışı haqda “Svobodnaya pressa”ya xüsusi məqalə yazıb.

Nəşr yazır ki, Yaxın Şərqdə indi əsas gərginlik İranın proksi qüvvələri olan Livan, Suriya, İraq və Yəmənlə İsrail arasındadır. Tarasov ingilis dilində nəşr olunan “Military Watch Magazine” də istinadən onu da yazır ki, “Türkiyə həmişə HƏMAS vasitəsilə İsrailə qarşı çıxıb”. “Ərdoğan İsrail əsgərlərinin Qəzza zolağında quru əməliyyatı ilə bağlı Təl-Əvivə sərt ultimatum verib və “mülki əhalinin soyqırımına” səbəb olan raket hücumlarına son qoyulmasını tələb edib. Bu baxımdan Türkiyə lideri HƏMAS-ı “təkcə Fələstini deyil, həm də Türkiyəni müdafiə edən müqavimət təşkilatı” kimi xarakterizə edib. “Military Watch Magazine”in yazdığına görə, ABŞ İsrail və HƏMAS arasında hərbi qarşıdurmada Türkiyəni öz tərəfinə çəkmək ssenarisi üzərində işləyirdi və münaqişənin həlli üzrə dialoqda onu vasitəçi kimi təşviq etməyi planlaşdırırdı. Bunun arxasında məqsəd İsrailə qarşı potensial olaraq yaranmaqda olan vahid İslam ittifaqını dağıtmaq, Livanda Ankara ilə Tehran arasında əlaqələri kəsmək idi.

İndi Türkiyə əslində HƏMAS-a görə İsraillə elan olunmamış müharibə vəziyyətindədir və Ərdoğan bu münaqişəyə dərindən qarışmaqdan ehtiyatlanır. Bununla bağlı hakimiyyətə yaxın olan “Sabah” nəşri yazır ki, söhbət İsrailin Türkiyəyə birbaşa deyil, Ankaranın “terrorçu elan edilmiş kürd təşkilatlarının əli ilə hücuma keçmək cəhdlərindən gedir”.
O da bildirilir ki, Ankara isə kürd faktorunun hadisələrə təsirini neytrallaşdırmaq üçün Dəməşqlə daha fəal razılığa gəlməyə çalışmalı olacaq. ABŞ və İsrail Fələstin məsələsi ilə bağlı qlobal regional kampaniyası Türkiyə və ya ərəb ölkələrinə deyil, İrana yönəltdiyi üçün Ankaranın bu istiqamətdəki hərəkətləri yalnız taktiki xarakter daşıya bilər. İranın İsrailə raket hücumu Ankaranın münaqişədə birbaşa iştirak etmək imkanlarını məhdudlaşdırır, baxmayaraq ki, o, prinsipcə Dəməşqlə ittifaqa girə və Astana prosesində tərəfdaşlarla birlikdə Şərqi Fəratı Birləşmiş Ştatların əsas müttəfiqləri olan kürd separatçılarından təmizləyə, bu da İsraili öz maraqları üçün kürd kartı oynamaq şansından məhrum edə bilər. “Cumhuriyet” nəşrinə görə, şiə “Hizbullah” və sünni HƏMAS “yalnız şərti olaraq İran və Türkiyə ilə bağlı gizli regional geosiyasi layihələrdir”.

Beləliklə, sual yaranır: ABŞ və İsrail indi “Hizbullah”ın sonuna çıxmaq üçün Suriya və Türkiyəyə “keçməyə” çalışacaqlarmı? “İndi Ankara birbaşa münaqişədə maraqlı deyil. Daha doğrusu, Yaxın Şərqdə “böyük oyun”un təklif olunan səviyyəsinə hazır deyil. Bəs sabah nə olacaq?” deyə, nəşr yazır.

Babayan: Regionu müharibəyə sürükləyirik, Zəngəzur Ermənistanın inkişaf yoludur
“Azərbaycan öz inkişafını və biznesini logistikaya, yollara, tranzit ölkə roluna qoyub. Tranzit ölkə olan Gürcüstan da bunu edir. Biz nə edirik? Biz  isə nə etmşik, butulkanın başını bağlamışıq,  nə özümüz inkişaf edə bilirik, nə də  başqasına imkan vermirik".

Bunu Samvel Babayn deyib.

Ermənistan tərəfinin bu məsələdə destruktiv mövqe sərgiləməsini  tənqid edən Babayn deyib ki, bizdən dəhliz istəyirlər və bununla da qonşularımızı özümüzə qarşı qoyuruq. "Əgər Ermənistan tranzit ölkəyə çevrilirsə, o zaman biz də inkişaf edirik, qonşularımız da inkişaf edər. Amma biz başqa yol seçmişik və onu "sülh yolu" adlandırmışıq.

