![]() |
|
Almaniya, Fransa və İngiltərə itkin düşmüş jurnalist Camal Qaşıqçı ilə bağlı ortaq bəyanat yayıb.
Axar.az xəbər verir ki, bəyanatda Türkiyə və Səudiyyə Ərəbistanının jurnalistin axtarışı yönündə fəaliyyətinə dəstək ifadə edilib.
“Səudiyyənin bununla bağlı daha detallı informasiya verməsini gözləyirik”, - deyə bildirilib.
Qeyd edək ki, müxalifətçi ərəb jurnalist Camal Qaşıqçı oktyabrın 2-də rəsmi prosedurlarla əlaqədar Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və bir daha ondan xəbər almaq mümkün olmayıb. C.Qaşıqçının Səudiyyə Ərəbistanının sifarişi ilə öldürüldüyü iddia edilir.
İran Suriyada hərbi varlığını davam etdirəcək.
Axar.az xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Ramazan Şərif deyib.
Suriya böhranının İsrail üçün təhlükəsizlik sahəsi formalaşdırmaq məqsədilə başladıdığını bildirən sözçü İranın beynəlxalq hüquqa uyğun şəkildə Suriyanı dəstəklədiyini qeyd edib
ABŞ kosmik qüvvələrin yaradılmasında Rusiya və Çindən geri qalır.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp danışıb.
“Mənim əmrimlə hazırda Pentaqon ABŞ Silahlı Qüvvələrinin 6-cı növü – kosmik qüvvələrin yaradılması üzərində çalışır. Yeri gəlmişkən Rusiya və Çin artıq bu işləri başladıblar”, - Tramp bildirib.
Rusiya Milli Antiterror Komitəsi və təhlükəsizlik qüvvələrinin Dağıstanın Xasavyurd bölgəsində həyata keçirdikləri əməliyyatlarda İŞİD terror təşkilatı ilə əlaqəsi olan 2 şəbəkə üzvü öldürülüb.
Axar.az xəbər verir ki, əməliyyatın Endirey kəndində bir çox terror aktında iştirak edən silahlı şəbəkə üzvlərinin gizlənməsi ilə bağlı informasiya əsasında keçirildiyi bildirilib.
Əməliyyatda İŞİD-lə əlaqəsi olan şəbəkə ələ keçirirlib. Silahlarını verməyən və təslim olmağı rədd edən 2 şəbəkə üzvü isə məhv edilib.
Rahib Branson məsələsinə bundan əvvəl Türkiyəyə qarşı başladılan və sistemli xarakter alan “Gəzi” hadisələri, 17-25 dekabr MİT böhranı, artan terror hadisələri, 15 İyun dövlət çevrilişinə cəhd, Suriyanin şimalında formalaşdırılmağa çalışılan PKK terror dövləti də daxil olmaqla, bir-biri ilə əlaqəli olan imperial layihələrin tərkib hissəsi kimi baxmaq lazımdır.
ABŞ Çinin amerikalı hərbçilərə qarşı təhdidlərinə səbir nümayiş etdirməyəcək.
Axar.az xəbər verir ki, bunu “Salem Radio Netvork”ə açıqlamasında ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.
“Biz ABŞ hərbçilərinə qarşı təhdidlərə dözməyəcəyik. Beynəlxalq dəniz yollarını açıq saxlamaq niyyətindəyik. Çinlilər bunu anlamalıdırlar.
Çin uzun zaman beynəlxalq nizamdan sui-istifadə edib, lakin indi ABŞ-ın buna müqavimət göstərmək vaxtı çatıb. ABŞ Cənubi Çin dənizində Çinlə əməkdaşlıq etmədən təbii resurların işlənilməsi üzərində düşünür. Bura Çin vilayəti deyil və heç vaxt da olmayacaq”, – deyə o bildirib.
Qeyd edək ki, Cənubi Çin dənizində Spratli adaları Çin tərəfindən zəbt edilib. Bu əraziyə Çinlə bərabər Yaponiya, Vyetnam və Filippin də iddia edir. ABŞ isə bölgəyə tez-tez patrul işini həyata keçirmək üçün öz gəmilərini göndərir. Çin bundan öncə dəfələrlə ABŞ-ı öz ərazi sularını pozmaqda ittiham etsə də, ABŞ bununla razılaşmayıb və bu əraziləri beynəlxalq sular adlandırıb.
Dekabrda Ermənistandakı növbədənkənar seçki Nikol Paşinyanın şəxsi qələbəsi, dövlətçiliyin isə məğlubiyyəti olacaq.
Axar.az xəbər verir ki, bunu “Blumberq” agentliyinə müsahibəsində Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib. Köçəryan deyib ki. Paşinyan 1 mart hadisələrinin əsas iştirakçılarından biri, kütləvi iğtişaşların təşkilatçısı idi:
"Mən Paşinyanla şəxsən tanış deyiləm. Onun mənim şəxsiyyətimə qarşı nifrəti var. Bu da özünü fərqli dövlət institutlarının fəqliyyətlərində büruzə verir.
Yeni seçki sayəsində bir siyasi monopoliya digəri ilə əvəz ediləcək. Paşinyanın partiyası formalaşmayıb və hələlik bəlli deyil ki, onlar dövlət idarəçiliyindəki ağır məsələlərə görə məsuliyyəti üzərilərinə necə götürəcəklər. Aydındır ki, onlar peşəkarları yanlarına çəkmirlər”.
“Şimal axını-2” Almaniya üçün doğru qərardır.
Axar.az xəbər verir ki, bunu Almaniyanın Meklenburq-Ön Pomeraniya vilayətinin Baş naziri Manuel Şveziq deyib.
“Şimal axını-2” Almaniya üçün vacibdir. Belə ki, bu, enerji təminatı üçün əlava qaz mənbəyidir” – deyə o bildirib.
Onun sözlərinə görə, bu kəmərin Almaniyanı Rusiyadan asılı vəziyyəti salacağı ilə bağlı iddialar yanlışdır:
“Bütün tərəflər etibarlı tədarükdə maraqlıdırlar. Almaniya bundan sonra da ehtiyacı olduğu qazın böyük hissəsini fərqli mənbələrdən alacaq. Ölkə gərək özü nəyi haradan alacağına qərar versin”.