Mərkəzi Afrika Respublikasında Orxan Camal və digər iki rusiyalı jurnalistə hücum zamanı hadisə yerindən qaçan sürücü maraqlı açıqlamalar verib.

 

Axar.az xəbər verir ki, “Corbeau News” saytı sürücünün rusiyalı jurnalistlərə hücum edən şəxslərin nə fransız, nə də yerli sanqo dilinə bənzər dildə danışdığını, rusiyalıların onların dilini yaxşı başa düşdüyünü bildirib.

“Yerli əhali bu hücumun yerli döyüşçülər tərəfindən törədilən cinayətlərə bənzəmədiyi qənaətindədir. Onların fikrincə, hücum edənlər puldan başqa jurnalistlər üzərində əlavə şeylər də axtarıblar.

Əslində hücum edənlər üçün prioritet hədəf üç jurnalist arasındakı ən böyük və əzələli şəxs olub. Hücumu həyata keçirən şəxs onun ciblərini axtarmaq istəyib, amma jurnalist buna mane olaraq, ona müqavimət göstərib. Nəticədə o, digər iki həmkarının gözü qarşısında qətlə yetirilib”.

Qeyd edək ki, Orxan Camal və digər iki rusiyalı jurnalist iyulun 30-da Mərkəzi Afrika Respublikasında qətlə yetiriliblər. Onlar MAR-a Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin muzdluları haqqında xüsusi reportaj üçün gediblər. Bəzi rusiyalı politoloqların iddiasına görə, hər üç jurnalisti “Vaqner”in muzdluları öldürüb.

10 May 2025 Britaniya səfiri ümummilli lider Heydər Əliyevi anıb
10 May 2025 Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
10 May 2025 ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
09 May 2025 Putinin qonaqlığı: Liderlərə nə təqdim etdi - MENYU
09 May 2025 Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
09 May 2025 Trampın yeni "Ukrayna planı" Kremldə şok effekti yaradıb: Türkiyənin müdaxiləsi Rusiyanın təklənməsinə yol açacaq
08 May 2025 İsrailin müdafiə naziri İranı hədələyib: "Qəzzada HƏMAS-a etdiyimizi sizə də edəcəyik"
08 May 2025 Putin tərəfindən elan olunan üçgünlük atəşkəs qüvvəyə minib
08 May 2025 Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi
08 May 2025 Böyük Britaniya müharibəyə hazırdır: Sığınacaqlar, nüvə təhdidi və kibermüharibə
08 May 2025 İndi də Pakistanla Hindistana vasitəçilik etmək istəyir
08 May 2025 "Gmail" vasitəsilə şəxsi məlumatlar ƏLƏ KEÇİRİLİR
08 May 2025 Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
08 May 2025 Kreml indi Paşinyana “tək seçim” şansı tanıyır: İrəvan Qərbdən imtina edib, Rusiyanın orbitinə qayıtmasa…
07 May 2025 Tramp Tehrana çağırış etdi və hədələdi: Bu, çox üzücü olacaq
07 May 2025 Pakistan Hindistana aid təyyarəni vurdu- Münaqişə böyüyür
07 May 2025 Aİ-dən Qrenlandiyaya dəstək - Kallas açıqladı
07 May 2025 Moskvaya getmək istəyən Vuçiçə SİYASİ ƏNGƏL - İki ölkə hava məkanını bağladı
07 May 2025 Ağ bayraq qaldırıldı: Hindistan-Pakistan toqquşmasında şok yaşandı
06 May 2025 Britaniya müharibəyə HAZIRLAŞIR - Gizli dosyedə NƏLƏR VAR...

Xəbər lenti