Paşinyan hazırkı siyasi gedişləri ilə mövcud güclərin qarşısında tab gətirə bilməyəcək.

 

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib. Deputat bildirib ki, Ermənistan müstəqil dövlət deyil və bu gün də kənardan idarə olunur:

“Ermənistanı idarə edən güclü dövlətlər var. Bu güclər Rusiya və Paşinyanın hakimiyyətə gəlməsinə şərait yaradan Qərbdir. Məhz bunun nəticəsidir ki, bu gün işğalçı ölkədə açıq şəkildə ikihakimiyyətlilik hökm sürür. Ermənistanda hökm sürən hazırkı qeyri-müəyyənliyin əsas səbəbi Rusiyadan uzaqlaşmaq xəttini tutan Paşinyanın Qərb tərəfindən tam qəbul olunmamasıdır. Fikir verin, Qərb Paşinyanı hakimiyyətə gətirsə də, seçkilərə görə Ermənistana maliyyə yardımı ayırmağa tələsmir. Çünki o, “Qərbin adamı” imicini doğrultmur və verdiyi vədləri heç cür yerinə yetirə bilmir. Paşinyan yalnız hakimiyyətini qoruyub saxlamaq barədə düşünür, bunun üçün də müxtəlif vasitələrə əl atır, yəni Sərkisyan və Köçəryanın yolunu gedir. Məsələn, Nikolun oğlunu Qarabağda xidmətə göndərməsi bu qəbildən olan addımlardan sadəcə biridir. Zənnimcə, Paşinyan hazırkı siyasi gedişləri ilə mövcud güclərin qarşısında tab gətirə bilməyəcək”.

Paşinyanın siyasətinin Moskva tərəfindən ciddi izlənildiyini deyən millət vəkili hesab edir ki, Rusiya Ermənistanda yaranmış bu durumdan maksimum istifadə etməyə çalışacaq:

“Artıq Ermənistanda Paşinyana qarşı geniş koalisiya formalaşdırılıb. Təbii ki, bu prosesə də birbaşa Rusiya nəzarət edir. Köçəryan-Sərkisyan bloku 20 ildən çoxdur ki, Ermənistanda kök salıb, üstəlik onların ətrafı mülki və hərbi sferada çox güclüdür. Görünən odur ki, Rusiya bu gün onların tərəfindədir. Əslində, Köçəryanın arxasınca Serj Sərkisyan həbs olunmalı idi. Ancaq bu baş vermədi. Çünki Köçəryanın həbsdən azad edilməsi antipaşinyan prosesinin tərkib hissəsidir. Paşinyanın “korrupsiyaya qarşı mübarizə” bəhanəsi ilə başlatdığı bu proses Moskvanın əli və daxildəki rıçaqların köməyi ilə dayandırıldı. Çünki Nikolun bu siyasi gedişləri uzaqgörənliklə planlaşdırılmayıb, daha çox, qisasçılıq məqsədi daşıyır və Moskvanı qıcıqlandırır. Köçəryanın siyasətə qayıtması da təsadüfi deyil. Onu dəstəkləyən müəyyən qüvvələr, partiyalar var. Bütün bunları nəzərə aldıqda, parlament seçkilərinin Paşinyanın xeyrinə nəticələnəcəyi sual altında qalır. Paşinyan Konstitusiya dəyişikliyinə nail olsa belə, seçkilərdə çoxluq qazanması şübhəlidir. O, indidən Respublikaçılar Partiyasının ciddi müqaviməti ilə üzləşəcəyini bilir, buna görə də ciddi təşviş içərisindədir”.

14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb
10 May 2025 Britaniya səfiri ümummilli lider Heydər Əliyevi anıb
10 May 2025 Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb

Xəbər lenti