![]() |
|
Ermənistan Baş naziri Nikol Paşinyan yeni Energetika naziri Qaregin Baqramyana tapşırıq verib ki, qısa zaman ərzində Rusiyadan alınan qazın qiymətləndirilməsinin analizini başa çatdırsın və yeni qiymətin müəyyənləşdirilməsiylə bağlı təkliflər paketi təqdim etsin.
Axar.az xəbər verir ki, Paşinyanla Baqramyanın görüşü baş nazirin Feysbuk səhifəsində canlı yayımlanıb. Baş nazir Baqramyandan qazla bağlı danışıqların hansı mərhələdə olduğuyla maraqlanıb. O, Rusiya Prezidenti Vladimir Putinlə noyabrın 8-də görüşəcəyini və daha bir görüşün isə dekabrın ortalarında olacağını bildirib. Paşinyan Baqramyandan buna görə təkliflər paketinin daha tez hazır olmasını istəyib.
Baqramyan isə Paşinyana cavabında qazın qiymətinin 150 dollar olmasının əsaslandırılmadığını bildirib. O, sərhəddə optimal qiymətin 140 dollar olması gərəkdiyini vurğulayıb. Energetika naziri həmçinin istehlakçılar üçün də tariflərin yenidən baxılmasına ehtiyacın olduğunu söyləyib.
Paşinyan görüşün sonunda hazırlanan təkliflərin ciddi dəlillərlə əsaslandırılması gərəkdiyini bildirib.
Qeyd edək ki, Ermənistan Rusiyadan qazı 150 dollara alır. Ölkənin daxilində isə istehlakçılara qaz 290 dollara satılır.
ABŞ rusiyalı oliqarx Oleq Deripaskanın aktivlərini dondurub.
Axar.az xəbər verir ki, “Nyu York Post” Deripaskanın xüsusilə Nyu York və Vaşinqtondakı iqamətgahlarına həbs qoyulduğunu yazıb.
Qeyd edək ki, Oleq Deripaskaya qarşı ABŞ sanksiyaları bir müddət öncə tətbiq edilib. Sanksiyalardan sonra Deripaskanın şirkətlərinin səhmləri kəskin şəkildə ucuzlaşıb.
Deripaska Nyu Yorkda özünə 2008-ci ildə 42,5 milyon dollara iqamətgah almışdı.
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Rusiya və Cənubi Qafqaz ölkələrinə səfər edəcək.
Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində erməni politoloq Suren Sərkisyan paylaşıb.
“Artıq açıq şəkildə deyə bilərəm ki, Con Bolton iki həftə sonra Rusiya, Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək. Bu, Ermənistan üçün ABŞ-la münasibətlərinin gündəmini müəyyənləşdirmək şansıdır. Bu, əlçatmazın əlçatan olmasıdır”, – deyə o bildirib.
Qəbələ rayonunda yanğında qızlarını itirən ərəb ailəsi Suriyadan müharibədən qaçıblar.
Həmin evi ərəb turistlərə kirayəyə verən makler Mahizər Sərdərova açıqlamasında bildirib ki, evi kirayə götürən şəxslər bir ailənin üzvləri olub:
“Ata, ana, onların 3 qızı, 1 oğlan və 1 azyaşlı körpə olublar. Məlumata görə, evdə ütü elektrikə taxılı vəziyyətdə qalıb və yanğın ütüdən başlayıb.
Həmin ev Yusif Abdullayev Qoca oğluna məxsusdur. Evdə qalanlar isə Suriyadan olan ərəblərdir, bizə də oradakı evlərini göstərdilər, dedilər bombalanıb dağılıb. Beş gün idi o evdə qalırdılar, demişdilər “Asan Xidmət”ə gedib qalma müddətlərini artırsalar, yenə də əlavə qalacaqlar”.
Qeyd edək ki, yanğın nəticəsində ailənin 23 yaşlı qızı yanaraq ölüb.
Avropada son 5 həftədə 5 hava yolu şirkəti müflis olduğunu açıqlayıb.
“Azur Air” (Almaniya), “Small Planet” (Almaniya), VLM (Belçika) və “Skywork Airlines” (İsveçrə) şirkətlərindən sonra Danimarka və Latviya mənşəli “Primera Air” də fəaliyyətini dayandırıb.
2003-cü ildə qurulan şirkətin cəmi 9 təyyarəsi olub. “Primera Air” sonuncu dəfə Şimali Amerikaya reyslər həyata keçirib.
Ermənistanda biznesmen Samvel Mayrapetyan həbs edilib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Xüsusi İstintaq Komitəsi yayıb.
Qeyd edək ki, Mayrapetyan Robert Köçəryanın ən yaxın adamlarından biridir. O, H2 televiziyasının və “Yerevan.Today” saytınının sahibidir.