Azərbaycanın və Türkiyənin mənafeyinə, eləcə də öz maraqlarınıza zidd addımlar atsanız, necə sülh ola bilər? ", - Samvel Babayan qeyd edib.

O əlavə edib ki, Azərbaycan Rusiyanın Kalininqradından nümunə götürərək sadələşdirilmiş prosedur variantı ətrafında danışıqlara hazır olduğunu bir neçə dəfə bəyan edib: “Ermənistan hakimiyyəti dərhal "sülh qovşağı"nı təklif etdi. Amma bu baş tumayacaq. Bununla da siz (Ermənistan  nəzərdə tutulur-red) regionu müharibəyə sürükləyirsiniz".

Bayan sonda onu  qeyd edib ki, Zəngəzur dəhlizi  real nəqliyyat qovşağıdır."Buradan Azərbaycan, Orta Asiya ölkələri, Rusiya, Türkiyə, Suriya və s.  keçəcək. Bax bu, əsl yol ayrıcıdır. Bu, Ermənistan üçün inkişaf yoludur”, - o vurğulayıb.
Antarktida qlobal istiləşmə səbəbindən sürətlə yaşıllaşır - Yeni araşdırma -FOTO

Qlobal istiləşmə ilə əlaqədar Antarktida yarımadası - Antarktidanın ən şimal hissəsi kəskin dəyişikliklərə məruz qalır və tədricən yaşıl mənzərəyə çevrilir. 

 Qaynarinfo xəbər verir ki, bu barədə bir qrup britaniyalı alim tərəfindən "Nature Geoscience" jurnalında dərc edilmiş yeni elmi hesabatda deyilir.

Peyk landşaft məlumatlarının təhlili göstərir ki, son dörd onillikdə Antarktika yarımadasında bitki örtüyü kəskin şəkildə on dəfə artıb. Əgər 1986-cı ildə bitki örtüyü yarımadanın bir kvadrat kilometrindən azını əhatə edirdisə, 2021-ci ildə demək olar 12 kvadrat kilometr artıq yaşıl olub.

"Bu yaşıllaşdırma tendensiyası son illərdə (2016-2021) tam tədqiqat dövrü ilə (1986-2021) müqayisədə 30%-dən çox sürətlənib - bu müddət ərzində ildə 400 000 kvadratmetrdən çox genişlənib", deyə tədqiqatçılar bildiriblər

Alimlərin fikrincə, indiyə qədər söhbət daha çox Yer kürəsində ən sərt şəraitdə yaşaya bilən mamırlardan gedir. Lakin bu bölgədə onun yayılma tempi son illərdə kəskin surətdə sürətlənib.

Alimlər proqnozlaşdırırlar ki, Antarktidanın yaşıllaşması çox güman iqlim isindikcə davam edəcək və tezliklə burada digər bitki növləri də kök sala bilər. Nəhayət, Antarktika yarımadasında invaziv növlərin yaranması üçün potensial yaradacaq bir torpaq təbəqəsi yarana bilər.

"Antarktidada torpaq əsasən yoxsuldur və ya mövcud deyil, lakin bitki həyatının bu böyüməsi üzvi maddələr əlavə edəcək və torpaq əmələ gəlməsini asanlaşdıracaq, potensial olaraq digər bitkilərin böyüməsinə yol açacaq", deyə Hertfordshire Universitetindən Ollie Bartlett bildirib.

Dünya supergücləri arasında total müharibə XƏBƏRDARLIĞI

Dünya aparıcı güclər arasında qlobal münaqişə ərəfəsindədir.

Lent.az xəbər verir ki, bu barədə beynəlxalq analitik Devid İqnatius “The Washington Post“da dərc olunan məqaləsində yazır.

O, keçən həftə ABŞ prezidenti Co Baydenin Rusiyanın mümkün cavab tədbirindən yayınaraq, Ukrayna lideri Vladimir Zelenskinin Rusiyanın dərinliklərindəki hədəflərə zərbə endirmək üçün Amerika raketlərindən istifadə tələbini rədd etdiyinə diqqət çəkir.

İqnatius vurğulayır ki, Ukrayna tərəfdarları Baydenin ehtiyatlılığını tənqid edir, bunu zəiflik əlaməti hesab edirlər. Lakin müəllif bu cür tənqidləri səthi və uzaqgörən hesab edir.

"Biz Ağ evdə qaynar baş istəməməliyik. Eskalasiya riskindən qaçaraq, Bayden kəşfiyyat müşavirlərinin tövsiyələrinə əməl etdi və istənilən prezidentin nüvə müharibəsi təhlükəsini azaltmaq üzrə öhdəliklərini yerinə yetirdi", - ekspert bildirib.

