Elxan Şahinoğlu: “Rusiyanın ”Taliban"la gizli təmasları var";

Elçin Mirzəbəyli: “Moskvanın arqumentləri daha inandırıcı görünür”

Son günlərdə Əfqanıstan yenidən müharibə meydanına çevrilib. Əfqanıstan ordusu geridə qoyduğumuz şənbə və bazar günləri ərzində ölkənin 9 müxtəlif vilayətində əməliyyatlar aparıb. Əməliyyatlar nəticəsində Qəzni vilayətinin “Taliban” qiyamçı qruplaşmasının nəzarətindəki Muqor şəhəri azad edilib.

Rəsmi rəqəmlərə əsasən əməliyyatlar zamanı 39 “Taliban” qiyamçısı və 9 İŞİD terrorçusu məhv edilib, həmçinin daha 9 terrorçu və qiyamçı yaralanıb.

Əfqanıstanda baş verənlər Azərbaycanda da ciddi narahatlıqla qarşılanıb. Buna səbəb də, bu ölkədə sülhməramlı qüvvələrimizin xidmət etmələridir. Məlumdur ki, Azərbaycan  təkcə terrorizmə qarşı mübarizə adı altında Əfqanıstana sülhməramlılarını göndərməyib, eyni zamanda, yükdaşımalar üçün öz ərazindən istifadə üçün Amerikaya icazə verib.

Əfqanıstandakı son qarşıdurmada “Rusiya izi” də axtarılır. Rəsmi Moskvanın hələ də Əfqanıstana təsir imkanlarının qaldığı bir faktdır. Bunların fonunda belə iddialar var ki, bu hadisələri Kreml Qərb dünyası tərəfindən gələn təzyiqlərin qarşısını almaq, bir növ diqqətlərin başqa istiqamətlərə yönəlməsi üçün təşkil edib.

“Taliban” sözçüsü Zabihullah Mücahid, sentyabrın 4-də Moskvada keçirilməsi planlaşdırılan Əfqanıstan sülh danışıqlarında iştirak edəcəyini bildirib.

 Deyerler.org xəbər verir ki, “Mehr” agentliyinin müxbirinə danışan Mücahid, “Taliban” təşkilatının Əfqanıstandakı məsələlərlə bağlı fikirlərinin Moskvadakı sülh danışıqlarında elan ediləcəyini qeyd edib: “Moskva sülh danışıqları müzakirə yox, bəlkə fərqli fikirlərin nəzərə alınması üçün keçiriləcək. Biz əvvəllər də bu kimi konfranslarda iştirak etdik. Məsələn, Tokio, Paris danışıqları”.

 “Niyə ABŞ və Əfqanıstan hökumətləri bu konfransda iştirak etmək istəmir” - sualına “Taliban”ın sözçüsü belə cavab verib: “Moskva danışıqlarına Vaşinqton və Kabil rəhbərliklərinin iştirak etməsinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Biz Moskvada keçirilməsi gözlənilən konfransda öz siyasi mövqelərimiz və Əfqanıstandakı son hadisələr haqqında məlumat verəcəyik”.

Qeyd edək ki, Rusiya aralarında ABŞ-ın da olduğu 12 ölkəni sülh danışıqlarına dəvət edib. Ancaq Vaşinqton və Kabil rəhbərlikləri dəvətə müsbət yanaşmadıqlarını açıqlayıblar.

