![]() |
|
"Biz doğrudan da erməni məğlubiyyətini yaxşı bilmirik. Məğlubiyyət bizə yad, başqalarına adi görünürdü.
Bəli, nə qədər ağrılı olsa da, deməliyəm ki, bu gün biz məğlub vətəndaşla, məğlub cəmiyyətlə qarşılaşırıq. Bu, çox təhlükəli, çox çətin bir şeydir və bir çox xalqlar bundan keçib.
Məğlubiyyət cəmiyyəti olaraq ciddi böhran içindəyik, lakin sərhədlərimizdə də ciddi problemlər var.
Bəs məğlub olan erməni heç nə istəmirsə və ya çox pis bir şey istəyirsə? Biz onun dağıdıcı gücünü, potensialını bilirikmi?"
Bunu erməni ekspert Vahe Ovanesyan deyib.
"Deməyə qorxuram, amma məncə, bizim kollektiv ağlımız artıq dövlətin itirilməsi ilə barışıb. Hətta sağlam kəsimlər, hətta mübarizə aparanlar da artıq ölkəmizin perspektivinə şübhə ilə yanaşırlar", - o qeyd edib.
Ovanisyan əlavə edib ki, belə bir ruh halı ilə cəmiyyət nə yenini, nə köhnəni, nə də indikini istəyir: "Beləliklə, fəlakət bizi müşayiət edəcək.
Biz bütöv bir cəmiyyət imicini itirmişik. Bu gün Ermənistan böyük bir qaçqın düşərgəsinə bənzəyir, müxtəlif keçid məntəqələrinin açılmasını və onun məhv edilməyəcəyinə müəyyən zəmanətlər gözləyir.
Mənim üçün bugünkü lider söyən, pulu çox olan, daha yüksək səslə qışqıran və ya başqasını daha yaxşı günahlandıran deyil. Mənim üçün lider bu gün daxili barışıq üçün həll yolları təklif edəndir. Çünki onsuz bu ölkənin gələcəyi yoxdur".
MOSSAD İranın dini lideri Əli Xameneyini təhdid edib.
Bu barədə İsrail kəşfiyyat xidməti özünün "Terror Alarm" adlı X hesabında yayıb.
"İranın ali rəhbəri Xameneyi sonuncu cümə namazını bu həftə oktyabrın 4-də Qüds vaxtı ilə saat 11:30-da qılacaq", - paylaşımda bildirilib.
İsrailin Baş naziri Benyamin Netanyahu 2017-ci ildə Britaniya xarici işlər nazir Boris Consonla görüşü zamanı nazirin şəxsi vanna otağından istifadə etmək istəyib və Netanyahudan sonra tualetdən casus dinləyən cihaz tapılıb.
Belə bir iddia ilə Britaniyanın sabiq Baş naziri Boris Conson çıxış edib.
“The Telegraph”ın yazdığına görə, hadisə Consonun 2017-ci ildə xarici işlər naziri vəzifəsini icra edən zaman baş verib.
Conson bu barədə "Unleashed" kitabında yazıb. O qeyd edib ki, 2017-ci ildə xarici işlər naziri olarkən İsrail Baş naziri ilə nazirlikdəki ofisində görüşərkən Netanyahunun tualetdən istifadə etməsini istədiyini bildirib.
Conson bildirib ki, Netanyahu tualetdən istifadə etdikdən sonra təhlükəsizlik qrupu axtarış aparıb və oradan dinləmə cihazı tapıb.
"Bibi (Netanyahu) bir müddətliyə oraya getdi. Bu təsadüf ola bilər, olmaya da bilər. Amma sonra mənə dedilər ki, onlar gizli dinləmə qurğusunu axtarma işləri həyata keçirdi və tualetdə bir dinləmə cihazı tapdılar",- Conson kitabında yazıb.
Consun bu iddia ilə bağlı nəşrə daha ətraflı məlumat verməkdən çəkinərək deyib ki, bu hadisə haqqında bilməli olduğunuz hər şey kitabdadır.
