Rusiya və Ukrayna arasında konflikt mənəvi parçalanmaya səbəb olub. Artıq Ukrayna Pravoslav Kilsəsi Rusiya Pravoslav Kilsəsindən ayrılmaq ərəfəsindədir.

Axar.az xəbər verir ki, bu iddia ilə “Blumberq” agentliyi çıxış edib.

“Kilsənin parçalanması Moskvanın mövqelərini zəiflədə, onun şərqi xristianlıqdakı aparıcı mövqeyini azalda bilər. Hazırda kilsənin parçalanmasının qan tökülməsinə səbəb olacağıyla bağlı ciddi təhlükələr var. Əslində, Ukrayna Pravoslav Kilsəsi ilə Rusiya Pravoslav Kilsəsinin parçalanması uzun müddətdir davam edir. Belə ki, 1992-ci ildə rus kilsəsinin Kiyevdəki lideri Filaret müstəqil kilsə yaratmağa cəhd etdi, lakin o zaman Rusiya Konstantinopol Patriarxlığından dəstək alaraq bunun qarşısını ala bildi.

Digər tərəfdən kilsələrin parçalanması ilə Moskva patriarxlığı Ukraynadakı prixodlara (Xristianlıqda aşağı kilsə təşkilatı və bu təşkilat üzvlərinin yaşadığı yer, məhəllə - red.) nəzarəti itirəcək. Belə ki, patriarxlığın tabeliyində olan 36 min prixodun təxminən üçdə biri Ukraynada yerləşir. Parçalanma həmçinin patriarx Kirill üçün böyük siyasi itki olacaq”, – deyə agentlik bildirib.

Böyük neft idxalçıları hazırkı neft qiymətləri ilə əlaqədar diskomfort yaşayırlar.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında OPEK Baş katibi Məhəmməd Barkindo deyib. O, bununla bağlı bir neçə həftə əvvəl Hindistandan məktub aldığını və rəsmi Dehlinin neft bazarında yaranan vəziyyətə görə narazılıq etdiyini bildirib.

Barkindo bu məsələnin 17 oktyabrda Hindistan dövlət nümayəndələri ilə müzakirə ediləcəyini açıqlayıb.

Qaşıqçı barədə nə baş verdiyini öyrənmək məcburiyyətindəyəm.

Ardını oxu...

Camal Qaşıqçının öldürülməsi iddiaları təsdiqini taparsa, bunun Səudiyyə Ərəbistanı üçün nəticələri ağır olacaq.

Ardını oxu...

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi Gömrük Komitəsinin keçmiş rəhbəri Armen Avetisyana qarşı cinayət işi açıb.

Ardını oxu...

Dəməşq İran qoşunlarının Suriyadan çıxarılmasına nail olmayana qədər Vaşinqton Suriyanın bərpasına heç bir vəsait verməyəcək.

Ardını oxu...


12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə Çeçenistanın “Əhməd” idman klubu adından video yayan şəxsin görüntüsü məşhurlaşmağa başlayıb.

Axar.az xəbər verir ki, idman klubunun adından danışan şəxs enerji içkisi qəbul etdikdən sonra metrodakı iki gənci “Axmat – sila” (Əhməd–gücdü) deməyə məcbur edir.

Yayılan görüntü ölkədə kəskin reaksiyalara səbəb olub. Ən sərt reaksiyanı isə öz Teleqram səhifəsində Çeçenistan lideri Ramzan Kadırov göstərib. O, görüntünü yayan şəxsin bir neçə saat ərzində öz qohumları ilə birgə Qroznıya gəlməsini tələb edib:

“Məni əsəbləşdirmək və özündən çıxarmaq çox çətindir. Bu gün isə qəzəbim üçün heç bir məhdudiyyət yoxdur. Bu görüntü yayanın harada olmasından asılı olmayaraq, ilk reyslə özünün yaxınlarıyla birgə Qroznıya gəlməyini tələb edirəm. Sənin sadəcə bir neçə saatın var, əks halda, buna görə çox peşman olacaqsan”.

O, video görüntüdə təhqir edilən gənclərdən də üzr istəyib. Kadırov bu görüntüləri yayan şəxsin çeçen xlaqının ənənələri və adətlərinə hörmət etmədiyini bildirib.

Qeyd edək ki, hələlik videonu yayan şəxsin kim olduğu bilinmir.

Keşiş Bransonun sabah keçiriləcək məhkəmədə azadlığa buraxılması vacibdir.

Ardını oxu...

Kaspiyskdə Xəzər Donanması üçün mərkəzin tikilişi dekabrda başa çatacaq.

Axar.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin kollegial iclasında Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib. Onun sözlərinə görə, bu, Xəzər donanması gəmilərinin Xəzər dənizinə çıxış zamanını əhəmiyyətli dərəcədə azaldacaq.

Qeyd edək ki, Rusiya bundan öncə Xəzər donanmasının Həştərxandan Dağıstanın Kaspiysk şəhərinə köçürülməsi haqqında qərar qəbul edib.

Bu ölkədə ölüm hökmü ləğv edilir

 

Malayziya yaxın vaxtlarda ölüm hökmünü ləğv edəcək.

Nazirlər Kabineti artıq qərarı təsdiqləyib və baxılması üçün parlamentə göndərib. 

Ölüm hökmünün ləğvi ilə bağlı qanun layihəsinə oktyabrın 15-də - parlamentin aşağı palatasının növbəti iclasında baxılacaq. 

Qeyd edək ki, Malayziyada ölüm hökmü xüsusi ağır cinayətlərə görə verilir. Bura qətl, azyaşlının zorlanması, dövlətə xəyanət, monarxiyaya qarşı silahlı qiyam, iri həcmli narkotik qaçaqmalçılığı daxildir. 

Ölkədə ölüm cəzası kimi asılmaqdan istifadə edilir. 

Xəbər lenti