![]() |
|
ABŞ senatoru Marko Rubio İstanbulda keçiriləcək mühüm diplomatik danışıqlarda iştirak etmək üçün şəhərə gəlib.
Musavat.com xəbər verir ki, bu barədə France-Presse agentliyi məlumat yayıb.
Bu gün İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında danışıqların keçirilməsi planlaşdırılıb. Bununla yanaşı, ABŞ, Türkiyə və Ukrayna arasında üçtərəfli görüş də baş tutacaq.
Görüşlər regional sabitlik və münaqişənin həlli baxımından mühüm əhəmiyyət kəsb edir.