Trampın müşaviri Cənubi Qafqaza niyə gəlir?

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Bakı da daxil olmaqla, Moskva, Yerevan və Tiflisə səfəri ilə bağlı maraqlı iddia ortaya atılıb. Belə ki, Bolton Cənubi Qafqaz ölkələri liderlərini İranı dəstəkləməkdən imtina etmək üçün inandırmağa çalışacaq. 

Bu barədə “Dailystorm”a Rusiyanın ABŞ-da yerləşən diplomatik missiyasındakı mənbə məlumat verib. 

Mənbənin sözlərinə görə, Boltonun Qafqaz turuna çıxmasının əsas səbəblərindən biri ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalarla əlaqəlidir. 

Xatırladaq ki, Vaşinqton 2018-ci ildə Tehranın bəzi qərb ölkələri, o cümlədən Birləşmiş Ştatlarla imzaladığı nüvə sazişindən imtina edib. Mənbə bildirir ki, indi Bolton Azərbaycan, Gürcüstan və Ermənistana səfər edərək həmin ölkələri İranla əməkdaşlıq etməməyə və ondan neft və qaz almamağa inandırmağa çalışacaq. 

Mənbə bunun Yerevan üçün o qədər də asan məsələ olmayacağını deyir. Çünki məhz İranın hesabına Ermənistan enerji məsələsində Rusiyanın tam asılılığından çıxmağı planlaşdırır. Tehran Ermənistanın azad iqtisadi zonalarında gündəlik gücü 200 min barrel olan neft emalı zavodu tikmək istəyir. Bu barədə ötən gün İran parlamentinin planlaşdırma və büdcə üzrə komissiyasının üzvü Hadi Qavami açıqlama verib. Bu yolla da, İslam Respublikası ABŞ sanksiyalarından yan keçməyə hazırlaşır. 

16 May 2025 Ərdoğan da Albaniyaya gedir
16 May 2025 Kreml həlledici tarixi şansı boşa verdi: Zelenski İstanbulda ABŞ və Qərbi yenidən Rusiyaya qarşı birləşdirdi
15 May 2025 Zelenskiyə Rusiya ilə danışıqlar üçün İstanbulda “kölgə məsləhətçi” göndərilir
15 May 2025 Ərdoğan “Qalatasaray”ı təbrik etdi - Foto
15 May 2025 Antalyada görüşdülər - Foto
15 May 2025 İran bu şərtlə ABŞ ilə razılığa gələcək
15 May 2025 Danışıqlar 11-də başlayacaq
15 May 2025 Trampın Ərdoğanla gizli anlaşması: İki liderin ortaq planı reallaşır
14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı

Xəbər lenti