İran ABŞ sanksiyaları ilə əlaqədar dünya bazarına neft tədarükünü gözləniləndən daha sürətli templərlə azaldır.

 

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Vol Strit Jurnal” qəzeti yayıb. Qəzet sentyabrda İranın ixracatını iyunla müqayisədə azaldacağını bildirib. Tehranın neft tədarükünün 1/3-ni ixtisar edəcəyi yəni gündəlik neft tədarükünü 2,3 milyon barreldən 1,5 milyon endirəcəyi gözlənilir:

“İxracatın noyabra qədər 800 min barrelə qədər azalacağı gözlənilir. Bu da indiki səviyyədən təxminən 2 dəfə azdır”.

Qeyd edək ki, Vaşinqton İranla nüvə razılaşmasından çıxmazdan əvvəl Tehranın neft tədarükü gündəlik 2,68 milyon barrel təşkil edirdi. Avqust ayında bu göstərici 1,66 milyon barrelə qədər geriləyib.

Nüvə razılaşmasından çıxan ABŞ yenidən İrana qarşı sanksiyaları bərpa edib. Vaşinqtonun sanksiyalarının ikinci hissəsinin noyabrda tətbiqi nəzərdə tutulub. Bu tarixdə tətbiq ediləcək sanksiyaların əsas hədəfi İranın neft ixracatı olacaq. Belə ki, ABŞ bunun sayəsində İranın neft ixracatını minimum səviyyəyə endirməyi planlaşdırır.

14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb
10 May 2025 Britaniya səfiri ümummilli lider Heydər Əliyevi anıb
10 May 2025 Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb

Xəbər lenti