Nəşrin yazdığına görə, Consonun məlum "Unleashed" kitabı isə oktyabrın 10-da nəşr olunacaq
İsrail ən kiçik səhvə yol verərsə, daha güclü və sarsıdıcı cavab veriləcək.
Bunu İran prezidenti Məsud Pezeşkian Qətərdə HƏMAS qrupunun yüksək səviyyəli nümayəndə heyəti ilə görüşündə deyib.
O əlavə edib ki, İsrailin cinayətləri davam etdirməsi, İran Silahlı Qüvvələrini qətiyyətlə cavab verməyə məcbur edib.
O, həmçinin ABŞ və Qərbi İsrailin Qəzza və Livandakı hərəkətlərinə münasibətinə görə tənqid edib.
Yaxın Şərqdə baş verən proseslərdə bölgə ölkələrini tənqid edən Pezeşkian deyib ki, bütün bunlar müsəlman dövlətləri arasında birliyin olmamasının nəticəsidir.
Pezeşkian bölgədəki böhranın aradan qaldırılması üçün müsəlman ölkələri arasında birliyin gücləndirilməsinin vacibliyini bir daha vurğulayıb.
Rus ordusu Donbasda Uqledar şəhərini ələ keçirdikdən sonra daha bir neçə yaşayış məntəqəsini ələ keçirmək istiqamətində hərbi əməliyyatlaırnı davam etdirməkdədir.
UNİAN xəbər verir ki, ruslar Uqledarı ələ keçirdikdən sonra irəliləməyə davam edir və Toretskdə və digər üç yaşayış məntəqəsi yaxınlığında uğur qazanırlar.
"Düşmən Tsukurino, Katerinivka, Kolesnikovka və Toretsk yaxınlığında irəliləyib", - məlumatda deyilir.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahından verilən məlumata görə, ordu işğalçı qüvvələrin hücumunu dayandırmaqda davam edir, Pokrovski və Kuraxovski istiqamətlərində vəziyyət gərgin olaraq qalır, bundan əlavə, işğalçılar Liman istiqamətində də hücumları intensivləşdirib.
Ekspertlərin fikrincə, oktyabrın 2-də Uqledarın işğalından sonra ruslar Donetsk vilayətini iki yerə - şərti şimal və cənuba parçalamaq istəyirlər.
ISW analitikləri isə Rusiyanın aktiv əks-hücumunun yaxın həftələrdə bitəcəyini proqnozlaşdırsalar da, lakin bütün Ukrayna ərazisində daha yavaş irəliləməyə davam etdirəcəyi qənaətindədirlər.
İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneyi hakimiyyətdə olduğu 35 il ərzində 42 cümə namazının imamı olub.
Sonuncu dəfə o, imam cümə xütbəsini təxminən 5 il əvvəl İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qoşunlarının komandanı general Qasım Süleymani öldürüldükdən sonra edib.
Onun başçılıq etdiyi cümə namazlarının bəziləri bunlardır: Xameneyi rəhbərliyinin ilk illərində 1989-cu ildən sonra 9 aydan bir üç xütbə edib, 1991-92-ci illərdə bir cümə namazına başçı olub, 1993-cü ildə pişnamaz olmayıb. 1993-98-ci illərdə hər il iki cümə namazı qılıb. 1998-1999-cu illərdə hər il iki cümə namazına pişnamaz olub. 2001-ci ildə o, Tehranda cümə namazında xütbə oxuyub.
2000-2003-cü illər Xameneyi hər il iki cümə namazı keçirib. 2006-cı ildən 2012-ci ilədək hər il bir dəfə cümə xütbəsi edib. Qasım Süleymaninin öldürülməsinədək isə heç bir cümə namazı xütbəsi etməyib.