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, 2001-ci ildə terrorçuların Amerikaya hücumlarından sonra Birləşmiş Ştatların iki hədəfi var idi: “Birinci hədəf Əfqanıstan, digəri isə İraq idi. Çox təəssüf ki, Əfqanıstan terrorçulardan tam azad olunmadı. Faktiki olaraq, hazırda ”Taliban" ölkənin yarısına hakimdir. Gündüzlər hökumət nəzarət etsə də, faktiki gecələr həmin ərazilər talibançıların nəzarətinə keçir. Hər halda hələ də “Taliban”ın gücü var. Bir çox ölkə bu güclə hesablaşır. Gələn məlumatlara görə, Rusiyanın “Taliban”la gizli təmasları var. Son zamanlar rus rəsmiləri, diplomatları da bunu etiraf etməyə başlayıblar. Düzdür, Rusiyanın məqsədlərindən biri də Amerikanın Əfqanıstandakı problemlərini dərinləşdirməkdir. Bir dəfə SSRİ də eyni bataqlığa batıb. Məhz bu səbəbdən sovetlər dağıldı. SSRİ hücum etdi, çoxsaylı əsgəri məhv oldu. Nəticədə geri çəkilən sovetlər qısa müddətdən sonra tarix oldu. İndi Rusiya istəyir ki, ABŞ eyni taleyi Əfqanıstanda yaşasın. Çalışır ki, Amerika Əfqanıstanda ilişib qalsın, problemləri getdikcə dərinləşsin. Əfqanıstanı ram etmək tarixən heç bir dövlətə nəsib olmayıb. İndi də ola bilsin ki, Rusiyanın bəzi dairələri Əfqanıstanı qarışdırmaq vasitəsilə Amerikanın problemlərini dərinləşdirmək istəyirlər. Bu Azərbaycanın da maraqlarına uyğun deyil. Çünki Əfqanıstan bizə qardaş dövlətdir. Azərbaycan bu ölkəyə dəstək verir. Amerika yüklərini ölkəmiz üzərindən daşıyır. Eyni zamanda, sülhməramlılarımız NATO-nun tərkibində orada xidmət edirlər. Digər tərəfdən, Azərbaycanın özü birbaşa Əfqanıstana maliyyə yardımları ayırır. Əfqan rəsmilərinin ölkəmizdə idarəçilik üçün kursları təşkil olunur. Azərbaycan Əfqanıstanın təhlükəsizliyində maraqlıdır. Açığı deyim ki, Əfqanıstan məsələsində Azərbaycanın maraqları Amerika ilə üst-üstə düşür".

Politoloq Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

Politoloq Elçin Mirzəbəyli məsələni bu cür şərh etdi: “Sentyabrın 4-də Moskvada Əfqanıstanla bağlı məsləhətləşmələrin keçiriləcəyi və məsləhətləşmələrdə Əfqanıstan da daxil olmaqla 12 ölkənin təmsilçisinin, həmçinin ”Taliban" hərəkatının nümayəndələrinin iştirakı gözlənilir. Moskva məsləhətləşmələrin rəsmi Kabulla “Taliban”ın mövqelərinin yaxınlaşdırılmasına xidmət etdiyini bildirir. Belə bir məqamda Darkad qəzasında “Taliban”ın mövqelərinin bombalanması və bunun Tacikistan və Rusiya HHQ tərəfindən edildiyinin bildirilməsi maraq doğurur. Kreml indiki məqamda belə bir addımın atılmasının ilk növbədə Rusiyanın maraqlarına zidd olduğunu bildirir və faktı təxribat kimi qiymətləndirir. Hazırda baş verənlərlə bağlı konkret fikir söyləmək çox çətindir. Tacikistanın Əfqanıstanla sərhədində KTMT-nin mandatı ilə Rusiya hərbçilərinin olduğu kimsəyə sirr deyil. Amma onlar Tacikistanın sərhədlərini qoruyur və silahlı qrupların, terrorçuların ölkə ərazisinə daxil olmasının qarşısını alırlar. İndiki məqamda Rusiya HHQ-nin Əfqanıstan ərazisinə aviazərbələr endirməsi inandırıcı görünmür. Azərbaycan sülhməramlıları Əfqanıstanda BMT-nin mandatı ilə sülhyaratma missiyasının tərkibində iştirak edirlər. Onları hər hansı bir təhlükənin gözlədiyini düşünmürəm. Azərbaycan hərbçilərinin beynəlxalq sülhyaratma missiyalarının tərkibində iştirak etmələrinə isə olduqca müsbət yanaşıram. Ümumi mənzərə Rusiyanın hazırda Əfqanıstanda vəziyyətin gərginləşməsində maraqlı olmadığını təsdiqləyir. Hesab etmirəm ki, Əfqanıstanda gərginliyin artması Rusiyanın maraqları çərçivəsindədir. Mövcud insidentlə bağlı Moskvanın arqumentləri daha inandırıcı görünür. Azərbaycanın hava məkanından Əfqanıstana humanitar yüklər daşınır və bu proses Azərbaycanın NATO ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu əməkdaşlıq isə hər hansı bir dövlətin əleyhinə yönəlməyib".

14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb
10 May 2025 Britaniya səfiri ümummilli lider Heydər Əliyevi anıb

Xəbər lenti