![]() |
|
Gürcüstanın Batumi şəhərində etiraz aksiyaları keçirilir.
aksiya iştirakçıları Qara dəniz sahilində hündürmərtəbəli binaların tikintisinə etiraz edirlər.
Onlar bildiriblər ki, bu mitinq xəbərdarlıq xarakteri daşıyır. Hökumət onların tikintini dayandırmaq tələbini yerinə yetirməsə, aksiyalar daha kütləvi xarakter alacaq.
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin başına iş gəlib.
partiya sədri Vladimirsk əyalətinin qubernatoru seçilən Vladimir Sipyaqinin inauqurasiya mərasimi zamanı səhnəyə çıxarkən yıxılıb.
Nitq söyləmək üçün səhnəyə dəvət olunan Jirinovski büdrəyərək pilləkəndən yıxılıb və onun köməyinə fotoqraf yetişib.
Jirinovski daha sonra ayağa qalxaraq tribunaya yaxınlaşıb.
Almaniyanın bazar araşdırması və statistika qurumu olan “Statista” tərəfindən 30 Avropa ölkəsində araşdırma aparılıb.
günlük istehlak məhsullarının qiymətlərinə əsasən aparılan araşdırma nəticəsində ən bahalı Avropa ölkəsi İslandiyanın olduğu ortaya çıxıb.
Bu qitədə qiymətlərin ən ucuz olduğu ölkə isə Bolqarıstandır.
Araşdırma zamanı məhsulların 2000-2017-ci illər aralığında qiymət dəyişkənliyi nəzərdən keçirilib.
17 il ərzində qiymətlərin ƏN ÇOX artdığı Avropa ölkələri:
1. İslandiya - 171 faiz
2. İsveçrə - 165,9 faiz
3. Norveç - 151,9 faiz
4. Danimarka - 141 faiz
5. Lüksemburq - 141 faiz
17 il ərzində qiymətlərin ƏN AZ artdığı Avropa ölkələri:
1. Bolqarıstan - 44 faiz
2. Rumıniya - 48,4 faiz
3. Polşa - 53,2 faiz
4. Macarıstan - 58,5 faiz
5. Litva - 60,2 faiz
Axar.az rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert Yevgeni Mixaylovla müsahibəni təqdim edir: