![]() |
|
2018.10.06 - 16:50
Səudiyyə Ərəbistanı itən səudiyyəli jurnalist Camal Qaşıqçının ölkə ərazisində olmadığını sübut etmək üçün Türkiyə hökumətinə Ər-Riyadın Ankaradakı səfirliyində axtarış aparmaq izni verməyə hazırdır.
Axar.az xəbər verir ki, bunu Ərəbistanın vəliəhdi Məhəmməd bin Salman “Blumberq” agentliyinə müsahibəsində deyib.
“Səfirlik bizim suveren ərazimizdir. Buna rəğmən biz onlara izn verəcəyik ki, səfirliyimizə daxil olub, araşdırma aparsınlar. Gizlədəcək heç nəyimiz yoxdur”, – deyə o bildirib.
Qeyd edək ki, C.Qaşıqçı Səudiyyə Ərəbistanının Ankaradakı səfirliyinə gedərək, sənədlərini yeniləmək istəyib. Səfirliyə həyat yoldaşı ilə birgə gedən Qaşıqçı binaya tək buraxılıb. Bundan 5 saat sonra isə Qaşıqçının yoldaşına jurnalistin səfirlik ərazisini tərk etdiyi bildirilib.
Qaşıqçının hələ də harada olduğu haqqında heç bir məlumat yoxdur.
***
Səudiyyə Ərəbistanının Ankaradakı səfirliyinə getdikdən sonra itən jurnalist Camal Qaşıqçının səfirlikdə saxlanılması iddiası ilə bağlı istintaq başladılıb.
***
İtkin düşən səudiyyəli jurnalist Camal Qaşıqçı 2 oktyabrda ailə qurmaq üçün lazım olan sənədlərə görə getdiyi Ər-Riyadın Ankaradakı səfirliyindən bir daha çıxmayıb.
Bu barədə məlumatı Ankara Polis İdarəsi də təsdiqləyib.
***
"Röyter" agentliyi Səudiyyə Ərəbistanının Ankara səfirliyinə getdikdən sonra itən jurnalist Camal Qaşıqçının səfirlikdə öldürülməsi ilə bağlı məlumat yayıb.
Agentlik iki türk rəsmisinin itkin düşən Camal Qaşıqçı ilə bağlı fikirlərini yayımlayıb.
Agentlik türk rəsmilərinin, "Türk polisinin məsələni ilk dəyərləndirməsi jurnalistin səfirliyin içində öldürülməsi istiqamətindədir. Biz cinayətin əvvəldən planlaşdırıldığına və cəsədin sonradan səfirlikdən çıxarıldığına inanırıq", - dediyini qeyd edib.
ABŞ Prezidenti Donald Trampa üzərində zəhərli risin maddəsi olan məktub göndərən ABŞ vətəndaşı Federal Təhlükəsizlik Bürosu (FTB) tərəfindən saxlanılıb.
Axar.az xəbər verir ki, 2002-ci ildə ABŞ Hərbi-Dəniz Donanmasında xidmət edən Villiam Klayd dindirilmə zamanı məqsədininin dövlət rəsmilərinə mesaj göndərmək olduğunu deyib.
Klayd zəhərli hind yağı toxumları yerləşdirilən məktublardan Pentaqon rəhbəri Ceyms Mettisə, FTB direktoru Kristafor Vreyə, Rusiya Prezidenti Vladimir Putinə, İngiltərə kraliçası II Elizabetə və başqalarına da göndərdiyini bildirib. O, sözügedən şəxslərin ünvanlarını, eləcə də zəhərli maddəni internetdən tapdığını söyləyib.
Rusiya Prezidenti Vladimir Putin heç vaxt Gürcüstanı aldatmayıb.
Axar.az xəbər verir ki, bunu “Palitra” qəzetinə açıqlamasında Gürcüstan parlamentinin eks-spikeri Nino Burcanadze deyib.
“Mən Putinə inanıram. O, hər şeyi birbaşa və açıq deyən adamdır. O, heç vaxt Gürcüstanı aldatmayıb. 2008-ci ildə də Putin bizi aldatmamışdı. Bunu Saakaşvili də deyirdi”, – deyə o bildirib.
Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın Rusiya neftinin 19 il sonra azalması ilə bağlı irəli sürdüyü fikirlər mövcud bazara təsir etməyəcək.
Axar.az xəbər verir ki, bu sözləri Sputnik-ə açıqlamasında Rusiya Federasiyası Şurasının İqtisadiyyat Komitəsi sədrinin müavini Sergey Kalaşnikov deyib. O bildirib ki, Səudiyyə Ərəbistanının perspektivləri yaxşı olsa da, oradakı neft sahələri də azalır:
“Sözügedən təxminin nəyə əsaslanaraq deyildiyini bilmirəm. Rusiyada təsdiqlənməmiş çox sayda neft ehtiyatı mövcuddur. Düzdür, dünyada kəşf edilən yataqların sayı azalıb. Ancaq bunların yerinə digər yanacaq növləri yaranır. Səudiyyə Ərəbistanının nefti Rusiyadakı neftə görə daha “yüngül”dür və barrel qiyməti daha aşağıdır”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Rusiyadakı neft istehsalının tamamilə olmasa da, 19 il sonra sürətlə azalacağını bildirib.