![]() |
|
ABŞ prezidenti Co Bayden İsrailə cavab raket hücumunu həyata keçirən İrana qarşı yeni sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.
Ağ Evin bəyanatına əsasən Bayden G7 liderləri ilə yeni sanksiyalar da daxil olmaqla İrana qarşı digər atılacaq addımlar da müzakirə ediləcək.
"Prezident Bayden və G7 ölkələri İranın İsrailə hücumlarını birmənalı şəkildə pisləyir. Bu gün prezident Bayden, İranın İsrailə qarşı qəbuledilməz hücumunu müzakirə etmək və İranın hücumuna, o cümlədən yeni sanksiyalar da daxil olmaqla cavab tədbirlərini koordinasiya etmək üçün G7-yə qatılıb", - açıqlamada deyilir.
ABŞ və G7-nin İsrailin təhlükəsizliyinə sadiqliyinin vurğulandığı görüşdə Yaxın Şərqdə gələcək proseslə bağlı qiymətləndirmələrin aparıldığı bildirilib.
Mən bu tribunadan dəfələrlə bəyan etmişəm ki, Qarabağ məsələsi bir çox ölkələrin istifadə etdiyi kəndir kimi Ermənistanın boynunda asılı vəziyyətdə olub.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan müxalifətçi deputatların sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, 2016-cı ilin avqust ayından danışıqlar masasında olan qarşılıqlı kompromislər isə ondan ibarət idi ki, Ermənistan olmamalıdır. "Ermənistanın boynundakı kəndiri çəkib haradasa yaxın bir yerə bağlamaq lazımdır", - o qeyd edib.
Baş nazir bildirib ki, Ermənistan indi bu kəndirdən xilas olub: "Biz öz tariximizlə bağlı həqiqətləri, həm keçmiş, həm də yaxın tarix bilməliyik və imperiya tarixinin məntiqindən kənara çıxmalıyıq. Müstəqil dövlət tarixinin məntiqi var”.
İranın ali lideri Əli Xameneyi İsrailin hücumu nəticəsində öldürülməzdən bir neçə gün əvvəl Hizbullahın baş katibi Həsən Nəsrullaha Livanı tərk etməsi barədə xəbərdarlıq edib.
Bu barədə "Reuters" agentliyinə üç İran mənbəsi məlumat verib.
Onlar Xameneyinin İsrail agentlərinin Tehranın yüksək hökumət dairələrinə sızma ehtimalı ilə bağlı narahatlığına işarə ediblər.
“Mən şəxsi qərarımla sülh sazişinin sənədləri ilə sizlərə tanış olmaq imkanı verdim. Hər şeyi oxudunuz, sonra sosial şəbəkələrdə reallıqla heç bir əlaqəsi olmayan yazılar yazdınız".
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deputat Artsvik Minasyanın müxalifət deputatlarının sülh müqaviləsi layihəsinin təfərrüatları ilə tanış olmasına qadağa qoyulmasının səbəbi ilə bağlı sualını cavablandırarkən deyib.
"Bunlar sizin siyasi maraqlarınıza əsaslanan manipulyasiyalar idi. Ona görə də mən qadağan etdim və doğru da etdim. Gəlin, mətnləri oxuyun və sonrada başlayın nağıl danışmağa. Və biz sakit oturaq?”, - Paşinyan bildirib.
Dünyanın ən böyük və ən güclü qeyri-nüvə raketi hazırlanıb.
Sfera.az xəbər verir ki, Cənubi Koreya “Hyunmoo-5” adlı qısa mənzilli ballistik raketini təqdim edib. O, döyüş başlığı bir neçə tona çatan nəhəng anti-bunker raketidir.
“Defense Express”in məlumatına görə, bu raket 20 metr uzunluğunda gövdəyə və 8 ton ağırlığında döyüş başlığına malikdir.
