ABŞ prezidenti Donald Tramp köməkçilərinin məsləhəti ilə fikrini dəyişib və ədliyyə naziri, baş prokuror Ceff Seşnsi bu ay istefaya göndərməmək qərarına gəlib.

 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

Qəzetin Tramp administrasiyasındakı mənbəyə istinadən məlumatına görə, Trampın ətrafı dövlət başçısını 2016-cı ildə ABŞ-da prezident seçkilərinə müdaxilə ilə bağlı prokuror Robert Müllerin araşdırması ilə əlaqədar gözləməyin vacib olmasına inandıra bilib.

Qəzet həmçinin qeyd edib ki, bəzi respublikaçı senatorlar Seşnsin ABŞ Konqresinə aralıq seçkilər başa çatdıqdan sonra, noyabrda işdən azad olunacağını istisna etmirlər.

Tramp "Fox News" telekanalına avqustun 23-də verdiyi müsahibəsində təəssüflə bildirib ki, ədliyyə naziri və baş prokuror vəzifəsinə təyin olunmuş Seşns ona həvalə edilmiş nazirlikləri nəzarəti altına ala bilməyib.

14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb
10 May 2025 Britaniya səfiri ümummilli lider Heydər Əliyevi anıb
10 May 2025 Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb

Xəbər lenti