İtaliya Azərbaycanın səmimi, qətiyyətli və sadiq tərəfdaşı olmağa davam edəcək.

 

Trend-in məlumatına görə, bunu İtaliya Prezidenti Sercio Mattarella Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən onun şərəfinə təşkil olunan rəsmi qəbulda çıxışı zamanı deyib.

S.Mattarella qeyd edib: "Cənab Prezident. Xanım Birinci vitse-prezident. Hökumət nümayəndələri. Xanımlar və cənablar. İtaliya və italyan xalqı haqqında səsləndirdiyiniz diqqət və hörmət dolu ifadələrə, mənə, qızıma və məni müşayiət edən nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə, cənab Prezident, Sizə təşəkkür etmək istəyirəm.

Mən çox şadam ki, İtaliya Respublikası Prezidentinin Azərbaycan Respublikasına ilk rəsmi səfəri bu cür əhəmiyyətli dövrə təsadüf edir. Sizin və xanımızın bizim ölkəyə etdiyiniz səfərlərə qarşılıq vermək üçün mənə şərait yaradan bu səfər Azərbaycan Xalq Cümhuriyyətinin ötən aylarda Roma şəhərində də yüz illiyinin qeyd edilməsindən sonra və İtaliyanın ATƏT-ə - dövlətlər arasında dialoq və sülh şəraitində əməkdaşlığa dəstək verilməsi məqsədilə yaradılmış təşkilata sədrliyi ərəfəsində həyata keçirilir".

Prezident vurğulayıb ki, millətlər və xalqlar arasında qarşılıqlı etimad bütün dünyada qəbul edilən beynəlxalq hüququn prinsiplərinə hörmətlə birgə inkişafın əsasını təşkil edərək dövlətlər arasında sabitliyin möhkəmlənməsi üçün lazımi şərait yaradan amildir: "İtaliya və Azərbaycan 25 ildən çoxdur ki, diplomatik əlaqələr çərçivəsində qeyri-adi inkişafa malik münasibətlərin şahididir. Bu müddət ərzində gələcəkdə də hər bir sahədə əlaqələrimizin güclənməsinə yönəlmiş strateji tərəfdaşlığın toxumlarını səpməklə iki ölkənin qarşılıqlı dostluq və tərəfdaşlığını genişləndirməyə imkan verən mədəni, siyasi-rəsmi və ticari-iqtisadi sahələrdə çox sıx mübadilə şəbəkəsi yaranıb. Qədim və dərin köklərə söykənən qarşılıqlı əlaqələrimiz son onillikdə daha da intensivləşib".

O bildirib ki, paytaxt Bakı şəhərindən çox da uzaq olmayan, keçmişin tarixi-memarlıq yaddaşının müasirliyin dinamik izində öz yerini tapdığı ərazidə Azərbaycan bu günədək bizə gəlib çatan latın dilində olan Şərq epiqraflarına sahibidir: "Bu fakt qədim dövrlərdə belə bu ərazinin Aralıq dənizi regionu üçün böyük strateji əhəmiyyət daşıdığını sübut edir. Ölkəmiz tərəfindən həyata keçirilən əhəmiyyətli qərarlardan qaynaqlanaraq son onilliklərdə bu fakt özünü təsdiqləmişdir. Azərbaycan heç bir halda öz ənənəvi mövqeyini dəyişmədən coğrafi və siyasi seçimlər səbəbindən hər zaman diqqət mərkəzində İtaliyanın da aid olduğu məhz böyük Aralıq dənizi ölkələrinə daha da yaxın olmağı seçdi.

Biz Azərbaycanın bu gününə və gələcəyinə Avropa İttifaqı ilə Azərbaycan arasında əhəmiyyətli əlaqələrin qurulması, Azərbaycan və Şimali Atlantika İttifaqı arasında mövcud məhsuldar əməkdaşlıq ilə möhkəmlənmiş yuxarıdakı seçim prizmasından baxırıq".