Bildirilib ki, İranın ali rəhbəri ölkəsində və dünyada baş vermiş ən vacib hadisələr zamanı da xütbə edib. Məsələn, 1998-ci ildə İranda ziyalılar Dariuş Forohar və həyat yoldaşı Pərvanə İskəndərinin qətlə yetirilməsi ilə bağlı cümə namazına rəhbərlik edib.
O bu gün Livanda “Hizbullah” lideri Həsən Nəsrullah, SEPAH komandirlərindən Abbas Nilofuruşənin və başqalarının öldürülməsi ilə bağlı cümə xütbəsi edəcək.
Xatırladaq ki, 1989-cu ildə ayətullah Xomeyni öləndən sonra onu Xameneyi əvəzləyib.
Ermənistanın sülh prosesi ilə intensiv manipulyasiyalarının əsas hədəfləri artıq tədricən ortaya çıxmağa başlayıb. Belə ki, Paşinyan hakimiyyətinin təmsilçiləri belə manipulyasiyalardan sonra rəsmi İrəvanın gizli niyyətlərini də biruzə vermək mərhələsinə keçid etməkdədirlər. Ona görə də, indi Ermənistanın siyasi dairələri ilə hüquqi sənədlərdən kənar anlaşmaların nə qədər təhlükəli olduğu qətiyyən şübhə doğurmur. Və bu baxımdan, rəsmi Bakının bu məsələdə prinsipial davranması olduqca doğru taktika təsiri bağışlayır.
Məsələ ondadır ki, Ermənistanın xarici işlər naziri Aparat Mirzoyan Avropa məkanında növbəti dəfə Ermənistanın süni "gözyaşı siyasəti"nin böhtan potensialını nümayiş etdirməyə çalışıb. Erməni nazir Azərbaycanı yekun sülh sazişinin imzalanmasından yayınmaqda suçlamağa cəhd göstərib. Və rəsmi İrəvanı isə Qərbin diqqətinə Cənubi Qafqazda sülhə can atan əsas tərəf kimi təqdim etməyə çalışıb.
Halbuki, erməni nazirin hiyləgərliklə üzərindən sükutla keçməyə çalışdığı olduqca önəmli reallıq da var. Birincisi, "sülhə can atan" Ermənistan 30 il Azərbaycan ərazilərinin təxminən 20 faizini işğal altında saxlayıb. Həmin ərazilərdə daşı-daş üzərində buraxmayaraq, bölgəni tamamilə dağıdıb, Azərbaycana yüzmilyardlarla dollar ziyan vurub, təbii sərvətləri onilliklər boyu talayıb. Və bu, Ermənistanın necə "sülhpərvər" mövqeyə malik olduğu anlamağa tam imkan verir.
İkincisi, Ararat Mirzoyanın Azərbaycanı imzalanmasından yayınmaq cəhdində suçlamağa çalışdığı yekun sülh sazişinin bütün müddəaları hələ razılaşdırılmayıb, yəni, iki tərəf arasında müzakirə mərhələsindədir. Azərbaycanı müzakirəsi davam edən sülh sazişinin imzalanmasından yayınmaqda ittiham etmək cəhdi absurd və məntiqsiz olmaqla yanaşı, yalnız erməni siyasi zehniyyətinə uyğun gələ bilər. Və baş nazir Nikol Paşinyan yekun sülh sazişinin indiyə qədər razılaşdırılmış 13 bəndin üzərindən imzalanması ilə bağlı məntiqsiz təklifini gündəmə gətirərkən, əsas məqsədin məhz Azərbaycana qarşı antitəbliğat bəhanəsi yaratmağa cəhd göstərmək olduğu şübhə doğurmurdu.
Rəsmi İrəvan tam dəqiqliyi ilə anlayırdı ki, Ermənistandan fərqli olaraq, Azərbaycan beynəlxalq hüquq normalarına uyğun davranan prinsipial bir dövlətdir. Ona görə də, rəsmi Bakı müzakirəsi davam edən hər hansı sənədi imzalayıb, "yarımçıq sülh sazişi" probleminə imkan verməz. Buna əmin olan Paşinyan hakimiyyəti də məhz belə məkrli manipulyasiyalarla Azərbaycana qarşı beynəlxalq "əks təbliğat bəhanəsi" qazanmaq niyyətindədir. Və erməni nazirin açıqlamaları da elə bu məkrli kampaniyanın tərkib hissəsidir.