Bununla belə, İqnatius hesab edir ki, Bayden uzun mənzilli ATACMS raketlərinin istifadəsindən imtina etsə belə, Ukraynanı dəstəkləmək üçün daha güclü addımlar atmalıdır. O, Kiyevə səfərindən narahatlığını bildirir və burada müharibədən yorulmuş Ukraynanın təzyiqlərə məruz qala biləcəyini qeyd edir.

Zelenskinin siyasi bazası getdikcə parçalanır və uzanan münaqişə ölkəni qurudur. Ekspertin fikrincə, ABŞ və müttəfiqləri Kiyevə ədalətli sülhə nail olmağa kömək etməyə borcludurlar, hətta bu, Zelenskinin istədiyi tam qələbəyə gətirib çıxarmasa belə.

Müəllif həmçinin qeyd edir ki, Rusiya getdikcə uzaq mənzilli raket zərbələrinin “qırmızı xətt” olduğunu vurğulayır. Ukrayna artıq dron və raketlərdən istifadə etməklə Rusiya ərazisinə hücumlar həyata keçirsə də, Putin nüvə dövləti tərəfindən dəstəklənən qeyri-nüvə dövlətlərinə hücumları “birgə hücum” kimi qiymətləndirərək nüvə doktrinasında dəyişikliklər etdiyini açıqlayıb.

İqnatius hesab edir ki, Rusiya Amerika silahlarının Ukraynaya çatdırıldığı Polşadakı əsas nəqliyyat qovşaqlarına hücum edə bilər və ya Kiyevə kömək etməklə Qərb əməliyyatlarına qarşı fəaliyyətini gücləndirə bilər. Onun fikrincə, Ukraynadakı vəziyyət elə bir həddə yaxınlaşır ki, dünya 1962-ci ildəki Kuba raket böhranı ilə müqayisə oluna biləcək fövqəldövlətlər arasında genişmiqyaslı müharibə ilə üzləşə bilər.

O qeyd edir ki, 2022-ci ilin oktyabrında Xerson və Xarkovda Rusiyanın mövqeləri zəiflədiyi üçün kəşfiyyat Baydenə Putinin taktiki nüvə silahından istifadə etmə şansının 50 faiz olduğunu bildirib. Müəllif belə qənaətə gəlir ki, Bayden bütün mümkün vasitələrlə Ukraynanı dəstəkləməyə davam etməlidir, lakin onun fikrincə, bu kontekstdə onun ehtiyatsız hərəkət etməməsi vacibdir.

Ovanisyan: Erməni cəmiyyəti artıq dövlətin itirilməsi ilə barışıb

"Biz doğrudan da erməni məğlubiyyətini yaxşı bilmirik. Məğlubiyyət bizə yad, başqalarına adi görünürdü.
Bəli, nə qədər ağrılı olsa da, deməliyəm ki, bu gün biz məğlub vətəndaşla, məğlub cəmiyyətlə qarşılaşırıq. Bu, çox təhlükəli, çox çətin bir şeydir və bir çox xalqlar bundan keçib.

Məğlubiyyət cəmiyyəti olaraq ciddi böhran içindəyik, lakin sərhədlərimizdə də ciddi problemlər var.
Bəs məğlub olan erməni heç nə istəmirsə və ya çox pis bir şey istəyirsə? Biz onun dağıdıcı gücünü, potensialını bilirikmi?"

Bunu erməni ekspert Vahe Ovanesyan deyib.

"Deməyə qorxuram, amma məncə, bizim kollektiv ağlımız artıq dövlətin itirilməsi ilə barışıb. Hətta sağlam kəsimlər, hətta mübarizə aparanlar da artıq ölkəmizin perspektivinə şübhə ilə yanaşırlar", - o qeyd edib.

Ovanisyan əlavə edib ki, belə bir ruh halı ilə cəmiyyət nə yenini, nə köhnəni, nə də indikini istəyir: "Beləliklə, fəlakət bizi müşayiət edəcək.

Biz bütöv bir cəmiyyət imicini itirmişik. Bu gün Ermənistan böyük bir qaçqın düşərgəsinə bənzəyir, müxtəlif keçid məntəqələrinin açılmasını və onun məhv edilməyəcəyinə müəyyən zəmanətlər gözləyir.

Mənim üçün bugünkü lider söyən, pulu çox olan, daha yüksək səslə qışqıran və ya başqasını daha yaxşı günahlandıran deyil. Mənim üçün lider bu gün daxili barışıq üçün həll yolları təklif edəndir. Çünki onsuz bu ölkənin gələcəyi yoxdur".

Xameneyi son namazını qılacaq - MOSSAD - FOTO

MOSSAD İranın dini lideri Əli Xameneyini təhdid edib.

