Səfir təyinatının 5 aydır yubanmasının səbəbləri...

 

Artıq beş aydır ki, ABŞ-ın Azərbaycanda səfiri postu boş qalıb. Vaşinqton hələ də Azərbaycana səfir təyin etməyib. Azərbaycanda çox ciddi maraqlarının olduğunu heç zaman gizlətməyən ABŞ-ın bölgədə geosiyasi mübarizənin şiddətləndiyi bir dövrdə Bakıya səfir təyinatını bu qədər yubatması ortaya suallar çıxarır. Səfir təyinatının yubanmasında hansı amillər rol oynaya bilər?

Politoloq Natiq Miri bildirdi ki, səfir təyinatının yubanmasının əsas səbəblərindən biri Donald Tramp administrasiyasının daxilində cərəyan edən vəziyyətdir: “Son zamanlara qədər müşahidə olunan ard-arda istefalar, dövlət katibinin dəyişilməsi faktiki olaraq belə mənzərə yaradıb ki, Tramp öz komandasını hələ də tam formalaşdıra bilməyib. Belə bir durum isə xarici ölkələrlə, o cümlədən Azərbaycan kimi ölkələrlə münasibətlərdə təsirini göstərir. Təkcə Azərbaycana deyil, digər bir sıra ölkələrə də səfir təyinatı gecikməkdədir. Problem Azərbaycanla münasibətlərdə hansısa anlaşılmamazlıqların olması deyil, problem Tramp administrasiyasının özündə və müəkəmməl olmayan xarici siyasətindədir. Münasibətlərdə aydınlaşdırılmayan məqamların olması bu dəfə elə də böyük səbəb sayılmır. Bu dəfə səfir təyinatının gecikməsi yuxarıda dediyim səbəblərdən qaynaqlanır. Təyinatın gecikməsi idarəetmədə yaranan qüsurlar əsas rol oynayır. ABŞ-ın Azərbaycandan bəzi istəklərinin hələ də reallaşmaması isə səfir təyinatının yubanmasında qismən rol oynayır.

Noyabr ayına ABŞ-da konqressə seçkilər keçiriləcək. Tramp hökumətinin başı bu seçkilərə qarışıb. Məncə Azərbaycana da səfir noyabr seçkilərindən sonra təyin olunacaq".

Bəs səfir təyinatı proseduru ABŞ-da necə həyata keçirilir?

İlgili resim

Natiq Miri

Ekspert qeyd etdi ki, ABŞ-ın digər ölkələrə səfirlərin təyinetmə proseduru bir neçə mərhələlidir. Cari səfirin səlahiyyət müddəti başa çatmamışdan öncə, diplomat ölkəsinə qayıtmadan əvvəl onun yerinə təyin olunacaq adam müəyyən edilməlidir: “ABŞ yeni səfirin təyin olunmasında  mövcud administrasiyanın həmin ölkə ilə bağlı siyasətinin həyata keçirməsindən kənarda namizədlərin seçilməsində tətbiq olunan bir sıra standartlar mövcuddur. Birinci mərhələ olaraq namizədlərin seçilməsində işləyəcəkləri ölkələrin coğrafi, siyasi, iqtisadi, enerji və  təhlükəsizlik sahələri ilə məlumatlı, əlaqəli, bu sahələrin mütəxəssisləri olan kadrlar müəyyənləşdirilir və işləyəcəyi ölkənin rəhbərliyi ilə razılaşdırılır. İkinci mərhələ olaraq prezident səfir kimi namizədi irəli sürür. Üçüncü mərhələdə namizəd Senatın və Konqresin xarici əlaqələr komitəsində təsdiqlənir. Son mərhələ kimi ABŞ prezident və ya Dövlət Departamenti rəhbəri Senatın səfir kimi təsdiqlədiyi şəxsə etibarnaməni təsdiq edir. Lakin ABŞ-da uzun illərdir səfir təyinetmə prosesində prosedurlardan kənarlaşmalar müşahidə olunmaqdadır.

ABŞ-ın ölkəmizə təyin olunmuş və ya  namizəd olmuş şəxslər həmişə  ABŞ xarici siyasət strukturlarında Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndələr, regional münaqişələrin həllinə cəlb olunmuş qruplarda fəaliyyət göstərmiş şəxslər, regionlararası təhlükəsizlik və enerji  nəqli sahəsi üzrə xüsusi nümayəndələr olan ali rütbəli xarici əlaqələr xidmətinin peşəkar diplomatları olublar.

Məsələn, Minsk Qrupunda çalışmış səfir Metyu Bryza Azərbaycanda səfir fəaliyyəti dövründə  Qarabağ və regional münaqişələrə, həmçinin Ermənistan-Türkiyə-Azərbaycan münasibətlərinin həllinə daha çox diqqət ayırmışdı. Sırf  bu istiqamətdə həyata keçirdiyi müstəqil və prinsipial fəaliyyətinə görə 2010-cu ildə Ağ Evdən Senata namizədliyi göndərilmiş Metyu Bryzanın nominasiyasını Senata çıxışı olan erməni lobbisi əngəlləmişdi.

Ardınca Azərbaycanda ABŞ-ın səfiri olmuş Enn Dersinin səfir kimi fəaliyyəti ilk növbədə iqtisadi problemlərlə həsr olunmuşdu və onun təyinatı dövründə Azərbaycana münasibətdə Vaşinqtonun başlıca  prioriteti sırf  iqtisadi məsələlər olduğundan, o daha çox  böyük neft gəlirlərinin yerləşdirilməsi və  xərclənməsinə nəzarət mexanizmi yaranmasında iştiraka həsr olunmuşdu.

Səfir Riçard Morninqstarın  fəaliyyəti isə daha çox enerji ilə bağlı idi və Ağ Ev onun səfir kimi namizədliyini məhz  Xəzərin enerji yataqlarının Avropaya nəqli uğrunda regional mübarizənin aktivləşdiyi bir  məqamda irəli sürmüşdü. Bu təyinat həmçinin AB və Azərbaycan əlaqələrinin yeni, daha dərin müstəviyə qədəm qoyması ərəfəsində olmasını da diqqətdən qaçırmaq olmaz. Ardınca isə ABŞ dövlət katibinin Enerji Resursları, Sanksiyalar və Ticarət məsələləri üzrə müavinin baş yardımçısı Robert Sekuta səfir göndərilmişdi. Səfir kimi onun fəaliyyəti dəyişmiş  siyasi müstəvidə, regional enerji, iqtisadi və təhlükəsizlik məsələlərində də ABŞ və Azərbaycan arasındakı münasibətlərin, strateji enerji  nəqli layihələrinə təhdidin qarşısının birgə alınmasından ibarət oldu.

Növbəti səfirin isə regional təhlükəsizlik məsələləri üzrə məşğul olmuş, bu sahəyə bağlı olan şəxs olacağını ehtimal etmək mümkündür".

14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb
10 May 2025 Britaniya səfiri ümummilli lider Heydər Əliyevi anıb
10 May 2025 Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb

Xəbər lenti