Yaxın aylarda Ermənistanda hadisələrin hansı istiqamətdə cərəyan edəcəyini hələ ki, demək mümkün deyil.

 

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, 2019-cu ilin may ayında növbədənkənar parlament seçkilərinin keçirilməsi Paşinyanın daha öncədən verdiyi qərardır:

“Elə Serj Sərkisyanı istefaya göndərəndə də Paşinyan vurğulamışdı ki, Ermənistan növbədənkənar parlament seçkilərinə getməlidir. Robert Köçəryanın həbsdən buraxılması, yeni siyasi blok formalaşdıracağı ilə bağlı açıqlamalarla çıxış etməsi seçkilərdə Paşinyanın əsas rəqibinin Köçəryan və onun ətrafında formalaşan siyasi blok olacağını göstərir. Köçəryan müxalifətin ən tanınmış simasına çevrilə bilər. Sərkisyan qorxdu və kənara çəkildi. Amma Köçəryan müqavimətə hazırlaşır. Köçəryan Sərkisyanı Konstitusiyanı dəyişməkdə, prezident üsul-idarəsini parlamentli idarəetməyə dəyişdiyinə görə də günahlandırır”.

Politoloq qeyd edib ki, parlamentdə Köçəryana iki partiyadan dəstək gələ bilər:

“Bunlar Respublikaçılar və Daşnaksütyun partiyalarıdır. Bu iki partiyanın 105 yerlik parlamentdə 57 deputat yeri var. Bu iki partiya hər an Paşinyanın problemlərini artıra bilər. Köçəryanın bu rola iddia etməsinin də bir neçə səbəbi var. Birincisi, Köçəryan bilir ki, onu həbs təhlükəsi gözləyir. Ona görə də o, həbsə qarşı mübarizə aparmalıdır. Köçəryan həbs olunsa da, siyasi səbəblərə görə həbs olunduğunu deyə bilmək üçün bu qədər fəallıq göstərir. Eyni zamanda, Rusiyanın Ermənistanda ən çox etibar etdiyi adam da hazırda Robert Köçəryandır. Üçüncüsü, Köçəryan Qarabağ klanının üzvüdür, Azərbaycan torpaqlarının işğalında bilavasitə iştirak edib. Bu 3 səbəbə görə, müxalifətdə əsas lider funksiyasına Köçəryanın iddalı olduğunu düşünürəm. Köçəryan çalışacaq ki, may ayına qədər Paşinyanın mövqeləri zəifləsin”.

Politoloq vurğulayıb ki, Paşinyan sosial islahatlar aparmaqda çətinlik çəkir:

“Çünki Paşinyanın maliyyə resursları yoxdur, adminstrativ resursları isə çox zəif, yox səviyyəsindədir. Əgər seçkilərdə Paşinyan qalib gəlməsə, onun rəqibləri hakimiyyətə gələcək, onlar da Paşinyandan əvəz çıxmağa çalışacaqlar. Necə ki, Paşinyan hakimiyyətə gələn kimi 2008-ci il hadisələrinə görə bir çox insanı həbs etdirdi.

Digər tərəfdən, Rusiya da Paşinyana dəstək vermir. Bu mənada Köçəryan bütün bu amillərdən öz xeyrinə istifadə edərək, Paşinyanı zəiflətməyə çalışacaq. Amma Köçəryanın ən zəif yeri 2008-ci ildə baş verən hadisələrdir. Bunu erməni cəmiyyəti hələ ki Köçəryana bağışlamır”.

14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb

Xəbər lenti