![]() |
|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 28-də Almaniyaya rəsmi səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Almaniya prezidentinin mətbuat xidməti yayıb. Yayılan məlumatda Ərdoğanın Berlində kansler Angela Merkellə görüşüb-görüşməyəcəyi haqqında heç bir informasiya verilməyib.
Qeyd edək ki, bundan öncə Almaniya mətbuatı səfərin sentyabrda olacağını desə də, dəqiq tarixi açıqlamamışdı.
Ərdoğan sonuncu dəfə Almaniyaya 2014-cü ildə gedib.