Bu barədə İsrail kəşfiyyat xidməti özünün "Terror Alarm" adlı X hesabında yayıb.

"İranın ali rəhbəri Xameneyi sonuncu cümə namazını bu həftə oktyabrın 4-də Qüds vaxtı ilə saat 11:30-da qılacaq", - paylaşımda bildirilib.

 

 

 
Boris Consondan Netanyahu haqqında şok iddia

İsrailin Baş naziri Benyamin Netanyahu 2017-ci ildə Britaniya xarici işlər nazir Boris Consonla görüşü zamanı nazirin şəxsi vanna otağından istifadə etmək istəyib və Netanyahudan sonra tualetdən casus dinləyən cihaz tapılıb.

Belə bir iddia ilə Britaniyanın sabiq Baş naziri Boris Conson çıxış edib.

“The Telegraph”ın yazdığına görə, hadisə Consonun 2017-ci ildə xarici işlər naziri vəzifəsini icra edən zaman baş verib.

Conson bu barədə "Unleashed" kitabında yazıb. O qeyd edib ki, 2017-ci ildə xarici işlər naziri olarkən İsrail Baş naziri ilə nazirlikdəki ofisində görüşərkən Netanyahunun tualetdən istifadə etməsini istədiyini bildirib.

Conson bildirib ki, Netanyahu tualetdən istifadə etdikdən sonra təhlükəsizlik qrupu axtarış aparıb və oradan dinləmə cihazı tapıb.

"Bibi (Netanyahu) bir müddətliyə oraya getdi. Bu təsadüf ola bilər, olmaya da bilər. Amma sonra mənə dedilər ki, onlar gizli dinləmə qurğusunu axtarma işləri həyata keçirdi və tualetdə bir dinləmə cihazı tapdılar",- Conson kitabında yazıb.

Consun bu iddia ilə bağlı nəşrə daha ətraflı məlumat verməkdən çəkinərək deyib ki, bu hadisə haqqında bilməli olduğunuz hər şey kitabdadır.

Nəşrin yazdığına görə, Consonun məlum "Unleashed" kitabı isə oktyabrın 10-da nəşr olunacaq

Pezeşkiandan İsrailə XƏBƏRDARLIQ

İsrail ən kiçik səhvə yol verərsə, daha güclü və sarsıdıcı cavab veriləcək.
Bunu İran prezidenti Məsud Pezeşkian Qətərdə HƏMAS qrupunun yüksək səviyyəli nümayəndə heyəti ilə görüşündə deyib.

O əlavə edib ki, İsrailin cinayətləri davam etdirməsi, İran Silahlı Qüvvələrini qətiyyətlə cavab verməyə məcbur edib.

O, həmçinin ABŞ və Qərbi İsrailin Qəzza və Livandakı hərəkətlərinə münasibətinə görə tənqid edib.

Yaxın Şərqdə baş verən proseslərdə bölgə ölkələrini tənqid edən Pezeşkian deyib ki, bütün bunlar müsəlman dövlətləri arasında birliyin olmamasının nəticəsidir.

Pezeşkian bölgədəki böhranın aradan qaldırılması üçün müsəlman ölkələri arasında birliyin gücləndirilməsinin vacibliyini bir daha vurğulayıb.

Ruslar Ukraynada sürətlə irəliləyir

Rus ordusu Donbasda Uqledar şəhərini ələ keçirdikdən sonra daha bir neçə yaşayış məntəqəsini ələ keçirmək istiqamətində hərbi əməliyyatlaırnı davam etdirməkdədir.

UNİAN xəbər verir ki, ruslar Uqledarı ələ keçirdikdən sonra irəliləməyə davam edir və Toretskdə və digər üç yaşayış məntəqəsi yaxınlığında uğur qazanırlar.

"Düşmən Tsukurino, Katerinivka, Kolesnikovka və Toretsk yaxınlığında irəliləyib", - məlumatda deyilir.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahından verilən məlumata görə, ordu işğalçı qüvvələrin hücumunu dayandırmaqda davam edir, Pokrovski və Kuraxovski istiqamətlərində vəziyyət gərgin olaraq qalır, bundan əlavə, işğalçılar Liman istiqamətində də hücumları intensivləşdirib.

Ekspertlərin fikrincə, oktyabrın 2-də Uqledarın işğalından sonra ruslar Donetsk vilayətini iki yerə - şərti şimal və cənuba parçalamaq istəyirlər.

ISW analitikləri isə Rusiyanın aktiv əks-hücumunun yaxın həftələrdə bitəcəyini proqnozlaşdırsalar da, lakin bütün Ukrayna ərazisində daha yavaş irəliləməyə davam etdirəcəyi qənaətindədirlər.

Xəbər lenti