“Hyunmoo-5” dünyanın ən güclü qeyri-nüvə silahıdır. Raket döyüş başlığının çəkisinin azaldılması heabına 5500 kilometrə qədər məsafəni qət edə bilər. “Hyunmoo-5” raketinin uçuş sınaqları 2024-cü ilin yayında həyata keçirilib. O, yeraltı obyektləri məhv etmək üçün nəzərdə tutulub. Bu güclü raketi yaratmaq üçün Cənubi Koreya 30 ildən çox vaxt sərf edib. Bunun üçün xarici texnologiyalar öyrənilib və ABŞ-nin bəzi məhdudiyyətləri aradan qaldırılıb.
İsrail bir neçə gün ərzində İranın hücumuna cavab verəcək.
Bu barədə "Axios" İsrail rəsmilərinə istinadən bildirir.
Qeyd edilir ki, bu dəfə İsrailin cavab tədbirləri daha əhəmiyyətli olacaq.
"Hücum İslam Respublikasının neft və digər strateji obyektlərinə, o cümlədən İranın hava hücumundan müdafiə sistemlərinə və nüvə obyektlərinə yönələ bilər. Həmçinin “Həmas Siyasi Bürosunun rəhbəri Haniyənin Tehranda öldürülməsi ilə nəticələnən əməliyyata bənzər gizli əməliyyatlar” da mümkündür", - deyə nəşr yazıb.
Ötən gecə İranın İsrailə atdığı raketlər Türkiyə səmasında da görülüb.
Türkiyə mətbuatı xəbər verir ki, raketlər Türkiyənin Mersin rayonunun sahil bölgələrində yaşayan insanlar tərəfindən görüntülənib.
Qeyd edək ki, ötən gecə İran 1 saat ərzində İsrilə 500-ə yaxın ballitik raketlər atıb.
İsrailin Kopenhagendəki səfirliyi yaxınlığında iki partlayış baş verib.
Bu barədə “Reuters” Danimarka polisinə istinadən məlumat yayıb. Xəsarət alan olmadığı, hadisə ilə bağlı ilkin araşdırmalara başlanıldığı qeyd edilir.
"Bölgədə yerləşən İsrail səfirliyi ilə mümkün əlaqə araşdırılır", - açıqlamada deyilir.
"Hizbullah" Livanın cənubuna sızmağa çalışan İsrail piyadaları ilə döyüşdüyünü bəyan edib.
Bu barədə İsrail mediası xəbər verir.
"Bu, təşkilatın silahlıları ilə İsrail ordusunun Livanda quru əməliyyatına başladığını elan etdikdən sonra onun piyada qüvvələri arasında toqquşma ilə bağlı ilk bəyanatdır.
“Hizbullah” bəyanatında bildirib ki, silahlılar İsrail qüvvələrini “geri çəkilməyə məcbur ediblər", - nəşr bildirir.
Bundan əlavə, İran üçüncü tərəflərə İran-İsrail münaqişəsinə qarışmamaq barədə xəbərdarlıq edib.
İranın xarici işlər naziri Əraqçi Fransadan olan həmkarları ilə telefon danışığında deyib:
“Əməliyyat başa çatıb, lakin sionist rejim cavab verməyə çalışarsa, cavabımız daha sərt olacaq... Biz üçüncü tərəfə xəbərdarlıq edirik ki, bu münaqişəyə qarışmasın”, - o, ingilis, alman, fransız həmkarları ilə telefon danışığında söyləyib.
İsrailin baş naziri Netanyahu isə bildirib ki, İran böyük səhv edib və bunun əvəzini ödəyəcək:
“...İran yenidən yüzlərlə raketlə İsrailə hücum etdi. Bu hücum uğursuz oldu. Bunun qarşısı İsrailin dünyanın ən qabaqcıl hava hücumundan müdafiə sistemi sayəsində alındı... İran böyük səhv etdi - və bunun əvəzini ödəyəcək. İrandakı rejim bizim özümüzü müdafiə etmək və düşmənlərimizdən qisas almaq əzmini anlamır. Yəqin Tehranda bunu başa düşməyənlər var.Onlar başa düşəcəklər”.