ABŞ Prezidenti Donald Trampın İran Prezidenti Həsən Ruhani ilə danışıqlara hazır olduğunu deməsi Tehranda hökumət nümayəndələri arasında fikir ayrılıqlarına səbəb olub.

 

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Əş Şark əl Ausat” qəzeti yayıb. Qəzet Ruhaninin hələlik Trampın təklifi ilə bağlı tam mövqeyini bildirmədiyini bildirib. Britaniyanın İrandakı səfiri ilə görüşən Ruhani Tehranın regionda və ya beynəlxalq boğazlarda gərginliyi artırmaq istəmədiyini söyləyib. Bununla bərabər prezident Tehranın neft ixracı haqqından imtina etməyəcəyini də deyib:

“Bu gün biz nüvə razılaşması məsələsində kritik məqamdayıq. Avropanın ABŞ-ın nüvə razılaşmasından çıxmasına yönələn kompensasiya tədbirlərinin şəffaf olması bizim üçün çox vacibdir”.

Qəzet həmçinin məşhur iranlı siyasətçi Əli Əkbər Natek Nurinin açıqlamalarına da diqqət yetirib. Belə ki, Nuri Tehranın Trampın təkliflərini qəbul etməli olduğunu bildirib:

“Biz danışıqlardan imtina edə bilmərik. Biz gərək bu təklifləri dəyərləndirək. Tramp bizim narahatçılığımızdan istifadə edə bilər. Bizim üçün bu, yoxlama ola bilər. Oman Xarici İşlər naziri Yusif bin Ələvinin İran XİN rəhbəri Məhəmməd Cavad Zəriflə görüşdən bir neçə gün sonra ABŞ-a getməsi vasitəçilik xarakteri daşıya bilər”.

Ruhaninin müşaviri Həmid Əbutalib isə ABŞ-la dialoqa inanmadığını deyib:

“Dialoqu mübahisələrin kəsilməsi vasitəsi hesab edənlər bu fikirdə qalmağa davam etsinlər. İran xalqına hörmət, düşmənçilik fəaliyyətlərinin azaldılması, ABŞ-ın nüvə razılaşmasına qayıtması. Yalnız bunlar bizim üçün dialoqun davam etdirilməsi vasitəsidir”.

Ruhaninin müşaviri ilə bərabər Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzli də ABŞ-a inanılması gərəkdiyini bildirib. İranın Beynəlxalq Münasibətlər üzrə Strateji Şurasının rəhbəri Kamal Xarrazi isə Tehranın Trampın təkliflərində dəyərli heç nə görmədiyini vurğulayıb.

Hökumətlə bərabər parlamentdə də fikir ayrılığı artıb. İranın Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinə rəhbərlik edən Həşmətulla Falaxatpişex İran-ABŞ münasibətlərinin tabulaşdırılmaması gərəkdiyini deyib:

“İran-ABŞ mübahisələri digər oyunçular tərəfindən idarə edilir. Qaynar xətlərin yaradılması üçün səylər tələb edilir. Biz İran və ABŞ-ın milli maraqlarını aramızda yaranan eskalasiyadan istifadə etməyə çalışanlardan qorumalıyıq”.

Vitse-spiker Əli Motaxari isə Trampla danışıqları təhqiredici adlandırıb:

“Əgər Tramp nüvə razılaşmasından çıxıb, İrana qarşı sanksiyalar tətbiq etməsəydi, o zaman onunla danışıqlar problem olmazdı. İndi isə onun təklifi təhqiredicidir”.

10 May 2025 Britaniya səfiri ümummilli lider Heydər Əliyevi anıb
10 May 2025 Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
10 May 2025 ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
09 May 2025 Putinin qonaqlığı: Liderlərə nə təqdim etdi - MENYU
09 May 2025 Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
09 May 2025 Trampın yeni "Ukrayna planı" Kremldə şok effekti yaradıb: Türkiyənin müdaxiləsi Rusiyanın təklənməsinə yol açacaq
08 May 2025 İsrailin müdafiə naziri İranı hədələyib: "Qəzzada HƏMAS-a etdiyimizi sizə də edəcəyik"
08 May 2025 Putin tərəfindən elan olunan üçgünlük atəşkəs qüvvəyə minib
08 May 2025 Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi
08 May 2025 Böyük Britaniya müharibəyə hazırdır: Sığınacaqlar, nüvə təhdidi və kibermüharibə
08 May 2025 İndi də Pakistanla Hindistana vasitəçilik etmək istəyir
08 May 2025 "Gmail" vasitəsilə şəxsi məlumatlar ƏLƏ KEÇİRİLİR
08 May 2025 Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
08 May 2025 Kreml indi Paşinyana “tək seçim” şansı tanıyır: İrəvan Qərbdən imtina edib, Rusiyanın orbitinə qayıtmasa…
07 May 2025 Tramp Tehrana çağırış etdi və hədələdi: Bu, çox üzücü olacaq
07 May 2025 Pakistan Hindistana aid təyyarəni vurdu- Münaqişə böyüyür
07 May 2025 Aİ-dən Qrenlandiyaya dəstək - Kallas açıqladı
07 May 2025 Moskvaya getmək istəyən Vuçiçə SİYASİ ƏNGƏL - İki ölkə hava məkanını bağladı
07 May 2025 Ağ bayraq qaldırıldı: Hindistan-Pakistan toqquşmasında şok yaşandı
06 May 2025 Britaniya müharibəyə HAZIRLAŞIR - Gizli dosyedə NƏLƏR VAR...

Xəbər lenti