Paşinyan Azərbaycan telekanalına müsahibə verdi, özü də paylaşdı

Ermənistan Baş naziri Nikol Paşinyan İctimai TV-nin suallarını cavablandırıb.

Əvvəlcə media nümayəndələrindən yan keçməyə çalışan hökumət başçısı sonradan 2 suala cavab verəcəyini söyləyib.

O, Minsk qrupunun buraxılması və Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı müsahibə verib.

“Hələlik yeni konstitusiya layihəmiz yoxdur. Azərbaycanın qaldırdığı məsələləri bilirik. Aydındır ki, bizim Konstitusiya Məhkəməsinin qərarına əsasən, qüvvədə olan konstitusiyamızda qonşularımıza qarşı heç bir ərazi iddiaları yoxdur. Bu artıq hüquqi cəhətdən qeyd olunmuş faktdır.  Mən artıq dedim. Bizim Azərbaycan Konstitusiyası ilə bağlı narahatlığımız var. Orada Ermənistana qarşı ərazi iddialarını görürük. Təəssüflər olsun ki, Azərbaycanın konkret siyasi hərəkətlərini görürük. Hansı ki, düşünməyə əsas verir ki, Azərbaycanda öz ərazisindəki münaqişəni qapadıb onu Ermənistanın ərazisinə ixrac etmək istəyən dairələr var. ”, - deyə o bildirib.

Jurnalist isə "Azərbaycanda deyirlər ki, Azərbaycan Konstitusiyasında heç bir ərazi iddiası yoxdu" söyləyib.

Baş nazir isə belə deyib: "O zaman problem nədir? Gəlin, həmin saatda, həmin gün, həmin yerdə sülh müqaviləsini və ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə sənədi, bəyənatı imzalayaq. Mən dəfələrlə publik şəkildə demişəm: buna hazır olduğumuzu təsdiq edirəm".

Paşinyan sözügedən görüntüləri sosial media hesabında paylaşıb.

 

 

16 May 2025 İlham Əliyev Paşinyanla görüşdü - VİDEO
16 May 2025 XİN-dən Paşınyana CAVAB
16 May 2025 İlham Əliyev Tiranada Zirvə toplantısında iştirak edir
16 May 2025 “Lovol” Azərbaycan fermerlərinin ehtiyaclarına uyğun modellər təklif edir”
15 May 2025 Prezident İlham Əliyev Albaniyada işgüzar səfərdədir
15 May 2025 Pakistanın Baş naziri Azərbaycan Prezidentinə zəng vurub
15 May 2025 FHN-in 20 illik yubiley medalı təsis olunacaq
15 May 2025 92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir
15 May 2025 İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar

Xəbər lenti