![]() |
|
Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Donald Trampa başsağlığı məktubu göndərib.
məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Pittsburq şəhərində sinaqoqa silahlı hücum nəticəsində insan tələfatı barədə xəbər məni olduqca kədərləndirdi.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
Gürcüstanda keçirilən prezident seçkilərində burada yaşayan azərbaycanlıların müxalifətin namizədinə səs verməsi keçmiş prezident Mixail Saakaşvilini sevindirib.
sosial şəbəkədə canlı yayıma çıxan Saakaşvili ölkədə seçki dairələri üzrə səsvermənin nəticələrini oxuyub. Qardabani rayonunda səs faizlərini deyən zaman o bu nəticələrdən sevindiyini gizlətməyib və soydaşlarımıza Azərbaycan dilində təşəkkür edib: “Azərbaycan, çox sağ ol. Sizlər dostumsunuz!”.
Gürcüstanda keçirilən prezident seçkilərində ikinci tur ehtimalı olduqca aşağıdır.
Axar.az xəbər verir ki, bu sözləri Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili deyib.
İvanişvilinin sözlərinə görə, ikinci turun keçirilməsinə zərurət yaranacağı halda da heç bir problem olmayacaq və Zurabişvili qalib gələcək.
Qeyd edək ki, bu gün Gürcüstanda prezident seçkisi keçirilir.
ABŞ Prezidenti Donald Tramp Pensilvaniya ştatının Pittsburq şəhərindəki sinaqoqa hücum edən şəxsə edam cəzası verilməsini istəyib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazıb.
“Bu tip şəxslər xəstə düşüncə tərzinə malikdirlər. Yəhudilərin əleyhinə olan biri mənim dəstəkçim deyil. Bu insanlara qarşı edam cəzasını yenidən geri gətirməliyik", - Tramp bidirib.
Qeyd edək ki, bu gün ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində insanların toplaşdığı sinaqoqlardan birinə silahlı şəxs hücum təşkil edib. Hadisə nəticəsində ən azı 8 nəfərin öldüyü bildirilib.
Rusiya ABŞ-la ən kəskin beynəlxalq məsələləri və ikitərəfli gündəmdə dayanan mövzuları müzakirə etməyə hazırdır, ancaq bu, bərabərhüquqlu əsaslarda olmalıdır.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov danışıb.
“Biz hər kəslə, o cümlədən ABŞ-la normal, işgüzar, qarşılıqlı hörmətə əsaslanan münasibətlər istəyirik. Biz dəfələrlə bu münasibətlərin yaradılması üçün şərtlərimizi ABŞ tərəfinə çatdırmışıq. Bu prezident, dövlət katibi, Təhlükəsizlik Şurası katibi səviyyələrində baş tutub”, - Lavrov bildirib.
İstanbulda Suriya ilə bağlı Türkiyə, Rusiya, Fransa və Almaniya liderlərinin dördtərəfli zirvə görüşünun nəticələri haqqında Suriya hökuməti məlumatlandırılacaq.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Hər şey ortaq bəyanatda qeyd edilib. Bundan əlavə, Suriya rəhbərliyinə də ayrıca məlumat veriləcək”, - Peskov bildirib.
Qeyd edək ki, İstanbulda Suriya məsələsinin müzakirə olunduğu zirvə görüşündən sonra liderlər ortaq bəyannamə qəbul edib.
Türkiyə Hərbi Hava Qüvvələri Şimali İraqda PKK terrorçularına qarşı əməliyyat keçirib.
Axar.az xəbər verir ki, bombardman nəticəsində Hakurk bölgəsindəki terror qruplaşmasına aid düşərgələr və sığınacaqlar məhv edilib. 4 terrorçu isə öldürülüb.