S.Mattarella deyib ki, qarşımızda duran mürəkkəb çətinliklər dinlər və mədəniyyətlər arasında sülh şəraitində birgəyaşayışı qorumağa ehtiyac olduğunu vurğulayan bir mühitdə regionda sabitliyin davamlılığına yönəlmiş əlaqələrin möhkəmləndirilməsinə şərait yaradır. Bu sahədə Azərbaycanın nümayiş etdirdiyi nümunə qiymətlidir:

"Cənab Prezident, illərdir ki, ölkələrimiz çoxtərəfli və xüsusən də ikitərəfli əməkdaşlığımızda mühüm əhəmiyyətə malik energetika və sənaye sektorlarında uğurla əməkdaşlıq edir. Xüsusi məmnunluq hissi ilə qeyd etmək istərdim ki, İtaliya ilə Azərbaycan arasındakı münasibətlər, iqtisadi cəhətdən mövcud əhəmiyyətli əlaqələr zəifləmədən və ya məhdudlaşmadan illər ərzində dərin mədəni və sosial dəyərlərlə zənginləşmişdir.

Biz son illər ərzində azərbaycanlı tələbələrə verilən təhsil vizasının sayının iki dəfədən çox artmasını xüsusi olaraq cəsarətləndirici hal hesab edirik. Bu cür inkişaf bizi fərəhləndirir. Biz fəal şəkildə Azərbaycanın gənc istedadlarını yetişdirməyi, onlara təhsil və gənclərimizlə təcrübə mübadiləsi imkanları yaratmaqla gələcəkdə də həmin inkişafı davam etdirməyi düşünürük".

Prezident söyləyib ki, mədəni sahədə əlaqələr hər iki tərəf üçün mühüm əhəmiyyət daşıyır. Ölkələrimizin elm və mədəniyyət qurumları arasında mövcud əməkdaşlığın bəhrəsi olan yüksək profilli və əhəmiyyətli layihələr vasitəsilə də İtaliya bu əlaqələri daha da dərinləşdirmək niyyətindədir:

"Cənab Prezident, Azərbaycanın paytaxtı ziyarətçilərə mədəni və tarixi memarlıq baxımından bəşəriyyətin mədəni irsi çərçivəsində haqlı olaraq tanınan, cəlbedici və hərtərəfli fərqlilik nümayiş etdirir. Gənc və istedadlı xalqın əhəmiyyətli potensialı ilə birləşən varislik sülhə, dünyaya açıqlığa, dialoqa və tərəqqiyə əsaslanan gələcək qurmağa yönələn dəyərli bir irsi təşkil edir. İtaliya Azərbaycanın səmimi, qətiyyətli və sadiq tərəfdaşı olmağa davam edəcək".

10 May 2025 Britaniya səfiri ümummilli lider Heydər Əliyevi anıb
10 May 2025 Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
10 May 2025 ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
09 May 2025 Putinin qonaqlığı: Liderlərə nə təqdim etdi - MENYU
09 May 2025 Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
09 May 2025 Trampın yeni "Ukrayna planı" Kremldə şok effekti yaradıb: Türkiyənin müdaxiləsi Rusiyanın təklənməsinə yol açacaq
08 May 2025 İsrailin müdafiə naziri İranı hədələyib: "Qəzzada HƏMAS-a etdiyimizi sizə də edəcəyik"
08 May 2025 Putin tərəfindən elan olunan üçgünlük atəşkəs qüvvəyə minib
08 May 2025 Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi
08 May 2025 Böyük Britaniya müharibəyə hazırdır: Sığınacaqlar, nüvə təhdidi və kibermüharibə
08 May 2025 İndi də Pakistanla Hindistana vasitəçilik etmək istəyir
08 May 2025 "Gmail" vasitəsilə şəxsi məlumatlar ƏLƏ KEÇİRİLİR
08 May 2025 Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
08 May 2025 Kreml indi Paşinyana “tək seçim” şansı tanıyır: İrəvan Qərbdən imtina edib, Rusiyanın orbitinə qayıtmasa…
07 May 2025 Tramp Tehrana çağırış etdi və hədələdi: Bu, çox üzücü olacaq
07 May 2025 Pakistan Hindistana aid təyyarəni vurdu- Münaqişə böyüyür
07 May 2025 Aİ-dən Qrenlandiyaya dəstək - Kallas açıqladı
07 May 2025 Moskvaya getmək istəyən Vuçiçə SİYASİ ƏNGƏL - İki ölkə hava məkanını bağladı
07 May 2025 Ağ bayraq qaldırıldı: Hindistan-Pakistan toqquşmasında şok yaşandı
06 May 2025 Britaniya müharibəyə HAZIRLAŞIR - Gizli dosyedə NƏLƏR VAR...

Xəbər lenti