Halbuki, Ermənistan baş naziri Nikol Paşinyan yekun sülh sazişindən danışarkən, bu sənədin üzərində müzakirələrin yekunlaşmadığını etiraf etmək məcburiyyətində qalıb. O, bildirib ki, indiyə qədər razılaşdırılmış 13 bəndin hələlik gizli saxlanması daha doğru yanaşmadır. Erməni baş nazir hesab edir ki, həmin yarımçıq sənədin təktərəfl şəkildə ictimailəşdirilməsi diplomatik anlamda yolverilməzdir. Bununla belə, erməni baş nazir yekun sülh sazişinin diplomatik münasibətlərin qurulmasını, qarşılıqlı olaraq, ərazi bütövlüyünün tanınmasını və bu sənədin icrasına nəzarət edəcək ikitərəfli komissiyanın yaradılmasını nəzərdə tutulduğunu da vurğulayıb.
Maraqlıdır ki, baş nazir Nikol Paşinyan yekun sülh sazişi ilə bağlı danışarkən, Qarabağ mövzusuna da toxunub. Onun fikrincə, bu məsələ uzun illər bəzi dövlətlər tərəfindən Ermənistana nəzarət mexanizmi kimi istifadə olunub: "Bu münaqişədən Ermənistan dövlətinin sıradan çıxarılması üçün alət kimi istifadə edilib. Ona görə də, BMT tribunasından Ermənistanın maraqlarına uyğun mövzulardan danışmağa üstünlük verdim. Erməni xalqı öz tarixi barədə bütün həqiqətləri bilməlidir. Halbuki, müxalifət Ermənistanın əleyhdarlarının maraqlarını dəstəkləməkdə davam edir".
Göründüyü kimi, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qərb platformalarında "gözyaşı siyasəti" ilə Azərbaycana qarşı ittihamlar irəli sürməyə çalışır. Hələ tam razılaşdırılmamış yekun sülh sazişi üzərindən manipulyasiyalar edərək, Azərbaycana böhtan atır. Bu manipulyasiyaların əsas müəllifi olan Ermənistan baş naziri Nikol Paşinyan isə rəsmi İrəvanın məkrli oyunlarının bumeranq effekti verə biləcəyi ilə bağlı ehtimala hazırlaşmağa üstünlük verir. Erməni müxalifətini "Qarabağ mövzusu"ndan məhrum buraxaraq, Ermənistanın düşmənlərinin maraqlarına xidmət etməkdə suçlayır. Və Paşinyan hakimiyyətinin bu ziddiyyətlərlə yüklənmiş "siyasi kursu" isə Ermənistan cəmiyyətində belə, ciddi çaşqınlıqla qarşılanır.
Ona görə də, Paşinyan hakimiyyəti Ermənistan daxilində olan siyasi böhranın öhdəsindən gəlməkdə çətinlik çəkir. Rusiyaya bağlı Qaradağ klanı və erməni kilsəsi ilə qarşıdurma rəsmi İrəvan üçün kifayət qədər ciddi problemlər yaratmaqda davam edir. Halbuki, bu daxili böhranı öz xeyrinə həll etmək üçün Paşinyan hakimiyyətinə ilk növbədə Ermənistan cəmiyyətini gündəmə gətirdiyi narrativlərə inandırması həlledici faktordur. Və rəsmi İrəvanın ziddiyyətli mövqeyi onu bu hədəfdən hələlik uzaq tutur.
