Hindistanda qatar relsdən çıxdı, ölənlər var

Hindistanın şimalında qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı yeddiyə çatıb.

 qəza nəticəsində 30 nəfər yaralanıb. Faciə bu gün Uttar-Pradeş ştatında qeydə alınıb. Qəzanın səbəbi hələ ki, bilinmir. 

İnsidentdən sonra bəzi sərnişinlərin vaqonlarda ilişib qaldığı istisna edilmir. Hazırda onların axtarışı və xilası üçün əməliyyat keçirilir.  

Hökumət ölü sayının artacağından ehtiyat edir.

 

 

 

Eks-nazir də daxil olmaqla 19 nəfərə ölüm hökmü verildi

Dəkkə məhkəməsi bu gün Banqladeşin keçmiş daxili işlər naziri Lutfozzamana Babara və 18 nəfər haqda ölüm hökmü çıxarıb.

Həmin şəxslər 2004-cü ilin avqustunda qumbaradan istifadə etməklə təşkil edilən hücumda iştirak etməkdə ittiham olunublar. Söhbət həmin tarixdə paytaxt Dəkkəyə edilən və aralarında ölkənin iki siyasi partiya liderinin də olduğu 24 nəfərin öldüyü hücumdan gedir. 

Hücum zamanı, eyni zamanda indiki baş nazir Şeyx Hasin də yaralanmışdı. 

Məhkəmənin hökmü ilə daha 18 nəfər, o cümlədən Banqladeş milli partiyasının hazırki lideri Tarik Rahman ömürlük həbs cəzası alıb. 

 

 

 

“Qarabağ Azərbaycan ərazisidir”

Almaniya bundestaqının sağçı radikal AfD fraksiyasının AFR hökumətinə göndərdiyi “Almaniya-Ermənistan münasibətləri” mövzusunda kiçik sorğusunda Dağlıq Qarabağla bağlı bəzi suallar da yer alıb.

bu barədə Almaniya mediası məlumat yayıb. 

AFR hökumətinin sözügedən sorğuya cavabının girişində qeyd olunubki, “AFR hökuməti xüsusi olaraq vurğulayır ki, “Almaniya-Ermənistan münasibətləri” anlayışı ilə AFR və Ermənistan arasındakı münasibətlər başa düşülməlidir. AFR hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir. 

AFR hökuməti qondarma “Dağlıq Qarabağ Respublikasını” tanımır.” Hökumət sorğunun müvafiq bəndlərinə (Dağlıq Qarabağda insan hüquqlarının, mətbuat azadlığının, azlıqların vəziyyəti, orada yaşayan almanların sayı və s.) dair cavabında bu qeydinə istinad etməklə kifayətlənib. 

Həmçinin sorğudakı “AFR hökuməti Dağlıq Qarabağın beynəlxalq hüquqi statusunu necə qiymətləndirir?” sualına hökumət “Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir” cavabını verib.

İtaliyanın iki hakim partiyası – 5 Ulduz Hərəkatı və Şimal Liqası Partiyasını ümumilikdə italyanların 62,3%-i dəstəkləyir.

Axar.az xəbər verir ki, bu nəticə “İpsos” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Ayrı-ayrılıqda Şimal Liqasını əhalinin 33,8%-i, 5 Ulduz Hərəkatını əhalinin 28,5%-i dəstəkləyib. Sorğuya əsasən, Şimal Liqası son 6 ay ərzində səslərini 12% artırıb, hərəkatın səs faizi isə 4% azalıb.

Ölkədəki əsas müxalifət partiyaları olan Demokratik Partiya və İrəli İtaliya Partiyalarının dəstəkçilərinin sayı isə əhalinin 17,1% və 7,8%-ni təşkil edib.

Qeyd edək ki, Şimal Liqası Partiyası İtaliyanın şimalında, 5 Ulduz Hərəkatı isə cənubda daha populyardır. Hər iki siyasi təşkilat Avropa Birliyinə qarşı xüsusi mövqeyi ilə seçilir. Şimal Liqası AB-nin indiki vəziyyətinin İtaliya üçün sərfəli olmadığını və təcili dəyişikliklərin aparılmasını istəyir. 5 Ulduz Hərəkatına gəlincə isə AB-yə qarşı olan bu partiyanı bəzi Qərb ölkələri Rusiyanın təsir vasitəsi sayır.

Ermənistan hüquq-mühafizə orqanları eks-prezident Robert Köçəryanın yaxın adamlarına nəzarəti gücləndirəcəklər.

Ardını oxu...

Moskva İraq və Suriyada apardığı informasiya müharibəsində Qərbi məğlub etdi.

Ardını oxu...

Rusiya hərbi təyyarəsi İl-20 faciəsinin təkrarlanmaması üçün əlimizdən gələni edəcəyik.

Ardını oxu...

Kremlin Yaxın Şərqdə həyata keçirdiyi siyasətlə maraqlanan Rusiyanın intellektual icması bu kontekstdə tarixi beş yüz ilə söykənən rus-türk münasibətlərinin nə qədər vacib olduğunu anlamaya bilməz.

Ardını oxu...

Rusiya Prezidenti Vladimir Putin Stavropol diyarında fermerlerlə görüşdə işgüzarlığının sirrini açıqlayıb.

Ardını oxu...

Oktyabrın 8-də BMT-nin Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində İranın ABŞ-a qarşı qaldırdığı vəsatət əsasında növbəti dinləmələr başlayıb.

Axar.az xəbər verir ki, İran vəsatət qaldıraraq ABŞ-ı 2 milyard dolları mənimsəməkdə və 1955-ci ildə hər iki dövlət arasında imzalanan iqtisadi əməkdaşlıq və dostluq haqqındakı müqaviləni pozmaqda ittiham edir.

Məhkəmədə ABŞ-ın vəkilləri çıxış edərək, istər İranın 2 milyard dollar vəsaitini qaytarmamaqda, istərsə də İrana qarşı sanksiyalar tətbiq etməkdə haqlı olduqlarını sübut etməyə çalışıblar.

Xatırladaq ki, oktyabrın 4-də keçirilən ilkin dinləmələrdən sonra BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi ABŞ-dan humanitar sahələrə, o cümlədən səhiyyə və əczaçılıq sahələrinə tətbiq etdiyi sanksiyaları aradan qaldırmağı tələb etmişdi. Lakin rəsmi Vaşinqton bəyan etdi ki, Haaqa məhkəməsinin sanksiyaları aradan qaldırmaq haqqında hökm vermək ixtiyarı yoxdur. Çünki ABŞ sanksiyaları tətbiq etməklə milli maraqlarını qoruyur. Milli maraqları qorumaq isə hər bir dövlətin suveren haqqıdır.

BMT-nin Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsi dövlətlər arasındakı mübahisə və münaqişələri həll etmək üçün ən yüksək instansiyalı məhkəmədir. Bu məhkəmənin hökmündən apelyasiyaya şikayəti verilmir və hökmün icrası mütləqdir. Buna baxmayaraq, bu məhkəmə icra strukturuna malik deyil. Bəzi hallarda bir sıra dövlətlər, o cümlədən ABŞ məhkəmənin hökmünü inkar edib və yerinə yetirməyib.

Xəbər lenti