![]() |
|
Portuqaliyanın Sintra-Kaşkayş milli parkında baş verən yanğının söndürülməsinə 700 yanğınsöndürən cəlb edilib.
Axar.az xəbər verir ki, bu barədə “Assoşeyited Press” məlumat yayıb.
Bildirilib ki, Lissabondan 40 km uzaqlıqda yerləşən parkda baş verən yanğında 18 nəfər xəsarət alıb.
Ətrafdakı yaşayış zonasından 350 nəfərin təxliyyə edildiyi deyilir.
Yanğının söndürülməsinə aviasiya xidməti də cəlb edilib.
Rusiya ilə İngiltərə arasındakı münasibətlər düzələcək.
Axar.az xəbər verir ki, bunu “Rusiya 1” televiziyasına açıqlamasında Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin deyib.
Narışkin aparıcının Rusiya-İngiltərə münasibətlərindəki gərginliklə bağlı sualına “Bütün müharibələr hər zaman sülhlə nəticələnir” cavabını verib.
Qeyd edək ki, bu ilin mart ayında İngiltərənin Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal və qızının zəhərlənməsi iki ölkə arasındakı münasibətlərin gərginləşməsinə səbəb olmuşdu.
Rusiyanın İngiltərədəki səfirliyi "Finənşl Tayms" qəzetinin Rusiyanın Baş Kəşfiyyat Xidmətinin (QRU) agentlərinin bu ölkənin "İslam Channel" televiziyasına kiberhücum etməsi iddiası ilə bağlı xəbərdəki ziddiyyətlərə diqqət çəkib.
Axar.az xəbər verir ki, səfirlik xəbərin yalan olduğunu bildirib.
"Əvvəlcə xəbərdə hücuma məruz qalan kanalın İT infrastrukturunun tamamilə ələ keçirilməsi bildilib. Daha sonra kanal işçiləri kiberhücum barədə xəbəri İngiltərə Daxili İşlər Nazirliyindən aldıqlarını qeyd ediblər. Bundan başqa, Rusiya Baş Kəşfiyyatının rəsmiləri İngiltərə Daxili İşlər Nazirliyi onlarla əlaqə saxladıqdan sonra məsələdən xəbərdar olublar".
Səfirlik onu da qeyd edib ki, qəzetin əsas məqsədi Rusiyanı günahlandırmaqdır:
"Bu məqalədəki məlumatlar tənqid olunacaq keyfiyyətdə belə deyil. Yazı tələm-tələsik yazılıb və məntiqi cəhətdən məlumatlar doğru deyil. Əsas məqsədin isə Rusiyanı bir daha günahlandırmaq olduğu aydın görünür".
İrəvanın mərkəzi restoranlarından birində baş verən atışma nəticəsində keçmiş deputat Karo Karapetyan öldürülüb.
Axar.az xəbər verir ki, İrəvan polisi 6 oktyabr saat 22:40-da Nork-Maraş rayonundakı restoranlardan birində baş verən atışma ilə bağlı siqnal daxil olduğunu açıqlayıb.
Təcili Tibbi Yardıma isə iki yaralı haqda məlumat verilib. Onlardan biri xəstəxanaya aparılarkən ölüb. Digəri isə ağır yaralıdır.
Ölənin Çiçəklənən Ermənistan Partiyasının üzvü, sabiq deputat Karo Karapetyan olduğu bildirilib.
Polis cinayəti törədən şəxsin artıq müəyyənləşdiyini və bu barədə yaxın saatlarda məlumat veriləcəyini açıqlayıb.