Təbii ki, belə situasiyada Paşinyan hakimiyyəti Rusiyaya bağlı müxtəlif qüvvələrin - Qarabağ klanı və erməni kilsəsinin kütləvi etiraz aksiyalarına məruz qalmaqda davam edir. Belə ki, müəyyən fasilədən sonra erməni kilsəsi keşiş tərəfindən Baqrat Srbazan yenidən küçə və meydanlara geri qaytarılıb. Hər halda, Paşinyan hakimiyyəti kimi, Rusiyaya bağlı müxalifət qüvvələrinin də növbəti parlament seçkilərinə hazırlaşdığı qətiyyən şübhə doğurmur. Erməni kilsəsinin idarə etdiyi revanşist müxalifət düşərgəsinin əsas hədəfi isə ilk növbədə Paşinyan hakimiyyətinin seçkilərə qədər devrilməsini təmin etməkdir.
İsrailin Livana hücumu Yaxın Şərqdəki vəziyyəti tamamilə dəyişib. Artıq ABŞ və İsrailin Yaxın Şərqdə əsas hədəflərindən biri Türkiyənin olduğu bildirilir.
Bununla bağlı "haber7"yə açıqlama verən İstanbul Topkapı Universitetinin müəllimi Cihat Yaycının sözlərinə görə, İsrailin bölgədəki hücumlarının son hədəfi Türkiyədir.
Bunun səbəblərini açıqlayan Cihat Yaycı deyib ki, burada hədəfin böyük İsrailin vəd edilmiş torpaq olduğunu görməmək mümkün deyil. "Çünki İsraildə Vəd edilmiş Torpaqlar Nazirliyi var. Bu onlar üçün dövlət siyasətidir. Mən hələ zamanında dedim ki, İsrail özünümüdafiədən istifadə edərək hücumun coğrafiyasını genişləndirəcək. Livan və Suriyaya girəcək. Belə oldu", - o qeyd edib.
O bildirib ki, burada Türkiyə üçün ən böyük təhlükə Suriyanın şimalında məskunlaşan YPG/PKK terror təşkilatıdır: "Bundan sonra növbəti hədəf Türkiyədir. Suriyanı bu və ya digər şəkildə böldülər. İndi Türkiyənin 22 əyaləti terror təşkilatı PKK-nin hədəfindədir. Yəni PKK İsraillə bərabərdir. Bunu anlamayan kordur", - o qeyd edib.
Yaycı onu da əlavə edib ki, İranın İsrailə raket hücumu prosesin sürətlənməsinə təkan verəcək.
Terror və təhlükəsizlik mütəxəssisi Coşqun Başbuğ isə bildirib ki, İranın raket hücumu ilə İsrailə bölgədə işğal siyasətini genişləndirmək üçün yeni imkanlar açıldı.
O bildirib ki, İsrail yaxın zamanlarda bölgədə fərqli yerləri vuracaq. "Əgər bu Suriya, Livan və İraqda baş verərsə, İran əvvəllər olduğu kimi bununla da ABŞ və İsrailin yolunu açmış olacaq. Türkiyənin məsuliyyət daşıyacağı bir teatra yenidən baxmış olacağıq", - Başbuğ qeyd edib.
Belarus Prezidenti Aleksandr Lukaşenko noyabrda COP29 iqlim konfransının keçiriləcəyi Bakı şəhərinə gəlmək planlarını təsdiqləyib.
Bu barədə BELTA məlumat yayıb.
Donlad Tramp İsrail və İran arasındakı yaranan son gərginliklə bağlı mövqeyini açıqlyaraq, baş verənləri çox pis hadisə kimi dəyərləndirib.
Trampın sözlərinə görə, əgər o, ABŞ prezidenti olsaydı, hadisələr belə bir həddə çatmazdı.
"Görünür, prosesi başa çatdırmalıdırlar. Bu durum məktəb həyətində dalaşan iki uşağa bənzəyir", - Tramp qeyd edib.
Tramp əlavə edib ki, bəzən nə baş verdiyini görmək lazımdır. "Amma bu gün gördükləriniz dəhşətli bir müharibədir. Bunun sonu necə olacaq?", - o vurğulayıb.