![]() |
|
Türkiyə, ABŞ və Ukrayna nümayəndələri arasında gözlənilən üçtərəfli görüş başlayıb.
Bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.
Görüş İstanbulun simvolik əhəmiyyətə malik "Dolmabahçe" ofisində keçirilir.
Diplomatik mənbələr bildirir ki, müzakirələrin əsas gündəm mövzularına Rusiya-Ukrayna müharibəsinin gedişi, Qara dənizdə təhlükəsizlik vəziyyəti, taxıl dəhlizi razılaşmasının gələcəyi və regional sabitliyin qorunması daxildir.